Icma.az
close
up
RU
Bir torpaq sahəsini 3 adama satanlar bitməyən dələduzluq

Bir torpaq sahəsini 3 adama satanlar bitməyən dələduzluq

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bələdiyyə sənədi” fırıldaqçılığından necə sığortalanmalı...

Kirayədən canını qurtarıb özünə ev tikdirmək istəyən aktyor Tahir İsmayılov 18 500 AZN-dən də olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Real Tv-də videomaterial nümayiş olunub.

Tahir İsmayılov qeyd edib ki, Binəqədi rayonundan aldığı torpağa görə ona verilən rəsmi sənəddə 400 kvadratmetrin ona aid olduğu qeyd edilib. Lakin sonradan torpağın başqa adama satıldığı ortaya çıxıb. Aktyor torpağı 18 500 AZN-ə Xəyal adlı şəxsdən alıb. Ona pulun hamısını ödədikdən sonra Binəqədi bələdiyyəsinə yaxınlaşaraq hüquqşünas Namiq Kazımovdan bu saxta torpaq sənədini alıb. Bundan sonra torpağın qanuni sahibi olan Tahir Həsənov aktyora etibarnamə verib ki, torpaqda tikinti aparsın.

Tahir İsmayılov tikintiyə başladıqda isə ona icazə verilməyib. Ona bildirilib ki, bu torpağı Binəqədi bələdiyyəsinin hüquqşünası Namiq Kazımov başqa adama da satıb. Beləcə aktyorun pulu əlindən alınıb və ona saxta sənədlə oyun qurulub.

Xatırladaq ki, Tahir İsmayılov Gənc Tamaşaçılar Teatrının aktyorudur və 30 ildən çoxdur ki, ortada fəaliyyət göstərir. 

Təəssüf ki, bu ilk belə hal deyil. Bəs bir torpaq sahəsini 3 adama satan şəxslərin, saxta sənəd verən bələdiyyələrin fırıldaqçılığı niyə bitmir? Məhkəməyə müraciət etsə, aktyorun öz pulunu geri alması mümkündürmü? Belə tələlərə düşməmək üçün vətəndaşlar nə etməlidir?

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib:

“Bir hüquqşünas kimi dəfələrlə vətəndaşlara tövsiyə edirəm ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan torpağı və ya mənzili almayın. Çünki belə əmlaklar mülkiyyət hüququnu təsdiq etmir. Hətta ola bilər ki, həmin daşınmaz əmlak bir neçə şəxsə satılıb. Bələdiyyələr və tikinti şirkətləri də tez-tez bu cür hallara yol verir. Məsələn, yeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılması adi hala çevrilib.

Ona görə də biz ekspertlər vətəndaşlara çağırış edirik: dövlət reyestrindən çıxarışı olmayan daşınmaz əmlakı almayın. İnsanlar adətən düşünür ki, belə bir hadisə onların başına gəlməz. Amma artıq problem baş verdikdə, çox gec olur. Pulun geri qaytarılması isə demək olar ki, mümkün deyil. Çünki belə hallarda məsuliyyətə cəlb edilən şəxslər adətən işin əsl təşkilatçıları olmur.

 Əkrəm Həsənov

Bu cinayətləri törədən şəxslər böyük məbləğdə pullar qazanır, milyonlarla manat əldə edirlər. Daha sonra formal olaraq cinayət məsuliyyətinə cəlb edilir, məhkəmədə bir neçə illik həbs cəzası alırlar. Ancaq həbsdə belə qazandıqları pulların bir hissəsi ilə lüks şəraitdə yaşayırlar və azadlığa çıxdıqdan sonra da fəaliyyətlərini davam etdirirlər.

Əslində, həbs olunan şəxslər bu işləri həyata keçirənlər deyil, formal vəzifəyə təyin olunan və sonra qurban edilən şəxslərdir. Faktiki olaraq bu işlərin əsas təşkilatçıları bələdiyyə rəhbərliyi və tikinti şirkətlərinin əsl sahibləridir.

Bu halda vətəndaşın pulunu geri almaq ehtimalı isə çox aşağıdır. Çünki pulu götürən şəxslər çoxdan həmin vəsaiti mənimsəyiblər və hətta pul uğrunda həbsxanaya getməyə belə hazırdırlar. 

Beləliklə, Azərbaycanda kifayət qədər çıxarış olmayan daşınmaz əmlaklar var, ona görə də bu cür hadisələrlə tez-tez rastlaşırıq. Bütün sivil ölkələrdə, Avropada bu məsələnin vahid qaydası var - daşınmaz əmlakın çıxarışı olur və bu çıxarış əsasında alınır. Bizdə də qanunda bu cürdür, lakin ona  riayət olunmur, bilərəkdən vətəndaşları bu vəziyyətə salırlar".

Beləliklə, ekspertlər qeyd edir ki, vətəndaşlar torpaq alqı-satqısı zamanı diqqətli olmalı və aşağıdakı addımları atmalıdır:

Bələdiyyədən və ya satıcıdan torpağın hüquqi statusunu yoxlamaq: Satışa çıxarılan torpağın mülkiyyət sənədləri, qeydiyyatı və onun üçüncü şəxs tərəfindən tələb edilə biləcəyi vəziyyətlər araşdırılmalıdır.

Dövlət Reyestr Xidmətindən məlumat almaq: Torpaq üzərində hər hansı məhdudiyyətin və ya üçüncü şəxslərin iddiasının olub-olmadığını yoxlamaq vacibdir.

Hüquqi məsləhət almaq: Əmlakın hüquqi vəziyyətini peşəkar hüquqşünaslar vasitəsilə yoxlatdırmaq tələlərdən qorunmağa kömək edir.

Sənədləri diqqətlə oxumaq: Hər hansı müqavilə və ya sənəd imzalanmazdan əvvəl onun məzmunu tam anlaşılıb və təsdiq edilməlidir.

Əmlak hüququ üzrə mütəxəssislər qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün ilk növbədə, qanunvericilikdəki boşluqların aradan qaldırılması və bələdiyyələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi vacibdir. Ekspertlər həmçinin vətəndaşların hüquqi savadlılığını artırmaq üçün maarifləndirmə kampaniyalarının keçirilməsini təklif edir. Onların fikrincə, həm alıcılar, həm də bələdiyyələr daha şəffaf və məsuliyyətli olmalı, hər iki tərəfin öhdəlikləri və hüquqları qanuni çərçivədə qorunmalıdır.
“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri