Icma.az
close
up
RU
Bir sorğunun əks sədası

Bir sorğunun əks sədası

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Erməni milli düşüncəsində mənəvi korluq

Erməni xalqı 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində sarsıdıcı məğlubiyyətə uğramasına, ordusunun darmadağın edilməsinə baxmayaraq, yenə də onu bu vəziyyətə salan, yumşaq desək, zərərli düşüncələrindən əl çəkənə oxşamır. Ölkənin “ARAR” sivilizasiya araşdırmaları fondunun ictimai məsələlərlə bağlı keçirdiyi sosioloji sorğunun nəticələri belə deməyə əsas verir. Nəticələrə əsasən, aydın olub ki, hayların 97,5 faizi Azərbaycanın tələbi ilə Ermənistan konstitusiyasına əlavə və dəyişikliklər edilməsinin əleyhinədir. Bu tələbin yerinə yetirilməsi rəyi soruşulanların cəmi 2,1 faizi üçün məqbuldur. Sorğunun nəticələrinə görə, 96,8 faiz əhali Ermənistanın Azərbaycana təzminat ödəməsini yolverilməz, 2,6 faizi isə məqbul hesab etdiyini bildirib.

Məlumdur ki, Bakı İrəvanla sülh dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini əsas şərt kimi irəli sürür. Bu da anlaşılandır. Çünki bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən Hayastan rəhbərliyi “dəmir yumruğ”un gücünü gördükdən sonra “Qarabağ Azərbaycandır!” desə də, ölkənin əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Yəni, bu iddialar qanunvericilik müstəvisindən yığışdırılmayıb. Bu gün Ermənistan siyasi düşərgəsində kifayət qədər radikal revanşist şəxslər cəmləşib. Faktiki olaraq, hakimiyyətin əsas rəqibi olan və Qarabağ klanı adlanan ölkənin keçmiş rəhbərliyi əsas müxalifətdir. Onların gələn il keçiriləcək parlament seçkilərində Paşinyana qalib gəlmələri də mümkündür.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, elə bu yaxınlarda – martın 30-da hakim “Mülki müqavilə” partiyasının ölkənin ikinci böyük şəhəri olan Gümrüdə mer seçkilərində məğlub olması sıradan hadisə sayılmamalıdır. “Armenian Report” saytı yazır ki, Vardan Qukasyan kimi odioz və mafioz personajın Gümrü meri ola bilməsi təkcə ölkənin indiki rəhbərliyi üçün deyil, bütövlükdə, Ermənistan üçün çox həyəcanverici siqnaldır. Qeyd edilib ki, Ermənistan demokratik dünyanın dəstəyini itirərək, özünü daha pis vəziyyətdə tapmaq riski ilə üzləşə bilər. Hətta, Ermənistan dövlətçiliyinin itirilməsinin mümkünlüyü də yazıda qeyd edilib. Bu mənada günün birində revanşistlər hakimiyyətə gələrlərsə, Azərbaycanla imzalanmış sülh sazişini tanımadıqlarını bildirə bilərlər. Bu səbəbdən rəsmi Bakıya ölkəmizə qarşı ərazi iddialarının bir daha baş qaldırmayacağına dair etibarlı təminat lazımdır.

Ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən bu mövqeyini Prezident İlham Əliyev aprelin 2-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bir daha ifadə etdi. Dövlətimizin başçısı bildirdi ki, 2023-cü ilin sentyabr ayında Qarabağ torpağında separatizmə son qoyulandan bir neçə aydan sonra Ermənistan təkidlə irəli sürdüyü “Dağlıq Qarabağ respublikası”nın taleyinə dair maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı oldu: “Faktiki olaraq real danışıqlar təqribən bir il bundan əvvəl başlamışdır. Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib – BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni, bu, birinci məsələdir”.

Prezident qeyd etdi ki, ikinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər, doğrudan da, Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.

Onu da qeyd etmək lazımdır ki, indiyədək dünya tarixində məğlub ölkənin qalib ölkəyə nəsə diktə etməsi hadisəsi olmayıb. Məğlub ölkə hər zaman qalib ölkənin şərtlərini yerinə yetirməlidir. Əslində, bizim şərtlərimiz ağır deyil. Əsas şərtimiz odur ki, Ermənistan konstitusiyasında dəyişiklik edilsin və Azərbaycana qarşı ərazi iddiası oradan çıxarılsın. İrəvan bu istiqamətdə vaxtı uzadır. Düzdür, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bir müddət öncə bildirmişdi ki, İrəvan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət imkanlarına baxır. Amma bu azdır. Konstitusiya dəyişikliyi də lazımdır. Bundan başqa digər təxribatlar da baş verir. Avropa İttifaqının mülki adlandırılan müşahidə missiyasının müddəti bu ilin yanvarında iki il müddətinə uzadıldı. Həmin missiya nəyə lazımdır, kimə qarşıdır? Avropa ölkələrinin liderlərinin, xarici işlər nazirlərinin gəlib binoklla Azərbaycan ərazisinə baxmaları vəziyyəti daha da gərginləşdirir. Azərbaycan Ermənistan iqtidarından bu məsələlərin də həllini gözləyir.

Üstəlik, İrəvan Zəngəzur dəhlizinin icrasını da uzadır. Halbuki, Azərbaycan özünə aid ərazidə nəqliyyat xətlərinin inşasını artıq başa çatdırmaq üzrədir, Ermənistan isə heç bir iş görmür. Paşinyandan bu istiqamətlər üzrə addımlar gözlənilir. Yeri gəlmişkən, sorğu zamanı respondentlərə bununla bağlı da sual verilib. Rəyi soruşulanların 96,2 faizi Zəngəzurdan keçən dəhliz “güzəştini” qəbuledilməz, 3,6 faizi isə məqbul hesab etdiyini bildirib. İrəvanın 2020-ci il noyabrın 10-da öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə əhalinin reaksiyası hay toplumunun xislətinin dəyişilmədiyinin göstəricisidir. Bir daha aydın olur ki, radikalizm və revanşist yanaşmalar erməni xalqının şüurunda özünə dərin yer eləyib. Belə bir toplumla gələcəkdə münasibətlərimizin necə olacağı isə sual altındadır.

Fuad ABDULLAYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, hərbi-siyasi ekspert:

– Son aylarda Ermənistanda aparılan müxtəlif ictimai rəy sorğuları ölkə daxilində siyasi ab-havanı və ictimai narahatlıqları daha aydın şəkildə göstərməyə imkan verir. Xüsusilə, Azərbaycan və regiondakı geosiyasi münasibətlər kontekstində bu sorğular maraqlı tendensiyaları üzə çıxarır. Keçirilmiş sorğular nəticəsində Ermənistan ictimaiyyətinin böyük əksəriyyətinin Azərbaycanla münasibətlərin normallaşması istiqamətində ciddi skeptisizm nümayiş etdirdiyini görmək olar. Xüsusilə respondentlərin 97,5 faizinin Ermənistan konstitusiyasına əlavə və dəyişikliklər edilməsinin əleyhinə olması, 81,2 faizinin isə Azərbaycanla anklavların mübadiləsini qəbuledilməz hesab etmələri onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti hələ də sülhə hazır deyil. Bu fakt ona dəlalət edir ki, Ermənistan hökumətinin Azərbaycanla sülh gündəliyini irəli aparmaq səyləri cəmiyyətin dəstəyi ilə paralel getmir və Paşinyan hakimiyyəti bu prosesdə kifayət qədər ictimai dəstək qazana bilmir. Belə bir şəraitdə hər hansı sülh sazişinin imzalanması onun legitimliyini və davamlılığını ciddi şəkildə sual altına qoya bilər. Əlavə etmək lazımdır ki, daxili siyasi müzakirələrdə, xüsusilə Zəngəzur dəhlizi məsələsində münasibət oxşar vəziyyət alıb. Respondentlərin 96,2 faizi Zəngəzurdan keçən dəhliz “güzəştini” qəbuledilməz hesab edir. Bütün bunlara paralel olaraq hazırkı hakimiyyətin fəaliyyəti ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən mənfi qiymətləndirilir. Bu, Ermənistan hökumətinə Azərbaycanla bağlı strateji qərarlar qəbul etməkdə çətinlik yaradır. Bütün bunlar Ermənistanın daxili siyasi sabitliyinə təsir etməklə yanaşı, regional sülh təşəbbüslərinin davamlılığına risk yaradır. Əlbəttə, cəmiyyətin hazırkı hakimiyyətə qarşı belə mövqeyinin davam etməsində Ermənistanda fəaliyyət göstərən revanşist qüvvələrin də payı böyükdür. Xüsusilə, “Daşnaksütyun”un bu il fevral ayının sonunda keçirdiyi 35-ci baş assambleyasından sonra daxildə hazırkı hakimiyyətə qarşı sistemli təbliğat işinin aparıldığı müşahidə olunur. “Daşnaksütyun”un nümayəndələrinin şəhər və rayonlara səfərlər edərək yerli əhali ilə keçirilən görüşlərinin sayının artdığı, cəmiyyət arasında tərəfdar toplamaq istiqamətində fəaliyyət aparıldığı görünür. Keçirilən görüşlərdə əsasən Azərbaycanla imzalanacaq istənilən saziş “satqınlıq”, “ərazi itkiləri”, yaxud “rəsmi təslimolma aktı” kimi təqdim edilir və hazırkı hakimiyyətə qarşı əks fikir formalaşdırılmasına çalışılır. Bu qüvvələr ictimaiyyətin emosional narazılığından istifadə edərək hökumətin sülh gündəliyini bloklamağa və özlərini alternativ “qəhrəman” kimi təqdim etməyə can atırlar. Xüsusilə keçmiş hakimiyyət elitası, başda sabiq prezident Robert Koçaryan və onlara bağlı media strukturları bu istiqamətdə ciddi təşviqat aparırlar. Bütün bunlar, təbii ki, Ermənistan cəmiyyətinin sülhə hazırlanmasını yubadır və bu, regionda kommunikasiyaların açılmasına, eləcə də sülh sazişinin bağlanmasına maneə törədir.

Digər tərəfdən, Ermənistanda sülh sazişinə dair ictimai rəyin formalaşmasında ciddi baryerlərin də olduğunu düşünürəm. Azərbaycanla son illərdəki müharibə, Qarabağdakı itkilər və revanşist ritorika cəmiyyətdə travmatik siyasi yaddaş yaradıb. Cəmiyyət “sülh inkişafın açarıdır!” tezisini qəbul etmək əvəzinə, “sülh güzəştdir!” anlayışına üstünlük vermək istəyir. Daha doğrusu, verir. Nəticə etibarilə Ermənistanda son aylarda keçirilmiş ictimai rəy sorğuları onu göstərir ki, Hayastan cəmiyyətində sülh təşəbbüsləri yalnız siyasi deyil, ideoloji və psixoloji müqavimətə də rast gəlir. Fikrimcə, cəmiyyətin əksəriyyəti Azərbaycanla münasibətlərin normallaşmasına hazır deyil. Güzəştlərə qarşıdır və mövcud siyasi rəhbərliyə güvən də azdır. Əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sazişi imzalamaq istəyirsə, o zaman sülhün müsbət nəticələrini təbliğ etməldir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

CHP li bələdiyyə başqanı Öcalanı təhqir etdi:

07 Aprel 2025 19:52see135

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see134

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see133

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see125

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see125

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see124

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see123

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see122

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see122

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see121

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see119

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see117

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see114

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see112

Mançester derbisində səssizlik VİDEO

06 Aprel 2025 22:37see112

Ayaqlarınız sağlamlığınız haqqında nə deyir? Şişkinlik, uyuşma, iynəbatma hissi...

07 Aprel 2025 01:01see111

Tramp: Halın pisləşəndə gərək dərman qəbul edəsən ki, düzələsən!

07 Aprel 2025 12:40see110

Rusiya: Ukraynada atəşkəslə bağlı məsələləri həll etmək lazımdır

07 Aprel 2025 15:51see110

Ağdamda azad edilmiş ərazidə mina hadisəsi baş verib, rayon sakini yaralanıb

06 Aprel 2025 10:56see109

Elmar Məmmədyarovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI BU TARİXDƏ...

06 Aprel 2025 15:29see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri