Icma.az
close
up
RU
Bir gecənin 23 ŞƏHİDİ…

Bir gecənin 23 ŞƏHİDİ…

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

15 avqust 1993-cü il... Azərbaycan tarixində qara hərflərlə yazılmış, amma şəhidlərin qanı ilə işıqlandırılmış bir gecə... Cəbrayıl rayonu ətrafındakı Daşbaşı yüksəkliyində, gecənin səssizliyini qəfil bir hücum pozdu. Əli silah tutmağa təzə başlayan, bəziləri 18 yaşını hələ yenicə tamamlamış 23 igid gənc öz canlarını Vətən, torpaq uğrunda fəda etdilər.

Daşbaşı postu strateji baxımdan olduqca önəmli bir mövqedə yerləşirdi. Daşbaşı postu Cəbrayıllın müdafiəsi üçün ən vacib mövqe idi. Ermənistan silahlı qüvvələri bunun fərqində idilər və məhz bu səbəbdən həmin mövqeyə qəfil və amansız hücum etdilər.
Amma qarşılarında qorxuya boyun əyməyən, ruhları uca, ürəkləri od olan Azərbaycan oğulları dayanmışdı.

O gənclər üçün bir yol vardı – sonadək döyüşmək və... şəhid olmaq. Onlar şəhidliyi seçdilər...

Onlar sadə kənd uşaqları idi – birinin atasının əli torpağa, birinin anasının əli çörəyə bulaşmışdı. Onlar həyatlarının baharını yaşayırdılar. Gözlərində gələcəyə ümid vardı. Amma Vətən çağıranda, gəncliklərini, arzularını, ailələrini geridə qoyub cəbhəyə yollanmışdılar. Onların hərəsi bir ömür, bir ümid, bir ailənin işığı idi.

Biri məktəb müəllimi olmaq istəyirdi...
Biri anasına ev tikməyi arzulayırdı...
Biri sevdiyi qıza nişan üzüyü almışdı, qayıtdıqdan sonra toy edəcəkdi...
Amma heç biri qayıtmadı...

Onlar şəhid oldular – öz arzularını, həyatlarını Vətənin bütövlüyü naminə fəda etdilər. Onlar öz canları ilə bir torpaq parçasını qoruyarkən, əslində Azərbaycanın ruhunu, xalqın qürurunu yaşatdılar.

Həmin gecədəki qeyri-bərabər döyüşdə erməni qüvvələri bizim döyüşçülərdən iki dəfə çox olmuşdu. O gecə postu müvəqqəti ələ keçirən düşmənlər 23 nəfər gəncimizi öldürməklə kifayətlənməmiş, onların meyitlərini təhqir etmiş, tanınmaz hala salmışdılar.

Onlardan 21-i cəbrayıllı, 1-i şəmkirli, 1-i beyləqanlı idi.
İmanov Müslüm Cəmil oğlu - Böyük Mərcanlı k.
Fərhadov Fərhad İdris oğlu - Böyük Mərcanlı k.
Fərhadov Arif Məhəmməd oğlu - Böyük Mərcanlı k.
Sevdimalıyev Cəbrayıl Əli oğlu - Böyük Mərcanlı k.
Fərhadov Bayram Məhyəddin oğlu - Böyük Mərcanlı k.

Cəfərov Murad Hafiz oğlu – Daş Veysəlli k.
Abdullayev Zahid Əvəz oğlu – Daş Veysəlli k.
Hüseynov Həsən Hüseyn oğlu – Daş Veysəlli k.

Eyvazov Teymur Eyvaz oğlu – Soltanlı k.
Yusifov Elman Bəhram oğlu – Soltanlı k.
Məmmədov Faiq Fərman oğlu – Soltanlı k.

Ağayev Ramiz Eldar oğlu – Cəbrayıl ş.
Əliyev Etibar İslam oğlu – Cəbrayıl ş.

Rəhimov Mətləb Əvəz oğlu - Məzrə k.
Quliyev Aydın Tapdıq oğlu - Məzrə k.

Əmirxanov Süleyman İbrahim oğlu – Kavdar k.

Fətəliyev Hafiz Məhəmməd oğlu – Şahvəlli k.

Məmmədov Rüfət Rəvan oğlu Maralyan k.

Kazımov Vahab Yaşar oğlu Mahmudlu q.

Hüseynov Yusif Musa oğlu Xələfli k.

Şəmilov Rövşən Bəhlul oğlu – Qumlaq k.

Mirimov Qərib Mehdi oğlu – Beyləqan rayonu (əslən Cəbrayılın Sofulu kəndindən).

Gülməmmədov Rafayıl Məhəmməd oğlu – Şəmkir rayonu.

Daşbaşıda şəhid olan 23 gənc bizə təkcə keçmişin qanlı səhifələrini xatırlatmır. Onlar bu günümüzü qoruyur, gələcəyimiz üçün dirilik dərsi verir. Onların hər biri bizə səslənir:

“Vətən seviləndə müqəddəs olur. Vətən üçün ölənlər – ölməz olur!”

Bu şəhidlər unudulmasın deyə, onlar tarix kitablarında deyil, qəlbimizin yaddaşında yaşasın deyə yazmalı, danışmalı, yaşatmalıyıq.
Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra - 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər…

Hər avqustun 15-də Daşbaşıda səssiz bir dua yüksəlir – şəhidlərin ruhuna...
Küləklər onların adlarını pıçıldayır...
Qarabağ torpağı onların şəhidliyilə ilə azadlığa qovuşdu.

Şəhidlər unudulmur. Onlar bu xalqın damarlarında axan qan, döyünən ürək, danışan tarixdir.
 

Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Avqust 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri