Icma.az
close
up
RU
Bir gecə eyni otaqda gecələdilər və... Otellə bağlı maraqlı təcrübə

Bir gecə eyni otaqda gecələdilər və... Otellə bağlı maraqlı təcrübə

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Son illərdə solo-turizm getdikcə daha populyar olsa da, insanların çoxu hələ də səyahəti qohumlar və dostlarla etməyə üstünlük verir. Çünki yanınızda etibarlı bir insanın olması bir çox şeyi sadələşdirir. Lakin müəyyən hallarda həmin insan problemə də çevrilə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, təcrübəli turist Natali Qriqsonun sözlərinə görə, bir vaxtlar o, səyahətdə sevgilisi ilə eyni otaqda qalmaqdansa, ayrı otel nömrələri götürməyin daha yaxşı olduğunu başa düşüb.

“Bir neçə il əvvəl o vaxtkı partnyorumla qarla örtülmüş Koloradoda avtomobil səyahətinə çıxdıq. Əylənirdik, gəzirdik, gülürdük, söhbət edirdik və eyni zamanda bir-birimizi əsəbiləşdirirdik. Sonda isə elə həmin səyahətdə də dalaşdıq”.

Daha sonra başqa biri ilə münasibətə başlayanda Natali bu səhvi təkrarlamaq istəməyib və təklif edib ki, istirahət zamanı ayrı otaqlarda qalsınlar. Onun yeni sevgilisi əvvəlcə təəccüblənsə də, sonradan bu qərarın üstünlüklərini özü də qiymətləndirib.

Niyə ayrı otaq daha yaxşıdır?

Natali Qriqsonun fikrincə, münasibətlər nə qədər yaxşı olsa da, birgə bir otaqda qalmaqdan imtina etməyə iki əsas səbəb var:

1. Yaxşı yatmaq imkanı

Bir çox insan üçün yeni yerdə yatmaq çətindir. Əgər iki nəfər də yataqda narahat şəkildə qıvrılıb yatsa, bir-birinə mane olacaq. Üstəlik, hər kəsin yuxu rejimi fərqlidir. “gecə bayquşu” axşam yatmaq istəyən “sərçəyə” mane olur, səhərlər isə vəziyyət əksinə olur.

2. Şəxsi məkan ehtiyacı

Əgər tərəflərdən biri introvertdirsə, onun üçün gün ərzində az da olsa tək qalmaq çox vacibdir. Səyahətdə isə belə imkanlar evdəkindən qat-qat az olur. Ayrı otaqda gecələmək bu problemi həll edə bilər.

Həmişə ikiqat xərc deyil

Əlavə otaq götürmək həmişə xərcləri ikiqat artırmır. Bu gün Airbnb vasitəsilə dünyanın istənilən yerində münasib qiymətə mənzil kirayələmək olar. Beləliklə, bir otaqlı mənzil və ya iki nəfərlik otel otağı əvəzinə, iki yataq otaqlı mənzil seçmək mümkündür və bu, çox da baha başa gəlmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri