Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi Faciəvi şəkildə öldü
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib.
Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdən sonra qardaşı qızının saçını darayarkən ildırım çaxıb. Ağır xəsarət alan gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ailəsinin sözlərinə görə, hadisə baş verən vaxt hava buludlu olsa da, güclü yağış yağmayıb.
Gənc qadının ölümü ilə bağlı araşdırma davam edir.
Ana Beatris Arauj Ferrera ölümündən bir neçə gün əvvəl Almasda keçirilən “ExpoAlmas” sərgisi çərçivəsində təşkil olunan tədbirdə “Rodeo Kraliçası” tacına layiq görülüb.
Fizioterapiya üzrə təhsil alan və universitetdə ilk semestrdə oxuyan Ana Beatris Arauj Ferrera 5 yaşlı oğlan uşağının anası olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Oktyabr 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















