Icma.az
close
up
RU
Bir kilometr üçün eyni QİYMƏT Velo, yoxsa taksi daha sərfəlidir?

Bir kilometr üçün eyni QİYMƏT Velo, yoxsa taksi daha sərfəlidir?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bu gün şəhər sakinləri tıxaclardan qurtulmaq, gündəlik yolu daha rahat və sürətli getmək üçün elektrikli velosipedlərə (velo) üstünlük verirlər. Bu nəqliyyat vasitəsi həm vaxt həm “cib” qənaəti, həm də alternativ imkan kimi təqdim olunur. Lakin velonun son istifadə qiymətlərinə nəzər saldıqda “cibə qənaət” ifadəsi reallıqdan uzaq qalır.
Müşahidələrə görə, velo ilə 1 km məsafənin qiyməti təxminən 2 manat 50 qəpik - 2 manat 80 qəpik ətrafında dəyişir ki, bu da bəzi hallarda “Bolt” taksi xidmətinin qiymətləri ilə o istiqamət üzrə birəbir eynidir.
O zaman belə bir sual yaranır... Qısa şəhər məsafələrində hansı daha sərfəlidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, hansı variantın daha sərfəli olması məhz qiymətlə deyil, istifadəçinin prioritetlərindən (qənaət, sürət, rahatlıq) və şəraitindən birbaşa asılıdır:
“Məsafə qısadırsa, tıxac riski yüksəkdirsə və hava şəraiti münasibdirsə, velosiped həm vaxt baxımından daha çevik, həm də əlavə faydalar, məsələn fiziki aktivlik və parklanma problemi olmaması baxımından üstün ola bilər. Xüsusilə şəhər daxilində 2–3 km kimi qısa məsafələrdə velo çox vaxt taksidən daha sürətli nəticə verir.
 

Əlbəttə ki, taksi komfort, təhlükəsizlik və rahatlıq baxımından üstündür. Çünki sərnişin yorulmur, hava şəraitindən asılı olmur. Xüsusilə gecə saatlarında, uzun məsafələrdə və ya yük olduqda taksi daha məqsədəuyğun seçimə çevrilir.


Eyni zamanda bir neçə nəfər birlikdə hərəkət etdikdə taksi xərci bölündüyü üçün faktiki olaraq daha ucuz başa gələ bilər”.
Ekspert əlavə edib ki, iqtisadi baxımdan fərdi istifadə üçün qiymətlər yaxın olsa da, gündəlik və müntəzəm qısa məsafələrdə velosiped daha sərfəli və rasional seçim sayılır:
“Lakin komfort, vaxtın sabitliyi və risklərin minimuma endirilməsi prioritetdirsə, taksi daha məqsədəuyğundur. 1 km üçün 2 manat 80 qəpik real bazar şərtləri ilə müqayisədə kifayət qədər yüksək görünür. Bu, xüsusilə qısa məsafələrdə istifadəni iqtisadi baxımdan səmərəsiz edə bilər.
 

Belə tariflər adətən xidmətin rahatlığı, əlçatanlıq və alternativlərin məhdudluğu ilə əsaslandırılsa da, uzunmüddətli perspektivdə istifadəçi məmnuniyyətini azalda və tələbi aşağı sala bilər, buna görə daha balanslı yanaşma kimi dinamik qiymət tənzimlənməsi, pik saatlar və qeyri-pik saatlar üzrə fərqli tariflər, abunə və ya paket sistemləri, eləcə də dövlət və ya bələdiyyə səviyyəsində mikro-mobil nəqliyyatın təşviqi ilə qiymətlərin optimallaşdırılması mümkündür.


Yəni həm xidmət təminatçısı zərər etməz, həm də istifadəçi üçün daha əlçatan və cəlbedici model formalaşar”- deyə, ekspert əlavə edib.
Xədicə Paşayeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Aprel 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri