Icma.az
close
up
RU
“Bir həftədən sonra İranın nə ilə müqavimət göstərəcəyi maraqlıdır”

“Bir həftədən sonra İranın nə ilə müqavimət göstərəcəyi maraqlıdır”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“İsrail və ABŞ zərəbələri qarşısında İranın hava hücumundan müdafiə qoşunları kifayət qədər zəif təəssürat bağışlayır. Amma İranın dron və raket zərbələri qismət effektivdir. Bəzi zərbələrin qeyri-dəqiq olmasını və hədəfdən kifayət qədər böyük miqyasda yayınmasını nəzərə almasaq, bəzi raketlər hədəflərinə, o cümlədən də ABŞ-nin hərbi bazalarının olduğu ölkələrin ərazisində yerləşən hədəflərə gedib çatır və müəyyən ziyanlara, dağıntılara səbəb ola bilir”. 

Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

O, bildirib ki, Hömrüz boğazının bağlanmasının xəbərlərinin dərhal ardınca ABŞ aviasiyası intensiv bir şəkildə İranın hərbi dəniz qüvvələrinə qarşı əməliyyatlara başladı və qısa müddətdə yeddi gəminin batırıldığına dair məlumatlar əldə edildi:

“İranın hərbi siyasi rəhbərliyində 50-dən çox insanın məhv edilməsinə baxmayaraq İran öz müqavimət potensialını hələ də qoruyub saxlayır. Müharibənin ilk günündə təxminən raket potensialının iyirmi faizini istifadə edən İran, eyni intensivliklə maksimum bir həftəyə qədər ABŞ və İsrailə qarşı, o cümlədən onların yaxın Şərqdə və İran ətrafında yerləşən ölkələrdəki hərbi bazalarına zərbə imkanlarını qoruyub saxlayacaq. Bir həftədən sonra İranın nə ilə müqavimət göstərəcəyi maraqlıdır. Əgər biz “Şahid” və “Mühacir” PUA-larını nəzərə almasaq, o zaman İranın gələn həftənin sonundan sonra daha çox öz qüvvələrini qorumaq üçün hansı addımları atacağı da maraq doğurur”. 

Ə.Verdiyev deyib ki, İran nə qədər tez ABŞ-nin tələblərini yerinə yetirməyə razı olsa, bir o qədər itkiləri az olacaq:

“Xatırladıram ki, hər iki tərəf mülki obyektə zərbələr endirib. Bunlardan biri Tehrandakı Qızlar məktəbi və digəri isə mülki xəstəxana olduğu bildirilir. Amma İranın zərbələri nəticəsində çoxsayda ticarət mərkəzləri, otellər və ABŞ ilə əlaqəsi olmayan digər obyektlərə də zərbələr endirib ki, bu da digər ölkələrin İrana qarşı müharibəyə qoşulması ehtimalını artırır. Həmin ölkələr də bu barədə artıq bəyanat səsləndirsələr də real olaraq döyüş əməliyyatlarında hələlik birbaşa iştirak etmirlər”. 

Hərbi ekspertin sözlərinə görə, İran qonşuluqda olan bir çox ölkələri özünə düşmən etməyi bacardı:

“Halbuki həmin ölkələr öz ərazilərində ABŞ bazalarını yerləşdirməkdə əsas məqsədləri İrandakı molla rejiminin təhdidlərindən qorunmaqla birbaşa əlaqəli idi. İstənilən halda intensiv və genişmiqyaslı müharibə davam edir. Müharibəyə ABŞ yeni bombardımançı “B-2 Spirit” təyyarələrini də daxil edib. Bu müharibədə İranın qələbə qazanmaq şansı sıfra bərabərdir. Ona görə də nə qədər tez İran ABŞ şərtlərini qəbul edərsə,  bir o qədər də itkilərin, dağıntıların, fəlakətlərin miqyası bir qədər də az olar”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Mart 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri