Icma.az
close
up
RU
Bir müsahibənin əks sədası

Bir müsahibənin əks sədası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Rusiyadan başlayan informasiya hücumu

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə yalnız regionda deyil, beynəlxalq mediada da geniş rezonans doğurdu. Dövlət başçısı bu çıxışında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları, xüsusilə Zəngəzur dəhlizinin regional iqtisadi əməkdaşlıq və kommunikasiya baxımından əhəmiyyətini vurğuladı.

Müsahibə Azərbaycanın sülhə, əməkdaşlığa və çoxtərəfli əlaqələrin inkişafına açıq dövlət olduğunu göstərən mühüm siyasi mesaj kimi qəbul edildi. Lakin dərhal sonra, avqustun 27-dən etibarən Rusiya Federasiyası ərazisindən Azərbaycan əleyhinə kütləvi informasiya kampaniyasının başladığı müşahidə olundu.

Milli Məclisin Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə qarşı Komissiyasının bu gün paylaşılan bəyanatında bildirilir ki, kampaniya əsasən sosial media platformalarında, bəzi televiziya kanallarında və xəbər portallarında aparılıb. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı tarixi faktlara söykənən cavabı kontekstdən çıxarılaraq təhrif olunmuş formada Rusiya auditoriyasına təqdim edilib. Məqsəd isə aydındır: Azərbaycanı əsassız şəkildə təcavüzkar və ya regionda gərginlik yaradan tərəf kimi qələmə vermək, Rusiya ictimaiyyətində anti-Azərbaycan əhvali-ruhiyyəsi formalaşdırmaq. Bu prosesdə Rusiya ərazisində qadağan olunmuş “Facebook”, “Instagram” və “X” kimi platformalardan, eləcə də saxta sosial media profillərindən və bot şəbəkələrindən geniş istifadə olunub.

Diqqətçəkən digər məqam isə Azərbaycanın sosial media seqmentinə hədəfli reklamlar vasitəsilə təxribat xarakterli məlumatların yerləşdirilməsi olub. Bu, hibrid müharibənin tipik üsullarından biridir və məqsəd informasiya məkanında çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etməkdir.

Azərbaycan tərəfi təxribatçı kampaniyanın qarşısını almaq üçün dərhal hərəkətə keçdi. Milli Məclisin müvafiq Komissiyası bəyanatla çıxış edərək, bu cür informasiyaların heç bir real təsir gücünə malik olmadığını, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirə predmeti olmadığını vurğuladı.

Eyni zamanda, aidiyyəti dövlət qurumları, o cümlədən media və kibertəhlükəsizlik strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərərək saxta profillərin və təxribatçı kontentin yayılmasının qarşısını almaq üçün praktiki addımlar atmağa başladı.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi regionda yeni əməkdaşlıq mərhələsinə keçidin anonsu idi. Müsahibə  Azərbaycanın geosiyasi vizyonunu dəqiq ortaya qoyur: Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsini birləşdirməklə kifayətlənmir, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üçün yeni imkanlar açır. “Tramp marşrutu” və Araz dəhlizi kimi layihələr Azərbaycanın regional tranzit potensialını gücləndirir və iqtisadi inteqrasiyanı təşviq edir. Burada diqqətçəkən məqam Azərbaycanın layihələrin təhlükəsizliyinə və beynəlxalq zəmanətlərinə verdiyi önəmdir, bu da layihələrin yalnız texniki, deyil, siyasi və diplomatik aspektlərini də əhatə edir.

Ölkə başçısının müsahibəsində vurğulandığı kimi, Rusiya ilə əlaqələrdə isə mülki təyyarənin vurulması və bununla bağlı hadisələr Azərbaycanın beynəlxalq hüquqa, həmçinin öz vətəndaşlarının təhlükəsizliyinə önəm verdiyini göstərir. İlham Əliyev açıq şəkildə bildirir ki, Azərbaycan təcavüzkar siyasət yürütmür, lakin öz ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq gücünə malikdir.

Bu gün Azərbaycan artıq post-münaqişə dövründə Cənubi Qafqazın iqtisadi və nəqliyyat xəritəsini müəyyən edən əsas aktorlardan biridir. Bu reallıq bəzi qüvvələr tərəfindən qıcıqla qarşılanır. Xüsusilə Zəngəzur dəhlizi kimi layihələr yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu layihələrin reallaşması isə Cənubi Qafqazda tamamilə yeni geosiyasi balans yaradır.

Məhz buna görə, müəyyən mərkəzlər Azərbaycanın mövqeyini sarsıtmaq, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün informasiya hücumlarından istifadə edirlər.

Son hadisələr bir daha göstərdi ki, müasir dünyada informasiya təhlükəsizliyi ən azı hərbi və iqtisadi təhlükəsizlik qədər vacibdir. Azərbaycan dövləti isə həm diplomatik, həm də texnoloji müstəvidə bu cür təhdidlərə qarşı kifayət qədər hazırlıqlı olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyevin müsahibəsi ölkəmizin qlobal miqyasda sülh və əməkdaşlıq çağırışlarını, regional inkişaf modelini bir daha gündəmə gətirdi. Eyni zamanda, Azərbaycan cəmiyyəti və dövlət institutları göstərdi ki, informasiya müstəvisində aparılan heç bir kampaniya ölkəmizin milli maraqlarına zərbə vura bilməz.

Elnarə AKİMOVA,

Milli Məclisin deputatı,

filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri