Icma.az
close
up
RU
Bir kərə yüksələn Bayraq Cavanşir Feyziyev yazır…

Bir kərə yüksələn Bayraq Cavanşir Feyziyev yazır…

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Vətəni olan, dövləti olan hər bir şəxsin şüurunda və ürəyində uğrunda ölməyə hazır olduğu bir bayraq var. Bu bayraq həmişə azadlıq və istiqlal uğrunda müqəddəs savaşa gedənlərin başı üstündə dalğalanır.

Bizim də canımız qədər sevdiyimiz bayrağımız və bu bayrağın şərəfində ümumxalq bayramı elan olunmuş tariximiz var. Noyabrın 9-u Dövlət Bayrağı Günüdür. Bayraq da torpaq kimi, uğrunda ölənlərin tapındığı, şəhidlərimizin büründüyü müqəddəs bir varlıqdır.
Üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyən Məhəmməd Əmin Rəsul­zadə bu bayrağı Azərbaycan xalqına miras qoydu.
Az sonra bayrağımızı binalarımızın üzərindən endirsələr də bu bayraq ətrafında birləşən milyonlarla insanın ürəyindən çıxara bilmədilər. 70 il sonra, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üç­rəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olundu.
1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncama görə, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edildi. Beləcə xalq öz İstiqlal bayrağına qovuşdu.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
İstiqlal şairimiz Bəxtiyar Vahabzadə bu iki misrada bayrağımızın ən dərin mənəvi dəyərini ifadə edib. Babalarımızdan miras qalan, şəhidlərimizin və qazilərimizin qanlı döyüşlərdən keçirib başımız üstündə ucaltdığı Azərbaycan bayrağı xalqımızın bu qəhrəmanlığını bütün dünyaya tanıtdıran kimliyimizdir. Bayraq milli identikliyimizin nişanıdır.
Ən müqəddəs rəmzlərdən biri sayılan bayraq bir millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Onun ucalığını, böyüklüyünü, müqəddəsliyini dilə gətirən Ulu öndər Heydər Əliyev “Azərbaycan Dövlətinin Bayrağı gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun!” – deyərək, hələ o zaman hər bir azərbaycanlını bu müqəddəs bayraq ətrafında birləşməyə çağırmışdı. O deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
Üçrəngli bayrağımız haqqında böyük məhəbbətlə danışan Heydər Əliyev deyirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bayrağımızın bütün işğal olunmuş torpaqlarımızda dalğalanacağına əmin olduğunu dönə-dönə vurğulayan Heydər Əliyev beləcə xalqın mübarizə əzmini mətinləşdirir, qələbə inamını möhkəmləndirirdi.
Azərbaycan xalqı öz bayraq sevgisini döyüş cəbhələrində göstərdi. On minlərlə gənc bu bayrağa sarılaraq “Dəmir Yumruq” ətrafında birləşdi. Ali Baş Komandan İlham Əliyevin bir çağırışına cavab olaraq düşmən üstünə yeridi, işğal altında qalan torpaqlarımızı azad etdi. Bu bayraq altında gənc oğullarımız azadlıq və müstəqillik uğrunda can verdilər, amma bayrağımızı enməyə qoymadılar. Onu Azərbaycan ərazisinin hər bir guşəsində dalğalandırdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu gün Azərbaycanın Bayrağı Şuşada, Xankəndidə və bütün işğala məruz qalmış torpaqlarımızda qürurla dalğalanmaqdadır. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Bu bayraq daim başımızın üstündə olacaq, Azərbaycan varlığını, Azərbaycan dövlətinin gücünü və qüdrətini bütün dünyaya tanıtdıracaq!
Bayrağımız həmişə uca olsun!
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri