Icma.az
close
up
RU
Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər

Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə qalmaqallı açıqlama verib. 

O, Qarabağdan danışarkən “itirilmiş vətən” sözlərindən istifadə edib: 

“Fakt budur ki, 44 günlük müharibə nəticəsində vətənimizin bir hissəsini itirmişik, eyni zamanda daha suveren, daha müstəqil, özümüzü təmin edən dövlət əldə etmişik”. 

Görünür, Paşinyan yenə də əvvəlki sərsəm ritorikasına qayıdıb. O, Qurban bayramında Azərbaycanı təbrik edib ölkəmizə qarşı hansısa ərazi iddialarının olmadığını desə də, növbəti dəfə belə təxribatçı bəyanatlar səsləndirməyə başlayıb. 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq ZüriyəQarayeva bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı ziddiyyətli bəyanatları və dəyişkən ritorikası son dövrlərdə həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən sual altına alınmağa başlayıb: 

“Bir tərəfdən, Paşinyan sülh gündəliyini dəstəklədiyini, Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bəyan edir, hətta Qurban bayramı kimi simvolik dini bayramlarda Azərbaycan xalqını təbrik edir. Digər tərəfdən isə daxili auditoriyaya yönəlik çıxışlarında “öz ərazilərinin bir hissəsini itirməkdən” danışır və bu cür ifadələrlə 10 noyabr 2020-ci il Bəyanatının hüquqi və siyasi məzmununa zidd mövqe sərgiləyir”. 

Ekspert qeyd edib ki, bu ikili yanaşma Paşinyanın həm daxili, həm də xarici siyasətdə balanslaşdırma cəhdi kimi dəyərləndirilə bilər: 

“Ölkə daxilində revanşist təbəqələrin təzyiqi altında olan Paşinyan onların dəstəyini tam itirməməyə çalışır. Xüsusilə də müxalif qüvvələr və Qarabağla bağlı emosional yük daşıyan seçici kütlələri qarşısında “dövlət maraqlarını müdafiə edən lider” obrazını saxlamaq istəyir. Lakin eyni zamanda, beynəlxalq aləmdə və xüsusən Avropa İttifaqı, ABŞ kimi mərkəzlərdə sülhə meyilli və rasional lider imici yaratmağa çalışır. Paşinyanın bu ritorikası həm də Ermənistanın öz dövlət kimliyi və gələcəyi ilə bağlı dərin siyasi və ideoloji parçalanmalar yaşadığını göstərir”. 

Politoloq diqqətə çatdırıb ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edən Paşinyan hakimiyyəti eyni zamanda bu gerçəkliklə barışmaq istəməyən cəmiyyətin bir hissəsini itirməmək üçün daim ziddiyyətli mesajlar verir:

“Bu isə regionda etimad mühitinin formalaşmasına mane olur və sülh prosesinə davamlı zərbə vurur. 

Beləliklə, Paşinyanın çıxışları sadəcə fərdi yanaşma deyil, eyni zamanda Ermənistanın hazırkı siyasi dilemmasının bariz əksidir. Bir tərəfdə real geosiyasi situasiya və beynəlxalq hüququn tələbləri, digər tərəfdə isə daxili populizm və seçici bazasını qoruma instinkti dayanır. Bu isə sülhə aparan yolun hələ də siyasi iradədən daha çox kommunikativ manipulyasiya vasitələri ilə idarə olunduğunu göstərir”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Paşinyan Ermənistan Azərbaycan Züriyə Qarayeva Qarabağ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri