Icma.az
close
up
RU
Bir günə sığmayan təşəkkür!

Bir günə sığmayan təşəkkür!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllimlik bəşəri və uca peşələrdən biridir...

Dünyada gözəl, nəcib peşələr çoxdur. Ancaq elə bir peşə var ki, onun əməyi bütün sahələrin təməlində dayanır – bu, müəllimlikdir. Müəllim sadəcə öyrədən deyil. Bu peşə sahibləri insanın düşüncəsinə yol açan, qəlbində elmə və biliyə sevgi oyadan, gələcəyə inam yaradan şəxslərdir. Bəzən bir müəllimin söylədiyi adi bir cümlə şagirdin yaddaşında illərlə yaşayır, verdiyi tövsiyə isə bütöv bir həyat yoluna istiqamət verir. Bu mənada müəllimlik yalnız peşə deyil, insan yetişdirmək missiyasıdır.

Məhz buna görə müəllim anlayışı bəşəri və uca məna daşıyır. Dünyanın hansı ölkəsində, hansı məktəbində olmasından asılı olmayaraq, müəllimin əsas missiyası dəyişmir: bilik vermək, şəxsiyyət formalaşdırmaq və gələcəyi daha yaxşı quracaq nəsil yetişdirmək.

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Lakin müəllim əməyini sadəcə bir günlə məhdudlaşdırmaq mümkün deyil.  

Müəllim də zamanla dəyişir...

Müasir dövrdə müəllimlik əvvəlki dövrlərlə müqayisədə daha fərqli məsuliyyət tələb edir. Texnologiyanın sürətli inkişafı, informasiyanın əlçatanlığı və yeni öyrənmə imkanları müəllimin rolunu da dəyişir. Artıq şagirdlər istənilən məlumatı saniyələr ərzində əldə edə bilər. Buna görə müasir müəllimin əsas vəzifələrindən biri sadəcə məlumat vermək deyil, məlumatı düzgün seçməyi, təhlil etməyi və ondan doğru nəticə çıxarmağı öyrətməkdir.

Təbii ki, texnologiya müəllimin yerini tutmur, əksinə, onların qarşısında yeni imkanlar açır. Ən müasir texnologiyanın belə edə bilmədiyi bir şey var: şagirdin hissini duymaq, onun narahatlığını görmək, potensialına inanmaq və ona “sən bacararsan” demək. Bu səbəbdən müəllimə verilən dəyər yalnız maaş, mükafat və ya fəxri adlarla ölçülmür. Əsl dəyər cəmiyyətin müəllim əməyinə münasibətində, müəllimin nüfuzunda və onun yetişdirdiyi nəslin davranışında özünü göstərir.

Müəllimlərə dövlət qayğısı

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Ulu Öndər hər zaman müəllim peşəsinə böyük dəyər verib. “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Heydər Əliyev bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul edib. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi. Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən Ulu Öndər deyib: “Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”.

Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı, Prezident İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşıb. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Hələ 2004-cü ildə Prezident “2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi ilə bağlı xüsusi sərəncam imzalayıb. Bu gün Elm və Təhsil Nazirliyi müəllimlərin seçilməsi və işlə təmin edilməsi sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli addımlar atır.

Son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezidentin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. 

Müəllimə hörmət gələcəyə hörmətdir

Beynəlxalq Müəllimlər Günü əslində yalnız müəllimləri təbrik etmək üçün təqvimdə qeyd olunan tarix deyil. Bu gün bizə daha böyük bir həqiqəti xatırladır: gələcəyin qurulması məktəbdən, məktəbin gələcəyi isə müəllimdən başlayır. Bu baxımdan müəllimə hörmət etmək elmə, biliyə, zəhmətə və gələcəyə hörmət etməkdir. Çünki bu gün bir uşağın əlindən tutan müəllim sabah bütöv bir nəslin düşüncəsinə təsir edə bilər. Elə buna görə də müəllim haqqında deyilən ən gözəl sözlərin heç biri onun əməyini tam ifadə etməyə kifayət etmir. 

Öyrədən, düşündürən, ruhlandıran və gələcək nəsli yetişdirən fədakar müəllimləri təbrik edirik. Gününüz mübarək!

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:26
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri