Icma.az
close
up
RU
Bir kitab, bir döyüş, bir təsadüf “Canavar qulağı”nın möcüzəsi (FOTOLAR)

Bir kitab, bir döyüş, bir təsadüf “Canavar qulağı”nın möcüzəsi (FOTOLAR)

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1-7 oktyabr tarixlərində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Kitab Sərgisi bitən günün axşamı qarşıma bir video çıxdı. 44 günlük Vətən Müharibəsində qazi olmuş bir şəxs sərgidə aldığı “Canavar qulağı” adlı kitabdan danışır. 
İlk anda bu adın təsadüfən qoyulduğunu düşündüyünü bildirir. Ancaq içindən gələn maraq, daha doğrusu, görəsən, bu “Canavar qulağı” mənim ağlıma gələnlə eynidirmi, düşüncəsi o kitabı əlinə almağa vadar edir. Kitabın mündəricatından “Canavar qulağı” hekayəsinin səhifəsini tapıb oxumağa başlayan oxucu hekayənin Vətən Müharibəsində özünün də iştirak etdiyi döyüş əməliyyatından bəhs etdiyini görür. Səhifələri bir-bir həyəcanla vərəqləyəndə “Canavar qulağı” postunun alınmasında gedən döyüşləri çox dəqiqliklə anlatmasına görə müəllifin bu döyüşdə iştirak edib-etmədiyini düşünür. Bir hadisə bu qədərmi ən incə detalına qədər işıqlandırıla bilər?! Yaşananları bu qədər təfərrüatı ilə ancaq o döyüşdə iştirak edən biri bilə bilərdi. 
Bəli, hekayədə də anladıldığı kimi, təxliyə gözləyən qrupun ilk yaralısı məhz həmin bu qazi Sərxan Abbasəliyev olub. Maraqlıdır ki, o yaralını nə Vasif Qurbanzadə tanıyır, nə də o, Vasif müəllimi. Eyni zamanda nə “İpəkyolu” nəşriyyatı Sərxanın stendə gələcəyini gözləyirdi, nə də Sərxan “İpəkyolu” stendində adını məhz onun iştirak etdiyi döyüşdən götürən “Canavar qulağı” postu əməliyyatını anladan bu kitabdan xəbərdar  idi. Bütün bunlara ilahi qədər, qədərin sirri, qədərin cilvəsi deməkdən başqa söz tapa bilmirik. 
Son olaraq onu da qeyd edək ki, Canavar qulağı hekayəsi kitabda anladılan, 44 günlük müharibənin ağrı-acısını, sevinc və kədərini dərindən hiss etdirən bir-birindən maraqlı, eyni zamanda həqiqətə söykənən on dörd hekayədən sadəcə biridir.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri