Icma.az
close
up
RU
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Noyabrın 11-də Laçın şəhərində yerləşən "LaCinema" kinoteatrında “Laçından keçən ulduzlar” adlı yeni mədəniyyət layihəsinin ilk tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrini Laçına dəvət etmək, onları şəhər sakinləri ilə görüşdürmək, sənət və sənətkar haqqında canlı söhbətlərə, fikir mübadiləsinə şərait yaratmaqdır.

Silsilə xarakteri daşıyan layihə çərçivəsində Azərbaycan kinosunun, musiqisinin, teatrının, ədəbiyyatının, təsviri sənətinin və digər yaradıcılıq sahələrinin tanınmış nümayəndələri Laçının qonağı olacaq, öz yaradıcılıq yolları, sənət təcrübələri və həyat hekayələrini şəhər sakinləri ilə bölüşəcəklər.

Layihənin ilk görüşü Azərbaycan kinosunun görkəmli nümayəndələrinə həsr olunub. Tədbirin fəxri qonaqları milli kinomuzun parlaq simaları, kino tariximizin canlı şahidləri – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafov olublar.

Tədbirin moderatoru kinotənqidçi Sevda Sultanova olub.

Görüş zamanı sənətkarlar öz yaradıcılıq yollarından, Azərbaycan kinosunun zəngin tarixindən, unudulmaz ekran əsərlərindən, aktyor sənətinin məsuliyyətindən və müasir kino prosesindən danışıblar. Laçın sakinləri böyük sənətkarlarla birbaşa ünsiyyət qurmaq, onları yaxından tanımaq və suallarını ünvanlamaq imkanı əldə ediblər.

Görüş çərçivəsində Şəfiqə Məmmədova və Fəxrəddin Manafovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi hazırlanmış videoçarx da nümayiş etdirilib. Videoçarxda sənətkarların bioqrafiyası, zəngin yaradıcılıq yolu, filmoqrafiyası və Azərbaycan kinosuna bəxş etdikləri ekran obrazları öz əksini tapıb.

Tədbirin musiqi proqramı da xüsusi maraq doğurub. Pianoçu Şahin Yəhyazadə sənətkarların çəkildikləri filmlərdən seçilmiş musiqi əsərlərini ifa edib. Musiqi nömrələri görüşə xüsusi bədii ovqat və emosional çalar qatıb.

Tədbir çərçivəsində qonaqlar Bakı Abadlıq Xidməti tərəfindən yaradılmış “HoçazFilm” kinostudiyasının maddi-texniki bazası ilə də tanış olublar. Kinostudiyanın texniki və yaradıcı imkanları, burada həyata keçirilməsi nəzərdə tutulan yeni film layihələri, eləcə də Laçının kino məkanına çevrilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Laçın Beynəlxalq Film Festivalının gələcək inkişaf perspektivləri, festivalın Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə tərəfdaşlıq imkanları və milli kino sənayesinin Laçında təşviqi məsələləri müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Laçının ölkənin və beynəlxalq kino məkanının mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Laçından keçən ulduzlar” yalnız tanınmış sənət adamları ilə görüşləri əhatə edən layihə deyil. Bu təşəbbüs Laçının mədəni həyatına yeni nəfəs gətirməyi, şəhərin ictimai-mədəni mühitini zənginləşdirməyi, sənətin müxtəlif nəsillər arasında yaratdığı mənəvi körpünü daha da möhkəmləndirməyi hədəfləyir.

Qeyd edək ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və “HoçazFilm”in birgə təşkilatçılığı ilə baş tutub.

Yüksək təşkilatçılıq səviyyəsi, zəngin bədii proqramı və səmimi atmosferi ilə yadda qalan görüş Laçının mədəni həyatında əlamətdar hadisələrdən biri olub.

Banan balığının asan ovlanan günü - Müharibə haqqında təsirli hekayə Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri