Bir gündə 3 piyada həyatını itirdi Yol polisindən çağırış
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Qeyd olunub ki, bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41,1% təşkil edir.
Bildirilib ki, təkcə noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada dünyasını dəyişib.
"Rəqəmlə ifadə olunan bu hadisələr təkcə 3 nəfərin faciəsi deyil. Zərərçəkmişlərlə yanaşı, təqsirləndirilən şəxslərin də birbaşa taleyinə, ailəsinə sirayət edən bu hadisələr, əslində bərpası mümkün olmayan itkilərdir. Təəssüf ki, məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarının mövcudluğu yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir", - deyə İdarənin məlumatında vurğulanıb.
Baxış sayı:66
Bu xəbər 13 Noyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















