Icma.az
close
up
RU
Bir pensiya növündən digərinə keçmək mümkündür? AÇIQLAMA

Bir pensiya növündən digərinə keçmək mümkündür? AÇIQLAMA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bir neçəsini almaq hüququ varsa, o, öz seçimi ilə bir pensiya növündən digərinə keçə bilər.

Modern.az xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib. 

O qeyd edib ki, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya, yaşa görə pensiya alan şəxs ailə başçısını itirməyə görə pensiyaya, yaxud əksinə, ailə başçısını itirməyə görə pensiya alan şəxs yaşa və ya əlilliyə görə pensiyaya keçmək hüququna malikdir:

"Pensiya növlərinin hesablanma qaydaları fərqli olduğundan, bir növdən digərinə keçid zamanı vətəndaşın mövcud sığorta göstəriciləri əsasında yenidən hesablanma aparılır. Məsələn, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya keçmək istədikdə, onun yaşa görə pensiya hüququ və məbləği yenidən müəyyənləşdirilir.

Əgər yeni hesablanmış yaşa görə pensiyanın məbləği vətəndaşın hazırda aldığı əlilliyə görə pensiyadan yüksəkdirsə, həmin pensiya növünə keçid məqsədəuyğun hesab olunur və pensiya bu əsasla təyin edilir. Əks halda, vətəndaş daha yüksək məbləğli pensiyanı seçmək hüququnu saxlayır".

Departament müdiri onu da diqqətə çatdırıb ki, praktikada nəzərə alınmalı vacib məqamlardan biri də pensiyaların hər il indeksləşdirilməsidir:

"Pensiya təyin edildikdən sonra onun məbləği indeksasiya yolu ilə artırılır. Məsələn, şəxs uzun müddət əvvəl əlilliyə görə pensiyaya çıxıbsa, həmin pensiya illər ərzində indeksləşdirilərək artırılıb. Lakin o, sonradan yaşa görə pensiyaya keçərsə, yeni təyin olunan pensiya üzrə indeksləşmə yalnız həmin pensiyanın təyin edildiyi tarixdən sonrakı dövr üçün tətbiq olunacaq.

Bu səbəbdən bəzi hallarda əlilliyə görə pensiyanın məbləği yaşa görə hesablanmış pensiyadan daha yüksək ola bilər və vətəndaş pensiya növünü dəyişməyi məqsədəuyğun hesab etməyə bilər. Bununla belə, qanunvericiliyə əsasən, vətəndaşın bir pensiya növündən digərinə keçməsinə hər hansı məhdudiyyət qoyulmayıb. Şəxs istənilən vaxt müraciət edərək pensiyasının növünün dəyişdirilməsini tələb edə bilər", - deyə E.İsmayılov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri