Icma.az
close
up
RU
İşdən çıxarılan Azərişıq əməkdaşından ŞOK İTTİHAMLAR VİDEO

İşdən çıxarılan Azərişıq əməkdaşından ŞOK İTTİHAMLAR VİDEO

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Şəhid oğlu  Anar Quliyev "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovun fəaliyyətinə dair ciddi ittihamlarla çıxış edib.

Sitat.info-ya müraciət edərək problemini işıqlandırmağa çalışan A.Quliyev sözügedən qurumun fəaliyyətində qanuna zidd məqamların olduğunu iddia edir. A. Quliyevin sözlərinə görə, "Azərişıq" qanunsuz tikililərə elektrik enerjisi verilməsi və sayğaclaşdırılması üçün  müraciət edən mülkiyyət sahibindən 1000 manat rüşvət tələb edir.

A.Quliyev deyir ki, gün ərzində ölkə üzrə 250 qeydiyyat aktı yazılır və bu proses artıq 13 aydır davam edir.

Ümumilikdə, 50 minə yaxın kod açıldığını deyən şikayətçi, ümumilikdə bu vətəndaşlardan toplam 50 milyon manata yaxın qanunsuz vəsaitin alındığını iddia edir. Xatırladaq ki, 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən prezidentin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağandır”.

Bu şikayətlə əlaqədar Anar Quliyev prokurorluğa və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Şikayətdə qeyd olunur ki, Anar Quliyev, video müraciət yayımladığı üçün “Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi” əsasında işdən azad edildiyini də qeyd edir. Üç azyaşlı uşağı olduğunu vurğulayan Anar Quliyev, işdən çıxarılmasını ədalətsizlik kimi qiymətləndirir və bunun video müraciətə görə olduğunu bildirir.

"Azərişıq" ASC-dən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı məhkəmə olacaq və rəsmi açıqlama məhkəmə qərarından sonra veriləcək. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyin. 

Aytac Baxış,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 Yanvar 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri