Icma.az
close
up
RU
Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi

Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi

Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında diqqətçəkən bir görüş baş tutub. Bu görüş yalnız siyasi baxımdan deyil, həm də psixoloji baxımdan böyük maraq doğurur. Görüşün hər iki liderinin davranışları, istifadə etdikləri jestlər və ünsiyyət tərzləri siyasi-psixoloji baxımdan önəmli mesajlar ötürür.

Ens.Az-ın məlumatına əsasən,bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, görüş zamanı diqqətə çarpan əsas məqamlar arasında liderlərin davranışları və onlardan ötürülən mesajlar var. Fotoşəkillərdə İlham Əliyevin və Nikol Paşinyanın psixoloji vəziyyətləri açıq şəkildə əks olunur.

İlham Əliyevin rahat və özünə əmin duruşu

"Fotoda Prezident İlham Əliyev rahat və arxaya söykənib, simasından neytral və özünə kifayət qədər əmin görsənir. İlham Əliyevin sakit və sabit duruşu, jestlərinin minimal olması onun güclü və vəziyyətə nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Nikol Paşinyan isə masa arxasında irəliyə doğru əyilmiş vəziyyətdə, fəal jestlər edir və açıq ovuc jestləri ilə səmimi və etibarlı olmasını nümayiş etdirməyə çalışır. Paşinyanın üz ifadəsində və hərəkətlərində emosional gərginlik və narahatlıq hiss edilir, sanki Prezident İlham Əliyevi inandırmağa çalışır ki, ona güvənsin. Fotoda sezilən fərqlər tərəflərin psixoloji durumlarını əks etdirir. İlham Əliyev sakit, özünə inamlı lider, Paşinyan daha emosional və vəziyyəti izah etməyə çalışan tərəf kimi görünür.

Məsafə və əlaqə cəhdləri

İlham Əliyevin arxaya söykənmiş rahat oturuşu məsafəni artırır və qarşı tərəfə çox yaxın olmadığını göstərir. Paşinyanın irəliyə doğru əyilməsi isə məsafəni azaltmaq, əlaqə yaratmaq cəhdidir. Bu situasiya qarşılıqlı güvənsizliyi və tərəflər arasındakı ehtiyatlılığı vurğulayır.

Dominant mövqe və müdafiə xarakterli davranış

İlham Əliyevin fotodakı pozisiyası dominant mövqeni əks etdirir. Onun sakitliyi və minimal jestləri qarşı tərəfə vəziyyətə tam hakim olduğunu göstərir. Nikol Paşinyan isə emosional və aktiv jestləri müdafiə xarakteri daşıyır. Onun məqsədi qarşı tərəfə öz mövqeyini qəbul etdirmək və kompromisə açıq olduğunu göstərməkdir".

Politoloq Aqil Məmmədov həmçinin bildirib ki, daha öncə "Avropa Siyasi Birliyi" Sammitində baş tutan təmaslarda Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin də vasitəçi kimi iştirakı tərəflərə təzyiq yaradırdı. Prezident İlham Əliyev güclü mövqedə olduğunu və vasitəçilər olmadan Paşinyanı dinləyə biləcəyini nümayiş etdirir. Siyasi psixologiya baxımından İlham Əliyevin davranışı dominant və vəziyyətə nəzarəti göstərən tərəfə aiddir, onun minimal jestləri və soyuqqanlı davranışı güclü lider obrazını möhkəmləndirir.

Ümumilikdə, həm yayılan fotoda həm videoda tərəflər diplomatik protokol qaydaları çərçivəsində və qarşılıqlı hörmət və təmkin nümayiş etdirirlər, heç bir aqressiv davranış gözə dəymir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 May 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri