Icma.az
close
up
RU
Viranə qəbiristanlıqda diz çökən adam REPORTAJ

Viranə qəbiristanlıqda diz çökən adam REPORTAJ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biz yola çıxanda günəş hələ yaz yuxusandan tam ayılmamışdı. Uzaqda bir kənd yolumuzu gözləyirdi. Cəbrayıla - tanınmış jurnalist Seymur Verdizadənin doğulub-böyüdüyü Soltanlı kəndinə gedirdik. Həmkarımız qohumları ilə birlikdə yola çıxmışdı…

Yol uzun, qələmdaşımız hövsələsiz idi. Biz danışırdıq, o isə maşının pəncərəsindən yollara boylanırdı. Elə bil doğma rayona ilk dəfə gedirdi.

Cəbrayıla çatanda mənzərə dəyişdi. Yol kənarında dağıdılmış evlər, yanmış divarlar, uçuq tikililər görünürdü. Bu torpaqların hər qarışı yaralanmışdı. Otuz ilə yaxın işğal altında qalan kəndlər sanki dil açıb danışırdı, amma danışdıqları hekayələr çox kədərli idi.

Bəzən elə olur ki, xarabalıqlar insanlardan daha çox danışır.

Soltanlıya yaxınlaşanda Seymur demək olar susmuşdu. Sanki doğulduğu kəndə yox, yaddaşına qayıdırdı. Əslində, danışmaq çətin idi. Çünki bəzən sözlər hisslərin qarşısında aciz qalır. 

Seymur Verdizadəni uzun illərdir tanıyıram. Kəndlərinin adı heç vaxt dilindən düşməyib. Soltanlıdan o qədər danışıb, o qədər yazıb ki, kəndi görməsəm də, yollarını tanıyırmış kimi hiss edirdim. Seymur Soltanlı haqqında yazmırdı, onun şəklini sözlə çəkirdi. Sadəcə, əlində fırça yerinə qələm tutub...
Nəhayət işğaldan azad olunmuş Soltanlı kəndinə çatırıq. Bir vaxtlar Azərbaycanın elm və ziyalı mühiti ilə seçilən Soltanlı kəndi indi xarabalığa çevrilib. Kəhrizlər quruyub, həyətlər itib, yolları tikan basıb.

Kənddə qəribə bir səssizlik vardı.

Adamın nəfəsini sıxan, içini boşaldan bir sükut. Ətrafdakı kədərli mənzərə bu sükutu daha da dərinləşdirirdi... 

Həmkarım maşından düşəndə bir anlıq duruxdu. Elə bil ayaqları onu irəli aparmırdı. Sonra yavaş addımlarla xarabalığa tərəf getdi və bir qədər uzağı göstərib dedi:

“Burada bizim evimiz vardı. İndi burdan dəmir yolu keçir. Bu yol bizi Naxçıvana aparacaq. Həm kədərlidir, həm də qürurlu. Allah şəhidlərimizə rəhmət eləsin”.
Onun səsində qəribə bir duyğu vardı - insanın həm itirdiyi, həm də yenidən qazandığı torpağa baxarkən keçirdiyi hiss.


Seymurun və həmkəndlilərinin “köhnə Soltanlı” adlandırdığı xarabalıqda irəliləyirik. Burada artıq kənd yoxdur. Sadəcə izi qalıb. Torpaq vardı, amma üstündə həyatın nəfəsi hiss olunmurdu. Hər dağıdılmış yurd yerində bir ağrı vardı. Hər daşın altında bir xatirə, hər divarın arxasında bir tarixçə gizlənmişdi.

Seymur Verdizadə üzünü mənə çevirdi: “İkimərtəbəli, topdağıtmaz evimiz vardı. O ocaqda Azərbaycanın ən böyük kimyaçı alimlərindən biri olan professor Allahverdi Verdizadə doğulmuşdu. Onun layiqli davamçısı, gözəl alim, fədakar müəllim Nailə Verdizadənin uşaqlıq illəri o evdə keçmişdi. Bizim evlə üzbəüz akademik Tofiq Hacıyevin atasının evi idi. Bir az yuxarıda mərhum Bəhlul və Tahir Əlizadələrin, onun yanında isə böyük dilçi-alim Qəzənfər Kazımovun ata yurdu idi. Soltanlıda hər məhəllədə iki-üç alim doğulmuşdu”.

Bir kəndin xarabalığına baxıb onun keçmiş intellektual xəritəsi haqqında dinləmək qəribə hissdir.

Dağılmış divarlar arasında bir zamanlar alimlər yetişib.

Biz kəndin xarabalığını xeyli gəzdik. Həmkarımızın hər addımı bir xatirəyə toxunurdu. O, bəzən dayanır, yaddaşında qalan xatirələrdən bəhs edir, sonra yenidən yoluna davam edirdi. Mən onun baxışlarında danışılmamış yüzlərlə hekayə hiss edirdim.

Seymur Verdizadə daha əvvəl də dogma kəndinə səfər etmişdi. Budəfəki məqsəd fərqli idi: qəbiristanlığı ziyarət etmək, babası Nurulla Əmənullah oğlunun viranə məzarını abadlaşdırmaq...
Dağılmış Soltanlının içindən keçdik... Qəbiristanlğa gedən yol günün ən ağır yolu oldu...


Haşiyə: Ermənilər 30 il işğalda saxladıqları topaqlarımızda insanlığa yaraşmayan elə tükürpədici əməllərə əl atıblar ki, dünyanın heç bir vəhşiliyi ilə müqayisəyə gəlməz. Qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsi bu sıradan olan bir vandalizm aktıdır.

Müharibənin yazılmamış qaydaları var: hər necə olursa-olsun, qəbiristanlıqlar toxunulmaz məkan sayılır. Amma Ermənistan 1988-1993-cü illərdə Azərbaycan rayonlarını işğal edəndən sonra həmin yerlərdə ən vəhşi müharibə cinayətinə əl atmağı özünə rəva gömüş - məzarları kütləvi şəkildə dağıtmışdır. Dünyadakı hərbi münaqişə zonalarının heç birində belə dəhşətli mənzərə görə bilməzsən.

İşğalçı Ermənistan yaşayış evləri, məscidlər, tarixi abidələrlə yanaşı, məzarlıqları da viran qoyub. Məzarları dağıtmaq isə hətta vəhşiliyin, nifrətin hüdudlarının aşılması deməkdir.

Ermənilər azərbaycanlılalra məxsus qəbiristanlıqları dağıtmaqla kifayətlənməyiblər, həm də məzarları qazaraq orada dəfn olunan ölüləri təhqir ediblər. 


...Soltanlı qəbiristanlıqdakı tükürpədən mənzərə insanı şoka salırdı. Burada salamat qalan qəbir demək olar yoxdur. Başdaşları sındırılıb, bəzi məzarların içi qazılıb, cəsədlərin sümükləri yoxa çıxıb. Bəs özünə insan deyən varlıq niyə belə vəhşiliyə əl atıb? Cavab çox sadədir: ermənilər ölmüş insanların ağzında qızıl diş axtarırmışlar.

İllərlə insan ayağı dəyməyən bu qəbiristanlıqda zaman yox, vandalizm hökm sürüb. Ətrafı ürək ağrısı ilə seyr edən Seymur Verdizadə dedi ki, 30 ildən sonra bura gələn kənd sakinlərinin çoxu yaxınlarının məzarlarını tapmaqda çətinlik çəkir.

Haşiyə: İşğalçılar eyni əməlləri işğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər və Şuşa rayonlarında da törədiblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dünya ictimaiyyətini məlumatlandırmaq üçün hazırladığı hesabatda qeyd olunub ki, işğal dövründə ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılıb, ya da cəsədlər çıxarılıb, təhqir olunub, qəbirüstü abidələr talan edilib.

...Biz qəbiristanlığın içi ilə ehtiyatla irəlilədik. Bir az sonra Seymur Verdizadə dayandı.

“Buradır…” - asta səslə dedi. Sonra diz çökdü. Əlləri ilə torpağa, dağıdılmış məzarın qalıqlarına toxundu. Bu, babasının xatirəsi, ailəsinin keçmişi, özünün kökü idi.
Qarşımızdakı mənzərəyə baxanda anlayırsan ki, müharibə təkcə kəndləri yox, insanların keçmişini də dağıdır.
“Bu gün beton töküləcək, sonra isə qəbirüstü abidə hazırlanacaq. Əmioğlanları Elnur, Xəyal, Allahverdi bu işlə məşğuldurlar", - Seymur söylədi. Ardınca da əlavə etdi: "Gedək sənə “Yeni Soltanlı”nı da göstərim. Kəndimiz yenidən tikilir”.


Biz qəbiristanlıqdan çıxıb “Yeni Soltanlı”ya yol aldıq…
Burada artıq başqa mənzərə vardı: tikilən evlər, işləyən texnikalar, çəkilən yollar…. Kənd yenidən qurulur. Soltanlılar üçün 440 ev inşa olunacaq. Bu ilin sonuna kimi ən azı 80 evin təhvil verilməsi nəzərdə tutulur.

“Hamı geri qayıtmaq istəyir", - Seymur deyir.
“Həm də hamı birinci qayıdanlardan olmaq istəyir. Tezliklə evlərimizin işığı yanacaq, kəndimzidə həyat yenidən qaynayacaq…”

Seymur Verdizadə dincəlmək üçün göy otların üstündə oturub uzaqlara baxdı: “Artıq Cəbrayılda arzularımız çiçək açıb...”


Bu dəfə onun səsində kədər yoxdur. İnam vardı. Qayıdış vardı… 

Həqiqətən də, bu torpaqlar artıq dirçəlişin hekayəsini yazır. Bu gün burada səssizlik var, amma sabah uşaqların səsi olacaq. Bu gün yarımçıq divarlar var, sabah işıqlı evlər ucalacaq.

Soltanlı artıq keçmişin ağrısı ilə deyil, gələcəyin ümidilə yaşayır.
“Yeni Soltanlı”nı da xeyli gəzdik, yaxınlıqda sənaye müəssisləri də tikilməkdədir, ora da baş çəkdik, deməli, çoxlu iş yerləri də açılacaq.
Artıq axşamüstü idi

“Qaranlıqda qəbiristanlığa getməzlər. Hava işıqlıykən babama bir də baş çəkək”, - Seymur dedi.

Biz yenidən qəbiristanlığa qayıdanda Nurulla kişinin məzarının üzərinə beton tökülmüş, ətraf təmizlənmiş, abadlaşdırılmışdı...

Həmkarımın üzündə qəribə ifadə vardı - həm kədər, həm də rahatlıq... Sanki üzərindən bir yük azalmış, illərlə içində gəzdirdiyi bir borcu indicə ödəmişdi...

Bakıya dönəndə günəş batırdı, amma elə bil torpaq işıqlanırdı…Bəlkə də bu, Soltanlıya qayıdan həyatın işığı idi…

Əfqan Qafarlı,
Bakı-Cəbrayıl-Soltanlı-Bakı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see485

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see305

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see290

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see246

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see246

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see236

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see214

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see208

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see205

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see198

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see180

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see172

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see171

Xəstəxanalar iynəyarpaqlı ağaclarla niyə əhatələnir?

01 İyul 2026 19:03see169

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see163

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see162

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see162

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see160

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see159

Azərbaycanın TOP 10 özəl şirkətinin qeyri neft ixracı 2 dəfədən çox artıb SİYAHI

01 İyul 2026 23:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri