Icma.az
close
up
RU
Bir sıra məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır

Bir sıra məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bir sıra regional məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır“.

AzPost bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin erməni icması ilə görüşündə deyib.

O bildirib ki, bu, tez-tez baş vermir, amma indi o da nəzərə çarpır ki, beynəlxalq gündəmdəki bir sıra məsələlərlə bağlı kifayət qədər oxşar təsəvvürlərimiz var və bu da öz təsirini göstərən amildir.

“Bölgədə, İranda baş verən hadisələr, şübhəsiz ki, çox narahatedicidir. Əminəm ki, Türkiyə prezidentinin iş gündəmində, açıq-aydın bizim iş gündəmimizdə kifayət qədər böyük yer tutur. Səfər belə bir şəraitdə baş verir ki, bu da həm Türkiyə, həm də Ermənistanın buna önəm verdiyi anlamına gəlir”.

Paşinyan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və dərin münasibətlər heç kimə sirr deyil: “Biz bu bu əlaqələrin yaxınlığını bilirik. lakin ayırıcı xətlərin olmasını istəmirik, əksinə, bölgədə sabit və davamlı sülhün bərqərar olmasını istəyirik Bu kontekstdə Türkiyə ilə dialoqumuza böyük əhəmiyyət verirəm”.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi və sülh gündəminin sonrakı gedişatı ilə bağlı yanaşmalarımızı şəxsən Türkiyə Prezidenti ilə bölüşməyi vacib hesab edirəm. Aydındır ki, Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyəti bütövlükdə regiondakı vəziyyətə təsir etməyə bilməz”, – deyə Paşinyan əlavə edib.

O, Türkiyədə Ermənistan konsulluğunun açılmasını arzuolunan adlandırıb.

“Bizim məqsədimiz Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr qurmaq, sərhədləri açmaqdır ki, bu da Ermənistanla Türkiyə arasında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutur”, – Paşinyan yekunlaşdırıb.

Paşinyan bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması zamanın işidir: “Bizdən ardıcıl olmağı, fəal işləməyi davam etdirməyi, fəal dialoq aparmağı, bir-birimizi dinləməyi və öz mövqelərimizi mümkün qədər aydın şəkildə təqdim etməyə çalışmağı tələb edir. Əməkdaşlığımızın nəticələrinə əsasən, mən əminəm ki, bizim nəticələrimiz olacaq”.

Paşinyan Türkiyə prezidentinə dəvətə görə təşəkkür edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri