Bir sıra məktəblər bağlanacaq
Icma.az, Olke.az saytına istinadən bildirir.
Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, rəsmi açıqlamalara əsasən xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deyə deputat əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirmişdi.

