Icma.az
close
up
RU
Статья не опубликована
Bir gün Cümhuriyyətçi olurlar, bir gün sovet ideologiyasını tərənnüm edirlər İqbal Ağazadədən mükəmməl yazı

Bir gün Cümhuriyyətçi olurlar, bir gün sovet ideologiyasını tərənnüm edirlər İqbal Ağazadədən mükəmməl yazı

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Bu mövzu barədə bir daha öz düşüncələrimi bölüşmək istərdim...

Azərbaycanda insanlara və ya proseslərə mahiyyəti üzrə yox, münasibətlər, yaxud bağlılıqlar kontekstində qiymət verilir. Nəticədə, obyektivliyə və gerçəkliyə kölgə düşür, dəyərlər sistemi pozulur.

Məsələn, biz hələ SSRİ-nin dağılmasına münasibətimizi formalaşdıra bilməmişik.

Bilmirik, yaxşı oldu, dağıldı, yoxsa biz o sistemdə daha xoşbəxt yaşayırdıq?!!

Cümhuriyyət qurucularını sevdiyimizi bəyan edirik, adlarını fəxrlə çəkirik, onları yıxan və Azərbaycanın müstəqilliyinin sonunu gətirən adamların da adlarını yaşadırıq, həm də min cür "səbəb" uydurmaqdan çəkinmirik.

Tarixi şəraiti, vəziyyəti, adamların ən düzgün qərar verdiklərini əsaslandırmaq üçün nələrə əl atmırıq.

Sovet rejiminin Azərbaycanda təşəkkül tapmasını inkişafımıza zərbə hesab edirik, amma onun yaratdığı tarixin, ədəbiyyatın, mədəniyyətin, ideologiyanın təbliğatçısı oluruq.

Sovet rejimi mahiyyətcə pis olubsa, Azərbaycana ziyan gətiribsə, (ki, mən məhz belə düşünürəm...) onun yaratdığı ideoloji, nə varsa, imtina edilməlidir.

Bu o demək deyil ki, məsələn, Sovet dövründə çəkilmiş filmləri, yazılmış ədəbiyyat nümunələrini, rəsm əsərlərini və s. ucdantutma məhv etməli, onları yandırmalıyıq. Əsla.

O dövlətimizin tarixinin bir parçasıdır, arxivlərdə qorumalıyıq, saxlamalıyıq.

Amma və lakin...

Daha bu gün də ideoloji ədəbiyyatın nümayəndələrini təbliğ etməməliyik. Onların əsərləri ilə böyüməməliyik. Mənim kəndimdən, rayonumdan, mahalımdandır deyib, yaxamızı yırtmamalıyıq.

Mənim qohumumdur deyib, müdafiəçisi rolunda çıxış etməməliyik.

Bu, mağara düşüncəsidir, feodal təfəkkürünün məhsuludur. Yanlışdırsa, yanlışdır, daha nəyi bəzəməyə çalışırıq?!!!

Hamımız dövrün də nə olduğunu bilirik, ideologiyanın da nələr etdiyini ya görmüşük, ya da oxumuşuq. Sovet dövrünə pis deyiriksə, onun ideolojisi olan hər şeyindən imtina etməyi bacarmalıyıq.

Heç kim S.Vurğunu, S.Rüstəmi, M.İbrahimovu, M.Hüseyni, R.Rzanı, M.Rahimi və s. istedadsız, bacarıqsız, ruhsuz, ilhamsız hesab etmir. Sadəcə olaraq, onların və digərlərinin partiya və Sovet rejiminin təbliği ilə bağlı yazdığı ədəbiyyat nümunələrindən imtina etmək lazımdır.

Qoy, Ədəbiyyat İnstitutu və ya Elmlər Akademiyası dilin saflığı üçün etdikləri ilə bağlı elmi araşdırmalar etsin, ideoloji olmayan əsərlərini ayırıb ayrıca nəşr etsin, sənət nümunələri kimi gələcək nəsillərə ötürsün, amma bu gün onların barəsində tənqid deyənləri topa, tüfəngə tutmasın.

Biri deyir, Vaqif yoxdursa, mən varam, sona qədər müdafiə edəcəm. Et, lakin müdafiə etdiyini deyən adam tənqidə də açıq olmalıdır. Sənin müdafiə haqqın varsa, onun da tənqid haqqı var. Niyə adamlara bu yaşda, bu başda barmaq silkələyirsiniz?

Hələ marjinal qrup təfəkküründə olanları demirəm.

Mən Qazax mahalını və qazaxlıları çox sevirəm, Vaqif Səmədoğlunu isə Səməd Vurğundan çox böyük şair hesab edirəm. Axı Səməd Vurğunu sevmək və ya sevməmək Qazax və qazaxlılara münasibətin göstəricisi deyil!

XXI əsrdə bu, nə yanaşmadır?!

N. Nərimanovu pisləyən kimi Borçalı və Qaraçöpdən olan dostlarım inciyir.

Dostlar, Zəngəzur, Qərbi Azərbaycan torpaqlarını Ermənistana verənlərdən ən böyüyü Nərimanov olub. Daha nə deyim, necə sevim bu insanı?!

Qarabağı hansı siyasətçi Ermənistana versəydi, onu sevərdiniz? Deyərdiniz, dünya, Rusiya, rejim, ABŞ, Fransa məcbur etdi, nə edə bilərdi?

Belə yanaşma doğrudur sizcə?

Rəsulzadəni sevirik, qurucu babalarımızın lideri hesab edirik, S.Vurğun onu şeirində təhqir edir, deyirsiniz, dövr məcbur edib. Hələ Rəsulzadənin özündən də iqtibas verirsiniz. Olmaz, vallah olmaz.

Demirəm, S.Vurğunu söyək, əsla, sadəcə ideoloji ədəbiyyatın nümayəndəsi qədər qiymət və dəyər verək.

Məncə, Elmlər Akademiyası elmimizin bütün sahələrinin gələcək yol xəritəsini hazırlamalı, tədqiq və təbliğ nümunələrini düzgün müəyyənləşdirməlidir. Onda bu cür "elmi" mübahisələr olmaz ...

P.S. Bəzi adamlarda dissosiativ pozuntu baş verir, nə mən, nə də cəmiyyət onların bu pozuntularına görə cavabdeh deyilik. Bir gün Cümhuriyyətçi, bir gün sovet ideologiyasını tərənnüm edənlərin müdafiəçisi olurlar.

İqbal AĞAZADƏ,

"Ümid" Partiyasının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 09 Fevral 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri