Icma.az
close
up
RU
BMU da Zəfər tarixinin təbliğinə həsr olunan açıq dərslər təşkil edilib

BMU da Zəfər tarixinin təbliğinə həsr olunan açıq dərslər təşkil edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə Bakı Mühəndislik Universitetində (BMU) silsilə açıq dərslər təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dərslərin keçirilməsində məqsəd tələbələrə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini aşılamaq, milli-mənəvi dəyərləri təbliğ etmək və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir.

Açıq dərslərdə BMU-nun Ümumi fənlər kafedrasının müəllimləri Vətən müharibəsinin tarixi və siyasi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, xalqımızın milli birliyi və Zəfərə aparan tarixi yol barədə tələbələrə ətraflı məlumat veriblər.

Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə, şəhidlərin və qazilərin Vətən qarşısındakı xidmətləri xüsusi vurğulanıb.

Həmçinin 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, 23 saatdan bir qədər artıq davam edən əməliyyat Azərbaycanın suverenliyinin bütün ərazisində bərpası ilə nəticələnib.

Dərslərdə Zəfər Gününün müasir Azərbaycan tarixindəki yeri, tarixi Qələbənin ölkənin gələcək inkişafı və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyəti də diqqətə çatdırılıb.

Tələbələrin fəal iştirakı ilə keçirilən açıq dərslərdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri