Icma.az
close
up
RU
Azərbaycanda çox adam bu məzuniyyət növündən xəbərsizdir AÇIQLAMA

Azərbaycanda çox adam bu məzuniyyət növündən xəbərsizdir AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı qanunvericilikdəki yeniliklər ailə daxili münasibətlərdə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Yeni doğulan körpənin ilk günlərində atanın ananın yanında olması həm psixoloji, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Lakin bu humanist addım iş dünyasında müəyyən bürokratik çətinliklərlə qarşılaşıb. Bir çox işçi, işəgötürənlərin bu məzuniyyəti verməkdən müxtəlif bəhanələrlə boyun qaçırdığını və ya bunu illik məzuniyyət hesabına rəsmiləşdirməyə çalışdığını bildirir. Əmək hüquqlarının qorunması və bu imtiyazdan yararlanmaq istəyənlər üçün qanunun tələbləri olduqca konkret və sərtdir. İşəgötürənin subyektiv yanaşması və ya müəssisə daxili qaydalar qanundan üstün ola bilməz.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əmək məzuniyyəti illik hər kəsdə olmalıdır:
“Yəni ki, atalıq məzuniyyəti ondan asılı deyil. Yəni hər kəsin iş stajına uyğun ildə azı 21 gün əmək məzuniyyəti var. İş stajına, tutduğu vəzifəyə uyğun olaraq ondan da çox olur. Yəni atalıq məzuniyyətinin ona heç bir aidiyyəti yoxdur. Əgər kişinin ailəsində uşaq doğulubsa, o tibb müəssisəsindən arayış təqdim edir və 14 təqvim günü ona verilməlidir. Və əgər işəgötürən vermirsə, Dövlət Əmək Müfəttişliyinə vətəndaş şikayət eləyə bilər, məhkəməyə verə bilər və sairə. Bundan əlavə, atalıq məzuniyyəti sosial baxımdan da mühüm əhəmiyyət daşıyır və ailənin ilk günlərində atanın iştirakı vacib hesab olunur. Bu müddət ərzində işçinin əmək hüquqları, o cümlədən iş yeri və vəzifəsi qorunub saxlanılır. İşəgötürən bu hüququ məhdudlaşdıra bilməz və hər hansı təzyiq göstərilməsi qanun pozuntusu sayılır”.
Hazırda əsas problem vətəndaşların öz hüquqlarını kifayət qədər bilməməsi və işini itirmək qorxusu ilə səssiz qalmasıdır. Halbuki qanun bu prosesdə ataların tərəfindədir və işəgötürənlərin qanunsuz tələblərinə qarşı ciddi sanksiyalar nəzərdə tutulur.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri