Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Üç məşhurun təsadüfi olmayan GÖRÜŞÜ

Bir şəklin tarixçəsi: Üç məşhurun təsadüfi olmayan GÖRÜŞÜ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixin dərinliklərində itmiş, lakin özündə böyük bir dövrün ruhunu yaşadan fotolar olur. Belə fotolar təkcə insanların deyil, həm də bütöv bir epoxanın izlərini daşıyır.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir foto dünya şöhrətli müğənni Rəşid Behbudovun Fonduna aiddir.
Şəkildə keçmiş Sovet İttifaqının ictimai-siyasi həyatında aktiv rol oynamış üç nəfərin bir görüş anı əbədiləşdirilib.
Zaman 1964-cü ilin 11 martı... Məkan Rusiyanın Uzaq Şərq vilayətindəki Vladivostok şəhəri...
O dövrün rəsmi protokol estetikasını və şəxsi münasibətlərin səmimiyyətini özündə birləşdirən nadir kadr...
Şəkildə sovetlər nəslinə tanış olan üç məşhur sima əks olunub:
Rəşid Behbudov – Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ xalq artisti, Qafqazın ən güclü və xarizmatik sənətkarı;
German Titov – Sovet kosmonavtı, Yer orbitinə çıxan ikinci insan, dünya kosmonavtika tarixinin parlaq simalarından biri.

Əbdürrəhman Vəzirov – Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ÜLKGİ MK – Sovet komsomol təşkilatı) azərbaycanlı katibi - sonralar Azərbaycan SSR-in rəhbəri olmuş dövlət xadimi.
Onda Rəşid Behbudovun 49, German Titovun 29, Əbdürrəhman Vəzirovun isə 34 yaşı vardı...
1960-cı illər Sovet İttifaqında böyük texnoloji dəyişikliklərin, kosmos yarışının və mədəni inteqrasiya dalğasının yaşandığı dövrdür. Bu foto da həmin dövrün ruhunu özündə daşıyır…
Fotoda diqqəti çəkən ilk məqamlardan biri arxa fondakı iri divar saatıdır. Bu cür saatlar o dövrün dövlət idarələrində, yüksək rütbəli şəxslərin qəbul otaqlarında olardı. Belə saatlar sovet inzibati memarlığının simvollarından biri idi.
O dövrdə kosmosdan qayıdan hər bir kosmonavt SSRİ-də milli qəhrəman kimi qarşılanırdı. Onlarla görüşmək, xatirə fotoları çəkdirmək yüksək səviyyəli hadisə hesab olunurdu.
60-cı illərdə Rəşid Behbudov xarizmatik bir sənətkar olaraq SSRİ-nin mədəniyyət diplomatiyasında xüsusi rol oynayır, German Titov isə kosmosa uçmaqla ölkəsini dünaya tanınıdrdı: onların hər ikisi öz sahəsində iki fərqli güc idi.
Bu görüşdə iştirak edən Əbdürrəhman Vəzirov isə Azərbaycanı SSRİ rəhbərliyində təmsil edən gənc və perspektivli dövlət nümayəndələrindən sayılırdı. O, sonralar SSRİ-də səfir vəzifəsinə yüksələn ilk azərbaycanlı kimi tarixə düşəcəkdi...

Şəklin altında yazılmış əlyazma qeydi həmin görüşün sırf formal bir tədbir olmadığını göstərir. Burada səmimi ton, minnətdarlıq və şəxsi xatirə atmosferi hiss olunur. Bu tip yazılar sovet dövrü foto mədəniyyətinin ayrılmaz hissəsi idi - insanlar vacib görüşləri yaddaşlarda yaşatmaq üçün fotonun üzərinə ürək sözlərini həkk edirdilər. Sovet dövründə fotoların üzərinə bu tip şəxsi avtoqraflar yazmaq həm xatirə, həm də jest kimi geniş yayılmışdı.
Üç məşhur insanı birləşdirən nadir fotişəkli həm də o illərin tarixi ab-havasını hiss etdirən qiymətli bir arxiv sənədi də saymaq olar...
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri