Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“Bir oyuna görə Nərimanı silmək yanlış fikirdir” KONKRET

“Bir oyuna görə Nərimanı silmək yanlış fikirdir” KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Nəriman Axundzadəni bir zəif oyuna görə silmək tamamilə yanlış fikirdir.

KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, UEFA Çempionlar Liqasının VI turunda “Ayaks”la (Niderland) qarşılaşan “Qarabağ”ın tənqidlərə məruz qalan 21 yaşlı hücumçusunun gənc olduğunu xatırladaraq, müəyyən səhvlər etməsinin normal olduğunu bildirib:

“Azarkeşlərin Nəriman Axundzadə ilə bağlı fikirlərini başa düşmək lazımdır. Çünki hər kəs “Qarabağ”dan qələbə gözləyirdi. Lakin gəlin unutmayaq ki, bəzi matçlarda Nəriman Axundzadə meydana daxil olub, görüşün taleyini həll edib. Yaxud Aleksey Kaşuk əvəzetmədən oyuna girib, komandaya xeyir verib. Bu dəfə isə təəssüf ki, alınmadı. Hər şey, hər zaman bizim arzuladığımız kimi ola bilməz. Futbolçu bir oyun zəif çıxış edir deyə, bu qədər neqativə köklənməyə ehtiyac yoxdur. “Qarabağ” uzun illərdir fasiləsiz Avropa turnirlərinin qrup mərhələlərində mübarizə aparır, Azərbaycanı təmsil edir. Qitənin ən nüfuzlu klub turnirinin himnini bizim üçün “Qarabağ” səsləndirir. Gəlin bu amilləri nəzərə alaq. Azarkeşlərin bu məsələləri anlayışla qarşıladığına əminəm”.

44 yaşlı mütəxəssis azarkeşləri səbrli olmağa çağırıb:

“Nəriman Axundzadə gəncdir, arada zəif çıxş etməsi normaldır. Lakin gəlin etiraf edək ki, o, millimizin əsas futbolçularından biridir. Çünki bizim heyətlə bağlı elə də geniş seçimimiz yoxdur. Düşünürəm ki, Nəriman zəif oyunlarından nəticə çıxarmalıdır. Təbii ki, “Qarabağ”dakı bütün məşqçilər onunla lazımi söhbətləri aparırlar. Dediyim kimi, 1 oyuna görə futbolçunu silmək tamamilə yanlış fikirdir. Azərbaycan futbolunun azarkeşlərini səbrli olmağa çağırıram. İnanıram ki, “Qarabağ” qarşıdakı iki oyundan birində qələbə qazanacaq və pley-offa adlayacaq”.

A.Abbasov sonda “Ayaks” komandasının ustalıq səviyyəsinin yüksək olduğunu vurğulayıb:

“Həmin gün qələbə qazanmaq üçün ən uyğun axşamlardan biri idi. Azərbaycan təmsilçisi bunu bacarmağa çox yaxın olsa da, təəssüf ki, son dəqiqələr bizim üçün uğursuz alındı. Lakin gəlin “Qarabağ”ı da başa düşək. Rəqibin bu mövsüm Çempionlar Liqasında xalı olmasa da, hər kəs onların adlı-sanlı komanda olduğunu bilirdi. “Ayaks”ın ustalıq səviyyəsi, heyətində yer alan futbolçuların bacarıqları və gənclərinin gücü bizdən üstündür. “Qarabağ”ın heyətində meydana sonradan daxil olan futbolçular oyuna qoşula bilmədilər. Futbolda hər şey ola bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü Niderland təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin heyətində 59-cu dəqiqədə Leandro Andradenin əvəzinə Nəriman Axundzadə, Kamilo Duranın yerinə isə 70-ci dəqiqədə Aleksey Kaşuk meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri