Icma.az
close
up
RU
BİR NEÇƏ GÜNƏ DİZ ÜSTƏ ÇÖKƏN MOLLA REJİMİ

BİR NEÇƏ GÜNƏ DİZ ÜSTƏ ÇÖKƏN MOLLA REJİMİ

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Nurəddin İSMAYIL

İranın Xarici İşlər naziri Abbas Əraqçi İran dövlətinin nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazır olması ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat molla rejiminin varlığına son qoymağı hədəfləyən İsrail və onun ən böyük dəstəkçisi ABŞ-ni razı salacaqmı və İsrail bu bəyanatın ciddiliyini qəbul edib danışıqlar masasına oturacaqmı?

Görünən odur ki, İsrail Trampın xeyir-duası ilə İrana qarşı başlatdığı və böyük itkilərlə müşayiət olunan hava hücumlarından, hələ ki, geri durmaq fikrində deyil. Hücumlar daha şiddətli formada davam edir və İranın hərbi onurğa sütunları sayılan hissələri, bu hissələrin başında duran generaliteti, hərbi elitası bir-bir sıradan çıxarılır. Təbii ki, İran rejimi də son gücünü toparlayıb bu hücumlara, yetərincə olmasa da, qarşılıq verir. Lakin tərəflərin müharibəyə hazırlıq səviyyəsi, hərbi baxımdan qüvvələr nisbəti heç də bərabər deyil. İsrail bu hücumlara uzun müddət hazırlaşdığı, yüksək hərbi texnololoji üstünlüyə, kəşfiyyat məlumatlarına, hədəfləri dəqiqi vurma qabiliyyətinə malik olduğu halda, İran bütün parametrlər üzrə İsraildən geri qalır. Məlum olur ki, molla rejiminin uzun illər öz ölkələrinin istənilən hərbi müdaxiləni dəf etmək, havada, dənizdə, quruda ən yüksək səviyyədə hərbi əməliyyatlar aparmaq, lazım gələrsə, İsraili yer üzündən silmək iqtidarında olduğu barədə bəyanatları bəlağətli nitqdən, blefdən başqa bir şey deyilmiş. Bizim bir filmdə deyildiyi kimi, “hanı sənin topun, topxanan?” Necə oldu ki, səksən million əhaliyə, ucsuz-bucaqsız əraziyə, qədim tarixi keçmişə malik bir ölkə bir neçə günlük hərbi hava hücumu nəticəsində çarəsiz bir duruma düşdü? Bir ölkə real siyasətdən uzaqlaşıb, öz xalqını nağıllarla, miflərlə idarə edirsə, bütün ümidini həzrət Abbasa, zamanın Mehdisinin gəlişinə bağlayırsa, öz ümmətindən olanlara məzhəb davası açırsa, dövlətin əsas maddi resurslarını ölkə daxilində molla rejiminin dirçəldilməsinə, ölkə xaricində terror təşkilatlarının qurulmasına yönəldirsə, demək sonluq da bu cür olmalıymış.

İranın dörd dövrəsində himayə etdiyi Ermənistandan özgə dost deyib üz tutası ölkə yoxdur. Ermənistan da yeri gəldikcə öz xislətinə uyğun onu keçi qiymətinə satmağa hazır bir ölkə. Məlum olur ki, İranın gücü zəif sandığı Azərbaycana çatırmış. Müstəqilliyimiz elan olunduğu, torpaqlarımız işğal altına salındığı 30 il ərzində İran Azərbaycana diş qıcadı, sərhədlərimizdə böyük hərbi təlimlər keçirib, bizi təhdid etdi. 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında Ermənistana dəstək naminə bizə əzələ nümayiş etdirdi. Yolumuzu kəsdi, işğal altında olan torpaqlarımızın talan edilməsində ermənilərdən geri qalmadı. Müharibə bitər-bitməz məğlub Ermənistana hər cür dəstək verdi, Zəngəzuru özünün qırmızı xətti elan etdi. Bizi İsraillə dostluq etməkdə suçlayıb, təcavüzkar Ermənistanın ən böyük dəstəkçisinə çevrildi. Ölkəmizin daxilində təxribatlara əl atdı, casus şəbəkələri yerləşdirməklə, “kərimi”, “hüseyniyyun” kimi geydirmə dövlətlər qurmaq xəyalına düşdü. Və birdən olanlar oldu.

Mesajlarını, çağırışlarını saya salmadığı İsrail günün birində çökdü yaxasına. Hərbi qüdrətdən, döyüş hazırlığından, nüvə gücünə malik olmaqdan dəm vuran, ABŞ qarışıq Qərbə, İsrailə meydan oxuyan, ölüm şüarları səsləndirən İranın səsi birdən batdı, hər gün üç-beş generalı məhv edildi, hərbi qərargahları partladıldı, mülkü strukturu iflic hala salındı, on beş milyonluq paytaxt Tehran əhli ucqarlara köç etdi. Hələ bu vəziyyət ABŞ-nin bu hücumlara açıq şəkildə qoşulmadığı, dərinliklərə zərbə vurmaq üçün öz gücünü işə salmadığı şəraitdə baş verənlərdir.

İndi İran yönətimi öz hayındadır. İdarəetməni, əhali üzərində nəzarəti itirib və nə edəcəklərini bilmirlər. Böyük bir ölkə elmin, texnologiyanın, hərbi hazırlığın ən yüksək daşıyıcısı olan kiçik bir ölkə tərəfindən dağıdılır, nizamı pozulur və başında duran molla rejimini ayaqları altına salır. Dünənə qədər İsrailə ölüm şüarları səsləndirən ölkənin başında duranlar bu gün qarşı tərəfin şərtlərinin diktə olunduğu istənilən sazişi bağlamağa hazır olduqlarını dilə gətirirlər. Ancaq gec deyilmi? İran, Livanda, Suriyada, Fələstində, İraqda, Yəməndə strukturlaşdırdığı proksi qüvvələrin məhv edilib sıradan çıxarılmasından gərəkli nəticəni çıxarmalı idi. İran regionu və dünyanı təhdidə hesablanan nüvə silahı əldə etmək istəyindən zamanında geri durmalı idi. İran qloballaşan, sürətli geosiyasi dəyişikliklərlə müşayiət olunan iyirmi birinci əsrin sürət mexanizmini xurafatın, məzhəbçi zehniyyətin ləngərləyən yedəyinə bağlamamalı idi. Klerikal İran rejimi qəddar idarəetmə baxımından özündən əvvəlki şah rejimindən heç də geri qalmadı və milyonlarla insanın azadlıq duyğularını, özgür haqlarını zülm və istibdad bataqlığında boğmaq yolunu tutdu.

İran 40 milyonluq soydaşlarımızın təməl hüquqlarını saya salmadı, Azrbaycan adına, türk adına nə bir tarix varsa inkarına durdu, onun dilini, mədəniyyətini, milli kmiliyini dandı. Və bədəl ödənilməli idi.

Azərbaycan otuz il müharibədən əziyyət çəkən bir ölkə olaraq İranı ağuşuna alan qanlı olayların tərəfdarı deyil və iki ölkə arasında yaranan hərbi qarşıdurmanın durdurulması, sülh sazişinin bağlanması üçün vasitəçilik missiyasını üzərinə götürməyə hazır olduğunu hər fürsətdə nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri