Icma.az
close
up
RU
Bir milyonluq cinayət işi: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb

Bir milyonluq cinayət işi: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olması səbəbindən məhkəmə istintaqı təzələnib.
Təqsirləndirilən Nuridə Seyidova özünü qismən təqsirli, digərləri isə özlərini təqsirli bilməyiblər.
Təqsirləndirilənlər və zərərçəkən şəxslərin bir neçəsi əvvəlki ifadələrini təsdiq edərək yenidən ifadə vermək istəməyiblər.
Dövlət Gömrük Komitəsinin Tibb Xidmətindən məhkəmənin sorğusuna göndərilən cavab prosesdə elan olunub.
Məktubda Həkim Mircəlal Kazımının həyata keçirdiyi əməliyyatlar və göstərilən digər tibbi xidmətləri barədə məlumatlar öz əksini tapıb.
Qeyd olunub ki, Nuridə Seyidovaya məxsus "Urmed help" şirkətinin Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borcu qalıb.
Müəyyən edilib ki, bəzi xəstələrin pulları sözügedən xəstəxanaya ödənilməyib.
Eləcə də "Bona Dea" xəstəxanasından məhkəmənin sorğusuna cavab göndərilib.
Sorğuda bildirilib ki, xəstəxana ilə "Urmed help" şirkəti arasında heç bir müqavilə bağlanmayıb.
Zərərçəkənlər iddia edib ki, talassemiya xəstələri üçün yığılan pullardan 35 min manat götürülərək "Bona Dea" xəstəxanasında başqa xəstə üçün ödənilib.
Məhkəmənin növbəti iclası dekabr ayının 18-nə təyin olunub.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb(Report).

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see181

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see144

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see141

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see140

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri