Icma.az
close
up
RU
Bir gündə doğulub və eyni tale yaşayan ŞƏHİDLƏRİMİZ!

Bir gündə doğulub və eyni tale yaşayan ŞƏHİDLƏRİMİZ!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən müqəddəsdir. Heç bir məfhum bu qədər böyük mənanı ifadə edə bilməz. Sonu görünməyən bir sevgidir, vətən sevgisi. Dünyanın hansı qitəsində yaşasan da Vətən sənin üçün ən ülvi bir məkandır. Daşı da, qayası da sənə doğma və əzizdir. Vətən qarşısında hər kəs məsuliyyətlidir və onu müdafiəsidə durmaq isə hər kəsin borcudur. Şərəfli və məsuliyyətli bir vəzifədir onu qorumaq və müdafiə etmək, lazım gələrsə, qan tökmək. Tökülən qan hədər getməz... Vətən öz torpaqlarını, sərhədini qoynuna aldığı və yetirdiyi övladları ilə qoruyur. İnsana verilən yaşamaq hüququndan keçənlər, Vətən yolunda şəhid olanlar ən yüksək zirvəyə yüksəlirlər. Qəhrəmanlıq və ərənlik məktəbi bu torpağın tarixinə yazılıb. Odur ki, tarixdən dərs alanlar bu torpağın qəhrəmanına çevrilirlər. Tarixi dönəmlərdə olduğu kimi, müasir dövrümüzdə də Azərbaycan oğulları öz qanları ilə Azərbaycan torpağı üzərinə "VƏTƏN" sözünü həkk edirlər. Son otuz ilin hadisələri bunu bir daha deməyə əsas verir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində minlərlə Azərbaycan oğulunun vətənin müdafiəsinə qalxması tariximizin səhifəsində qururlandırıcı bir salnamədir. Bir ailədən, bir obadan boy atanlar, Azərbaycan kimi məmləkətin əbədi dünyasının sakini oldular. Hər bir ailənin övladına çevrildilər.

HƏYATIN QƏRİBƏ GƏRDİŞLƏRİ

Həyatın qəribə gərdişləri var. Ayrı-ayrı ailədə doğulub və bir xalqın övladına çevrilən, bir gündə anadan olub və eyni tale yaşayan oğullarımız var. Bu gün doğum günlərin qeyd etdiyimiz üç şəhidimiz haqqında söz açacağam. 26 iyul onların doğum günüdür. Vətənin harayına səs verən igid oğulların həyat hekayələrindən qısa bir şəkildə söz açacağam.

2016-cı il Aprel döyüşləri kimi tariximizdə yer alan hadisələr zamanı şəhidlik zirvəsinə yüksələn Rəşid Rövşən oğlu Mehdiyev. 26 iyul 1990-cı ildə Salyan rayonunda anadan olan Rəşid 26 yaşında ikən şəhidlik zirvəsinə yüksəlir. 2 aprel 2016-cı il onun şəhid olduğu tarixdir. 26 ildə qısa bir həyat yolu keçsə də onu tanıyanların yaddaşında silinməz izlər salıb. Rəşid Mehdiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Arzularını artıq həyata keçirmək üçün addımlar atırdı. Əlbəttə ki, Rəşid orta təhsilini başa çatdırdıqdan sonra istənilən ali məktəbə daxil ola bilərdi. Lakin o, ali hərbi təhsil almağı, zabit kimi Vətənə xidmət etməyi, erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasında yaxından iştirak etməyi qərara alır. Bu istəyi reallaşdırmaq üçün Rəşid 2008-ci ildə Heydər Əliyev adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbininə daxil olur və 2011-ci ildə həmin məktəbi bitirir.

Üzərinə düşən bütün vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirərək tez bir zamanda baş leytenant rütbəsini alır və Gəncədə yerləşən "N" saylı hərbi hissədə taqım komandiri kimi xidmət edir. 2016-ci il Aprel döyüşləri zamanı Rəşid ərizə yazaraq könüllü olaraq döyüşlərə qoşulur. Rəşid topcu kimi ordumuzun aprelin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklər yaxınlığında ermənilərin bir neçə texnikasını sıradan çıxarır. Nəticədə, baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olur.

Bir ananın dilindən süzülüb gələn bayatını vurğulamaq yerinə düşər:

Əziziyəm Salyana,

Rəşid gəlməz Salyana.

Necəsən bir ha çəkim...

Kür quruya, Sal yana.

Əzizim meyxanəyə,

Şeh düşüb meyxanəyə,

26 il bala saxladım,

Çıxarmadım toyxanəyə

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Rəşid Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

DİLLƏRDƏ DASTANA ÇEVRİLƏN ŞƏRƏFLİ YOL

Elimdar Səlimxan oğlu Səfərov. Artıq şəhidlik zirvəsində yer alan vətən oğlunun keçdiyi qısa və şərəfli yol dillərdə dastana çevrilib. 26 iyul 1992-ci ildə dünyaya gəlib. Yardımlı rayonunda yayın isti günündə. Tale elə gətirir ki, o da Aprel döyüşünün şəhidinə çevrilir. 2 aprel 2016-cı ildə şəhid olur. Eyni gündə anadan olub, eyni gündə şəhid olan vətənin iki şəhid övladı: Rəşid və Elimdar. Cəmi 24 qış, 24 bahar yaşasa da böyük bir hekayəsi var. Vətənə bağlı oğul idi. Deyilənə görə, çox güclü idi, onun qollarını heç kim qatlaya bilməzdi. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi. Vətənə, Bayrağa, İslami dəyərlərə çox bağlığı onun ətrafında olan insanlara sevdirmişdir. Bu sevgi ondan düşmənə qisas almağa güc verdi.

Vətən torpağının azadlığı hər bir şeydən üstündür. Azərbaycan belə oğulları ilə fəxr edir. Azərbaycan Silahlı Qüvvələrinin giziri idi Elimdar. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Daha bir şəhid övladımız - Toğrul Səyyad oğlu Məmmədov. Toğrul da tarixin bu günü dünyaya göz açıb. Toğrul 14 iyul 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Onun tərcümeyi-halına həkk edilən yazıları oxuyuruq: Toğrul Məmmədov 1988-ci ilin 26 iyul günündə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Orta təhsilini Şıxmahmud kənd tam orta məktəbində alıb, 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmiş və 2005-ci ildə buradan məzun olmuşdur. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə leytenant hərbi rütbəsi ilə burada təhsilin sonna yetirmişdir. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir.

Kapitan Toğrul Məmmədov 2016-cı ilin iyulun 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olur. İyulun 15-i isə Toğrul Məmmədov doğulduğu Babək rayonunun Şıxmahmud kəndində son mənzilə yola salınır.

Uşaqlıqda valideynlərini itirən Toğrul çox erkən ailəyə başçılıq edib. Balaca qardaş və bacısına ata, ana olmaq nə qədər çətin olsa da buna qatlaşmalı olur. Sonradan isə Azərbaycana oğul olur. Demək, sədaqət ocağa xidmətdən başlayır. Ailəsini, ocağını sevən, Vətənini də sevər. Ona oğul olar. Azərbaycanın qəhrəman olğu Toğrul kimi.

Vətən sevgisi neçə-nəçə vətən oğlunun ömrünü, arzularını yarımçıq qoysa da, böyük bir arzularını gerçəkləşdirdi. 44 günlük Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı. İşğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Otuz ilə yaxın həsrətdən sonra doğma yurdlarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi dəmir yumruq olub düşmənin başını əzdi. Azad torpağımızda şəhidlərimizin ruhu da azadlığa qovuşub.

MÜTƏŞƏKKİL, VƏTƏNPƏRVƏR VƏ MÜBARİZ GƏNCLİK

Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühitinin formalaşması gənclərin potensialının düzgün istiqamətlənməsinə yönələn tədbirlərin uğurla həyata keçirilməsinin təzahürüdür. Dövlət gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Bugünki gənclik azad fikirli və düşüncəli, cəsarətli, bilikli, vətənpərvər gənclikdir. Müstəqil dövlətin nümayəndəsi kimi dünyaya çıxan və müxtəlif səpkili tədbirlərin iştirakçısı olaraq qalibiyyət əldə edən, kreativ gənclikdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən böyük bir ordudur. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın qazisi oldular. Bu gün Azərbaycan belə oğulları ilə qürürlanır, fəxr edir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın dövlət müstəqilliyinin əbədi və əzəli olmasını qorumaq və saxlamaq üçün gənclər yaxşı təhsil almalı, çox çalışmalı, peşələrinə yaxşı yiyələnməli, vətənpərvər olmalıdırlar. Bu günün gənci bu məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayır. Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Bu, Qarabağla, onun dirçəldilməsi ilə bağlı mənəvi məsuliyyətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see218

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see218

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see216

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see211

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see209

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see209

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see202

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see187

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see185

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see184

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see183

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see174

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see169

Lukaku “Fənərbağça”ya keçməyə razılaşıb

09 Avqust 2026 03:10see167

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see163

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see163

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see162

Çox ləzzətli məzə resepti

09 Avqust 2026 04:04see160

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see156

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri