Icma.az
close
up
RU
Bir gecədə 20 acı xəbər Qardaş ölkə yasda

Bir gecədə 20 acı xəbər Qardaş ölkə yasda

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində şəhid olan 20 nəfərin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, həlak olan hərbçilərin ailələrinə bu barədə məlumat verilib, şəhidlərin evində Türkiyə bayraqları asılıb.

Pilot polkovnik-leytenant Gökhan Korkmazın ailəsinə faciəvi xəbər gecə saatlarında çatıb. İstanbul Mərkəzi Komandanlığının rəsmiləri bu xəbəri onun İstanbulun Büyükçekmece rayonunda yaşayan ailəsinə çatdırıblar. 

Hərbi yük təyyarəsindəki 20 hərbçidən biri olan baş gizir Hamdi Armağan Kaplanın şəhid olması xəbəri doğulduğu Amasya şəhərinə çatıb.

40 yaşlı zabitin Gümüşhacıköy rayon mərkəzindəki ailə evinə Türkiyə bayrağı asılıb. Onun Merzifon 5-ci Əsas Reaktiv Hava Bazasında xidmət edən 10 şəxsi heyətdən biri olduğu deyilir. 

Qəza nəticəsində Konydan olan baş çavuş Əhməd Yasir Kuyucu da həlak olub. 25 yaşlı Kuyucunun şəhid olması xəbəri səlahiyyətlilər tərəfindən Konyanın Selçuklu rayonunda yaşayan atası İbrahim Kuyucuya və anası Fadimeana Kuyucuya çatdırılıb. Faciəvi xəbərdən sonra şəhidin ailə evinə Türkiyə bayrağı asılıb. Şəhidin evli olduğu məlum olub. 

Çorumda anadan olan, Təyyarə Təmiri üzrə Üçüncü Dərəcəli Kiçik Zabit Burak İbbiği də hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

İbbiğinin ölüm xəbəri Çorumun mərkəzi rayonunun Yaydığin kəndində yaşayan ailəsinə çatdırılıb. 

Təyyarə Təmiri Qərargahının çavuşu Akın Karakuşun şəhid olması xəbəri Sakaryadakı ailə evinə çatıb. 

Məlumata görə, şəhidin Sakaryanın Serdivan rayonunun Vətən məhəlləsindəki qohumlarına xəbər verilib. Xəbəri alan şəhidin böyük qardaşı və qaynı Amasyanın Merzifon şəhərinə yola düşüblər. Şəhidin evində Türkiyə bayrağı asılıb, yaxınları və qohumları orada toplaşıblar.

Hava Qüvvələrinin Baş Çavuşu Emre Sayının şəhid olması xəbəri Balıkəsirdəki ailəsinə çatdırılıb.

40 yaşlı şəhidin anası Merzifona gedib, atası isə faciəli xəbəri aldıqdan sonra onun iş yerinə yollanıb. Şəhid Sayın evli idi, 2 uşağı var. 

Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində Bursadan olan hava pilotu mayor Serdar Uslu şəhid olub.

Kayseridə xidmət edən mayorun ölüm xəbəri Bursa şəhərinin Yenişehir rayonundakı Atakent ərazisində yaşayan atası Əhməd Uslu və anası Fatma Usluya çatdırılıb. Şəhidin 4 ay sonra övladının olacağı məlum olub. 

Təyyarə Təmiri Baş giziri Ramazan Yağızın da şəhadət xəbəri ailəsinə çatdırılıb. Onun Bursa şəhərinin Harmancık rayonunun Çatalsöğüt məhəlləsindən olduğu bildirildi.

Şəhidin cənazəsinin doğma şəhərlərinə aparılacağı bildirilib. 

Təyyarə qəzasında şəhid olan Təyyarə Təmiri Şöbəsinin çavuşu Emre Altıokun Samsundakı ailə evində Türkiyə bayrağı asılıb.

Şəhidin valideynlərinin Kayseridə yaşayan hamilə həyat yoldaşı ilə birlikdə olduğu öyrənilib. Onun ölüm xəbəri Samsunda olan 102 yaşlı babası Satılmış Altıoka çatdırılıb. 

Şəhid Emre Altıokun bir övladı olduğu və həyat yoldaşının ikinci övladını dünyaya gətirməyə hazırlaşdığı məlum olub. 

Təyyarə Təmiri Baş Çavuşu Əmrah Kuranın şəhid olması xəbəri Muğlanın Milas rayonundakı ailəsinə bildirilib. Həlak olan zabitin acı xəbərini hərbi rəsmilər ailəsinə çatdırıblar.

Kayseri Hava-Desant Briqadasında xidmət edən Baş Çavuş Əmrah Kuranın evli olduğu və ondan geriyə iki övladının qaldığı məlum olub. 

Baş çavuş Nuri Özcanın faciəli ölüm xəbəri Karabükdəki ailəsinə çatdrılıb. Onun evində Türkiyə bayrağı asılıb. 

53 yaşlı şəhidin acı xəbəri Karabük Təlim və Araşdırma Xəstəxanasında olan anası Şamiyə Özcana və atası Mehmet Özcana şəhər merinin müavini Mustafa Şahin və hərbi rəsmilər tərəfindən məruzə edilib.

Özcan evli idi, iki övladı var.

Bilecik valisi Sözer şəhid Baş Çavuş İlhan Onqanın ailəsini ziyarət edib, 31 yaşlı şəhidin atası Əli Onqana və anası Hatice Onqana başsağlığı verib.

Şəhidin evinə Türkiyə bayraqları asılıb. 

Yük təyyarəsi qəzasında həlak olan 27 yaşlı Təyyarə Təmiri Şöbəsinin çavuşu Berkay Karacanın faciəli ölüm xəbəri Lüleburgaz rayonunda ailəsinə çatdırılıb.

Karaca ailəsi oğullarının şəhid olması xəbərini hərbi rəsmilərdən aldıqdan sonra göz yaşlarına boğulub. Rayon valisi Kamal Yıldız, Lüleburgaz Qarnizonu Komandiri Briqada generalı Əli Aydın Torun və Rayon Polis Rəisi Murat Karayılan şəhidin evinə başsağlığı veriblər. Karacanın ailə evində Türkiyə bayrağı asılıb və başsağlığı çadırı qurulub.

Təyyarə qəzasında həlak olan Hava Qüvvələri Baş giziri İlker Aykutun ölüm xəbəri Tekirdağın Muratlı rayonundakı ailəsinə çatıb. Aykutun şəhadət xəbəri ailəsinə Muratlı Rayon Qubernatorluğu və hərbi rəsmilər tərəfindən çatdırılıb. Atası Ünal Aykut və anası Zülbiyyə Aykutun qohumları başsağlığı vermək üçün ailənin evinə axın ediblər.

Təyyarə Təmiri Baş Leytenantı Emre Mercanın ölüm xəbəri Əskişəhərdəki ailəsinə çatdırılıb.

Hərbi rəsmilər 27 yaşlızabitin şəhid olduğunu atası Halil İbrahim Mercana və anası Ayşe Mercana bildiriblər. Faciəvi xəbəri eşidən qohumları onun evinə axın ediblər. Ailə evində Türkiyə bayrağı asılıb.

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri