Icma.az
close
up
RU
“Xəzər dənizinin çəkilməsi, həm balıq növlərinin, həm də Xəzər florasının azalmasına mənfi təsir edir”

“Xəzər dənizinin çəkilməsi, həm balıq növlərinin, həm də Xəzər florasının azalmasına mənfi təsir edir”

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ölkə ərazisində oktyabrın 10-dan açıq elan olunmuş ov mövsümü başa çatıb". Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. O qeyd edib ki, bu gündən etibarən ölkə ərazisində ov edilməsi qadağan olunur:

“Alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb. Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq”.

Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb.

Azərbaycanda ov mövsümünün müəyyən dövrlərdə qadağan edilməsinin əsas ekoloji səbəbləri nədir ?Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi heyvan və quş növlərinə necə təsir göstərir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ekoloq Sadiq Həsənov bildirib ki, Azərbaycanda “Qırmızı Kitab”da olan nadir quş və heyvanların ovlanması onların sürətlə azalmasına gətirib çıxarıb: “Düşünürəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin biomüxtəlifliyin qorunması üzrə nümayəndəsinin fikirləri tamamilə əsaslıdır. Çünki Azərbaycanda demək olar ki, bu nadir quşlar yoxa çıxıblar. Son dövrlərdə onların kütləvi surətdə ovlanması, qadağaların olmamasından və ya boşluqdan istifadə edərək insanların bu heyvanları həddindən artıq ovlaması nəticədə saylarının azalmasına gətirib çıxarıb. Ovlanması qadağan olunan quşların və heyvanların növləri nadir növlərdir. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərtib etdiyi “Qırmızı kitab”da da onların adları var. Təəssüf ki, onlar surətlə azalmağa doğru gedirlər. Məsələn, Turac, Ərsindimdik, Qu quşu, Qızıl qan, Qırqovul, Tetra, Bəzgək quşları – hamısı “Qırmızı kitab”da olan adlardır. Eyni zamanda Maral, Ceyran, Cüyür, Qonur ayıdır, Bəbirdir - bunlar da ovu qadağan olunmuş heyvanlardır. Nəzərə alaq ki, onların sayı sürətlə azalır və bu azalma da ümumi böyük müxtəlifliyə, ümumi ətraf mühitə çox böyük mənfi təsir göstərir, çünki biosfer bütövdür. Burda bütün canlılar bir-birini tamamlayırlar. Akademik Vernadskinin “Biosfer” əsərində də xüsusi olaraq bunu araşdıraraq qeyd edir ki, növlər, insandan başlamış bütün canlı orqanizmlər, bütün flora sistemi biri-birini tamamlayırlar. Bunların birinin yox olması, digərlərinin də məhv olmasına və onların azalmasına səbəb ola bilər. Bu mənada bu qərar təqdirəlayiqdir. Yəni uzun müddət boşluqdan sonra tərtib olunmuş yeni qərar dəstəklənmməlidir və ov mövsümü, eyni zamanda ovun aparılmasına mütləq nəzarət olunmalıdır”.

Sadiq Həsənov

Sadiq Həsənov vurğulayıb ki, Xəzər dənizi 2 metrdən də artıq geri çəkilib: “Xəzər dənizinin su səviyyəsinin azaldılması çox böyük fəsadlarla müşahidə olunur. Demək olar ki, Xəzərə dənizi 2 metrdən də artıq səviyyə geri çəkilməkdə davam edir. Bunun həm biomüxtəlifliyə, həm floraya çox böyük ciddi təsirləri var. Quşların köç etməsinə onların dayandığı yer vardır, onlar artıq təhlükəli bir həddə yaxınlaşıblar. Yəni bu cür yerlərin yox olması olur, Bunları aradan qaldırılması mütləq belə tədbirlərin görülməsi çox vacibdir və mən düşünürəm ki, Xəzər dənizinin çəkilməsi, həm balıq növlərinin azalmasına mənfi təsir edir, həmçinin Xəzər florasının azalmasına çox ciddi təsir edə səbəblərdəndir. Təsadüfi deyil ki, balıq növləri kifayət qədər azalıbdır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri