Icma.az
close
up
RU
Xalqın birlik, mübarizlik, azadlıq hissi

Xalqın birlik, mübarizlik, azadlıq hissi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Azərbaycan xalqının tarixində ən kədərli və eyni zamanda şanlı səhifə olan 20 Yanvar qırğınının 35-cü ili tamam olmaqdadır. Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar qanlı bazar günü xalqımızın milli azadlıq, milli müstəqillik uğrunda apardığı çoxillik mübarizəsinin heç zaman unudulmayacaq tarixi səhifələrindəndir. Sovet Ordusunun Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdir. Məlumatlara görə, Bakıya yeridilmiş qoşun kontingentinə döyüş tapşırığını yerinə yetirmək üçün xüsusi psixoloji hazırlıq keçirildi.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini pozaraq Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ALFA qrupu Azərbaycan televiziyasının enerji blokunu partlatdı, televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun şəhərə daxil oldu və fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 12-dək artıq doqquz nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər respublika radiosundan çatdırıldı.

Xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsini beşikdəcə boğmaq üçün Sovet imperiyasına bir bəhanə lazım idi. Bu bəhanə isə elə hazırlanmalı idi ki, gələcəkdə əliqanlılar beynəlxalq təşkilatlar qarşısında hüquqi cəhətdən özünə bəraət qazandıra bilsin, məsələnin mahiyyəti başqa formada dünya ictimaiyyətinə təqdim edilsin, "vəhşi azərbaycanlı" obrazı yaradılsın, qonşu respublikalar arasında qanlı münaqişə daha da qızışdırılsın. Bunun nəticəsidir ki, 1990-cı il yanvar ayının əvvəllərində ayrı-ayrı vaxtlarda mütəşəkkil qaydada Bakı şəhərində qırğınlar törədildi. Bu çərçivədə şişirdilmiş faktlar məqsədyönlü formada dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırıldıqdan sonra planın 1-ci mərhələsi tamamlandı. Sırada isə Azərbaycana "Qırmızı ordu"nun yeridilməsinin zərurət olduğu fikrini yaratmaq qalmışdı. Yanvar ayının 19-da bütün hazırlıq işləri başa çatdırıldı. Emissarlar və milli satqınlar məhz həmin gecə xalqın meydanlara, küçələrə çıxmasını istədilər. Faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkarlar xalqı xəbərdar etmədilər. Şəhərin giriş-çıxışlarına avtobus və avtomobilləri yerləşdirərək gözdən pərdə asdılar. Guya giriş-çıxışların bağlanması Sovet ordusunu dayandıracaqdı.

Tanklar və zirehli maşınlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobuslarda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəldilər. Onlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmişdilər, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü. Həmin gün Bakı küçələri irtica vandallığının əsl simasını göstərən insan cəsədləri ilə doldu. İnsan qiyafəsini itirmiş silahlılar SSRİ müdafiə naziri Dimitri Yazovun etimadını "doğrultmuşdu". Başda Moskvanın "başbilənləri", daha doğrusu, ssenari müəllifləri olmaqla, çoxları o vaxt Azərbaycanda xalq hərəkatını boğduqlarını düşünürdülər. Lakin heç kəs, hətta quzğun yuvasına çevrilmiş Ermənistan da dərk edə bilmədi ki, Azərbaycan xalqı tarixin böyük sınağından üzüağ çıxacaq. Məhz bu tarix Azərbaycan xalqının birlik, mübarizlik, azadlıq hissini coşdurdu, böyük bir nəslin müstəqillik arzusunu reallığa qovuşdurdu.

Əfsuslar olsun ki, o dövrdə dövlət aparatında yüksək vəzifələr tutmuş ayrı-ayrı "rəhbər"lərin başı kreslo davasına qarışmışdı. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun səriştəsizliyi, Sovet ideologiyasına sədaqəti dövlət strukturlarını iflic vəziyyətinə gətirmişdi. Bu cür şəxsi ambisiyaların hökm sürdüyü bir dövrdə Azərbaycanın xalqının mənafeyini yüksək tribunalardan səsləndirən, onun hüquqlarını müdafiə edən liderə ehtiyacı var idi. Tariximizin qanlı səhifəsinin yazıldığı bu vaxtda yalnız ulu öndər Heydər Əliyev dühası xalqın nicatı ola bilərdi. Həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı ümummilli lider bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Ulu öndər 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam hüquqi-siyasi qiymət verilsin. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət, həmin ilin mart ayında təsdiqlənən 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının ona qarşı cinayət törətmiş caniləri mühakimə etmək iqtidarında olduğunu sübut etdi.

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri