Icma.az
close
up
RU
Paşinyanın bu danışıqlarının arxasında İlham Əliyevin diqtəsi durur Deputat

Paşinyanın bu danışıqlarının arxasında İlham Əliyevin diqtəsi durur Deputat

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səlibçi zehniyyətlilər, hay məsələsini Yaxın Şərqdə və Qafqazada qarşıdurma yaratmaq üçün ortaya atanlar Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı elə də həzm etmək istəmirlər.
 Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, ancaq onların nə düşünmələrindən asılı olmayaraq bütün Qarabağ üzərində Pənahəli xandan üzü bəri heç zaman olmadığı qədər güclü, mütləq və şəriksiz suverenliyimizin daha da möhkəmləndirilməsi, onun əbədiliyinin təmini üçün nə lazımdır edilməlidir və ötən il bu yöndə xeyli işlər görülüb. “Fikrimcə, onların başında “Bakı sıçrayışı” adlandırılan  konsensusun əldə edilməsi ilə yadda qalan COP 29-un uğurla keçməsi gəlir. Cənab Prezidentin də dünənki Qlobal Forumda vurğuladığı kimi Fransanın bu tədbiri boykot cəhdinin də, konfrans ərəfəsində  ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı təşkil etdiyi media hücumlarının əsl səbəbi məhz az öncə dediyimiz  o həzm etməmədən  irəli gəlirdi. Amma hədəflərinə çata bilmədilər”, -deputat qeyd edib.
O əlavə edib ki, qlobal məsələlərdən söz düşmüşkən, mən  ötən il Orta dəhilzin mərkəzi dəhlizə və türk dünyasının güc mərkəzlərindən birinə çevrilməsi yönündə atılan addımları da təqdirəlayiq sayıram:
“Mənə görə isə bütün yırtıcı güclərin üzlərindəki maskanı da çıxarıb atdıqları belə bir mürəkkəb dövrdə çeşidli çağırışların öhdəsindən uğurla gəlməmizin əsas səbəbi düzgün seçim və lider faktoruyla bağlıdır. 


Tam məsuliyyəti ilə bildirirəm  ki, dövlət başçsının ailəsi ilə birgə Xankəndində qatıldığı ötənilki Prezident seçkisi özünün ədalətlilik dərəcəsinə görə ən azından çağdaş dövrdə dünyada keçirilənlərin hamısını kölgədə qoydu. Ədalətlilik sözünü mən ilk növbədə seçkinin bunu ana südü kimi haqq edənin zəfər çalmasıyla sonunclanmasını nəzərdə tutub işlədirəm. 
Bəli, bax, bu doğrudan da, bütün dünyada həsəd doğuracaq əsl səsvermə bayramı idi. 
Bu gün qarşı tərəfin Azərbaycanın irəli sürdüyü sülh planı ilə hələlik sözdə də olsa razılaşmasının, Paşinyanın röya Ermənistan axtarışına son qoyaraq real Ermənistandan danışmasının arxasında onun öz istəyi yox, dəmir yumruqlu liderimiz cənab İlham Əliyevin diqtəsi durur. Bir tərəfdən hərbi potensialımızın getdikcə artması, digər tərəfdən Qarabağdakı quruculuq işləri, məsələn, Xankəndində çağdaş standartlara cavab verən, ali təhsil müəssisəsi olaraq böyük perspektiv vəd edən universitetin açılması, tikiş fabrikinin işə düşməsi, günü-gündən gözəlləşən bu şəhərimizdə artıq minlərlə azərbaycanlının yaşaması öz sözünü deyir və bütün bunlar hökumətin ötən ilki fəaliyyətinin qənaətbəxşliliyinin ən gözəl göstəriciləridir”. 
Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Mart 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri