Icma.az
close
up
RU
Bir maşınlıq yerə sığmayan mədəniyyət... Parklanma xətlərini tapdalayıb keçənlər cərimə edilir Video

Bir maşınlıq yerə sığmayan mədəniyyət... Parklanma xətlərini tapdalayıb keçənlər cərimə edilir Video

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Yəqin ki, siz də parklama yerlərində avtomobilini müəyyən edilən yerdən kənarda saxlayan, parklanma xətlərini tapdalayıb keçən, istədiyi formada saxlayan sürücülərlə qarşılaşırsınız. Bəzən olur ki, bu sürücülər hətta 2-3 avtomobilin yerini də işğal edə bilirlər.

Düzdür, bu davranış yol hərəkəti qaydaları haqqında qanunla tənzimlənir və "AzParking"in parklama yerlərində belə saxlayan avtomobillər 20 manat məbləğində cərimə edilirlər. Özəl parklama yerlərində isə bu hərəkət daxili qaydalarla tənzimlənir.

Bəs dayanacaq yerləri hansı amillərlə müəyyən edilir?

Dayanacaq yerlərini təyin edən əsas amillər binanın növü, qapalı məkanın ölçüsü və istifadə sıxlığıdır. Bu amillər müvafiq qaydalarda göstərildiyi kimi parkinq sahəsinə olan tələbləri müəyyən edir.

Dayanacaq yerlərinin və qarajlar üçün manevr sahələrinin ölçüləri də qaydalarla müəyyən edilir. Minik avtonəqliyyat vasitələri üçün standart parkinq sahəsi ən azı 2,5x5 metr olduğu halda, əlillər üçün daha böyük ölçülər (ən azı 3,5x5 metr) tələb olunur, nəqliyyatın sıxlığına əsasən müxtəlif ərazilər təyin olunur.

Fərqli binalar (yaşayış, ticarət, səhiyyə, təhsil və s.) üçün müxtəlif parkinq dərəcələri müəyyən edilir. Yaşayış binalarında parkinq tələbləri hər bir mənzilin ölçüsündən asılı olaraq dəyişir. Obyektin istifadəsinin sıxlığı (məsələn, məşğul ticarət mərkəzi və ya xəstəxana) dayanacaq sahəsinin ölçüsünə və ümumi dizaynına təsir göstərir.

Dayanacaq sahəsinə daxil olan və çıxan avtomobillərin asanlıqla manevr etməsi üçün manevr sahələri də tələb olunur. Bu sahə dayanacaq planı ilə müəyyən edilir. Dayanacaqlar binanın növü, ölçüsü və təyinatı nəzərə alınmaqla qaydalara uyğun olaraq müəyyən edilir. Hər bir dayanacaq yerinin və manevr sahəsinin ölçüsü də reqlamentdə göstərilən standartlara uyğun olaraq müəyyən edilir, həm səmərəlilik, həm də istifadəyə yararlılıq təmin edilir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri