Icma.az
close
up
RU
Bir qəsəbənin 2 şəhidi

Bir qəsəbənin 2 şəhidi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

36 il əvvəl Bakıda baş vermiş qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının qarşısıalınmaz azadlıq istəyinin hərbi cinayət yolu ilə məhv edilməsi cəhdi idi. Həmin gün Kreml diktatoru Mixail Qorbaçovun göstərişi ilə sovet qoşunları kontingenti xalq etirazlarını silah gücünə yatırmaq üçün ölkəmizə basqın etdi. Sovet rəhbərliyi qanlar axıdıb, canlar alsa da, bacarmadı. Meydanlarda “əkilən” azadlıq toxumları cücərdi, boy atıb böyüdü və çox keçmədən müstəqilliyimizə qovuşduq. Odur ki, 20 Yanvarı təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və azadlığımıza qapı açan gün kimi anırıq.

Həmin gün milli qurtuluş uğrunda şəhadətə qovuşanlardan 2 nəfəri Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsinin sakini olub: Şakir Ağakişiyev və Elçin Baxşəliyev. Birinin 29, digərinin 25 yaşı vardı. Şakir 11 gün sonra, Elçin isə 22 gün sonra növbəti doğum günlərini ailələri və dostları ilə qeyd edəcəkdi. Təəssüf ki, onların yaxınlaşan doğum günləri qara gəldi və həmişəlik gənc yaşlarında qaldılar.

Ötən həftə Hacı Zeynalabdin qəsəbəsinin yaradılmasının 115 illiyi ilə əlaqədar ora getmişdim. Özü də şəhid övladı olan, 1991-ci il noyabrın 20-də Qarakənd səmasında vurulan helikopterdə həyatını itirmiş Zülfi Hacıyevin qızı – qəsəbə icra nümayəndəsi Lalə Hacıyeva ilə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdik. Sovet imperiyasının nəhəng döyüş texnikası qarşısında sinələrini sipər etmiş igidlərin ruhlarına ehtiramımızı sükutla ifadə elədik...

Şakir Xandadaş oğlu Ağakişiyev 1961-ci il yanvarın 31-də Abşeron rayonunun Sitalçay qəsəbəsində anadan olub. Sumqayıt Qaz İstismarı İdarəsində çilingər işləyirdi. Elçin və Vəfa adlı balaca övladları vardı. Yanvarın 19-da axşam saatlarında Xırdalan pivə zavodu istiqamətində dostunun “Jiquli” maşınında gedərkən Şakir odlu silahla vurulub, dostu Mövlamverdi isə yaralanıb. Sinəsindən aldığı 5 güllə yarası ilə həyatını itirən Şakir Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib.

Həmsöhbət olduğumuz ailənin hekayəsi kədərli və eyni zamanda, şərəflidir. Belə ki, bu ailədə ata Ağakişiyev Şakir 20 Yanvar şəhidi, onun şəhadətindən yarım il sonra anadan olmuş 2-ci oğlu Ağakişiyev Elşən isə Vətən müharibəsinin qazisidir. “Azəertexnilayn”da sobaçı işləyir. Qanlı Yanvar gecəsinin ildönümü ərəfəsində Elşənlə görüşə bilməsək də, anası Qızbacı xanıma zəng edib danışdıq. O, 36 il əvvəlin yanvar gecəsini belə xatırladı:

– Yoldaşım hər gün işdən axşam saat 6-da qayıdırdı. Ancaq həmin gün gecikmişdi. Axşam saat 8-də sanki faciəyə işarə olaraq, işıqlarımız söndü. Bayırdan gurultu səsləri gəlirdi. Sonra öyrəndik ki, Şakir və dostu əliyalın insanların tankların qarşısını alacağını eşidib, Bakıya yola düşüblər. İzdiham dağılandan sonra geri dönəndə yolda tankları görüncə maşını yoldan qıraqda saxlayıblar. Ancaq buna baxmayaraq, silahlılar avtomobilə 32 güllə atıblar. Bu güllələrdən 5-i Şakirin sinəsinə tuş gəlib...

Ondan sonra dünyaya gələn oğlumuz Elşən böyüydükdən sonra könüllü olaraq Orduya yazıldı, atasının qisasını alacağını dedi. Vətən müharibəsinə getdi, vuruşdu, qazi oldu. Zəngilanın və Cəbrayılın azad olunmasına görə, eləcə də “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görüldü.

Qızbacı xanım şəhid ailələrinə göstərilən dövlət qayğısından razılıq etdi. Bildirdi ki, Sumqayıt şəhərinin rəhbərliyi və qəsəbənin icra nümayəndəliyi şəhid ruhlarını daim urvatda saxlayırlar. Elə abidə kompleksinin yaradılması və ətrafının abadlaşdırılması unudulmazların xatirələrinə böyük ehtiramdır...

Hacı Zeynalabdin qəsəbəsinin digər 20 Yanvar şəhidi – Elçin Mirzə oğlu Baxşəliyev Bakıdakı 2 nömrəli avtobus parkında sürücü işləyirdi. Yasamaldakı 225 nömrəli məktəbi bitirmişdi. Subay idi. Faciədən 3 gün əvvəl bacısı oğlu doğulubmuş. Ona baxaraq: – Necə də mənə oxşayır!”, – deyib Elçin. Yanvarın 19-dan 20-nə keçən gecə 2 nömrəli taksi parkının yanında yaralıları daşımağa kömək edirmiş.

Bacısı Gülnarə xanım onun hekayəsini göz yaşında boğula-boğula danışdı:

– Atamın dostu Məmməd kişi onu şəhərdə görəndə deyib ki, evin tək oğlusan, vəziyyət təhlükəlidir, gəl, gedək. Elçin cavabında “Narahat olma, gəlirəm”, – deyib. 6 yaralını “Təcili yardım” maşınına qoyub, elə bu vaxt 7-ci yaralı özü olub. Qaniçən hərbçilər həmin gecə ona da atəş açıblar. Bir güllə qarın nahiyəsinə dəyib, digəri qara ciyərini dağıdıb, oradan ürəyinə keçib. “Təcili yardım” maşını ilə birtəhər Semaşko adına xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəzə) çatdırılsa da, keçinib. Atamgil onun meyitini yanvarın 20-də həmin xəstəxanadan tapıblar. Abşeron rayonunun Şurabad kənd qəbiristanlığında dəfn edilib. Təsəllimiz budur ki, Elçingilin qanı yerdə qalmadı, dövlət müstəqilliyimizə qovuşduq, işğala məruz qalmış Qarabağımız da tam azad olundu.

Qeyd etdiyimiz kimi, şəhid Şakir Ağakişiyevin oğlu Elşən Vətən müharibəsində atasının qisasını alıb, Elçin Baxşəliyev isə subay olduğu üçün övlad yadigarı yoxdur. Amma əvəzində, onun ad-soyadını daşıyan başqa bir Vətən oğlu – Ağdamın Boyəhmədli kəndində anadan olmuş yaşıdı Elçin Baxşəliyev 3 il yarım sonra, Birinci Qarabağ müharibəsində könüllü özünümüdafiə batalyonunun tərkibində işğalçılara qarşı vuruşaraq, şəhadətə ucalıb.

Xalqımızın qəhrəmanlıq ənənələri, bax beləcə, nəsilbənəsil davam edir.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri