Icma.az
close
up
RU
Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Fermer və sahibkarların aqrar sahədə mövcud dəstək mexanizmləri barədə məlumatlandırılması məqsədilə Zərdab rayonunda panel müzakirəsi təşkil edilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində növbəti toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada sertifikatlı toxum nümunələrinin nümayişi və satışı həyata keçirilib. Fermerlərə müxtəlif bitki növləri üzrə toxumlarla tanış olmaq, onların xüsusiyyətləri barədə məlumat əldə etmək və ehtiyaclarına uyğun toxumları əldə etmək imkanı yaradılıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə aqrar sahənin rayonun iqtisadi həyatında tutduğu yerə toxunaraq fermer və sahibkarların dövlət dəstəyi imkanlarından faydalanmasının əhəmiyyətini qeyd edib.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli aqrar sahənin inkişafında dövlət dəstəyi mexanizmlərinin, müasir yanaşmaların və innovativ həllərin tətbiqinin əhəmiyyətini vurğulayıb. O, fermer və sahibkarların mövcud imkanlardan səmərəli istifadə etməsinin, istehsalın keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksəldilməsinin, eləcə də aqrar sahədə qarşıya qoyulan strateji hədəflərə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə panel müzakirələrinin əsas məqsədinin mövcud dəstək alətləri barədə məlumatı birbaşa fermerlərə çatdırmaq, onların suallarını aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müzakirə etmək olduğunu bildirib.

Paneldə Kənd Təsərrüfatı Nazirliyi Aparatının müvafiq struktur bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin və “Unibank” ASC-nin nümayəndələri iştirak ediblər.

Panel çərçivəsində subsidiya, sığorta, toxum təminatı, güzəştli kredit imkanları və digər maliyyələşmə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər və prioritet istiqamətlər diqqətə çatdırılıb.

Aqrar Subsidiya Şurasının yeni qərarları, sığorta mexanizmlərinin tətbiqi, toxumçuluq fəaliyyətinin təşkili və özəl maliyyə qurumlarının fermerlərə təqdim etdiyi kredit məhsulları barədə məlumat verilib.

Sonda fermer və sahibkarların müraciətləri, onların təklifləri dinlənilib, sualları aidiyyəti üzrə cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri