Icma.az
close
up
RU
“Bir tüstü vurdum, həyatım dəyişdi” 20 yaşlı narkoman qızın DƏHŞƏTLİ etirafları

“Bir tüstü vurdum, həyatım dəyişdi” 20 yaşlı narkoman qızın DƏHŞƏTLİ etirafları

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tanınmış aparıcı, videobloqer Nail Kəmərlininin bu dəfə təqdim etdiyi şəxs, narkomaniya asılılığında əziyyət çəkən, 20 yaşlı Ramilə olub.

Yenisabah.az xəbər verir ki, Ramilə 12 yaşından narkotikdən istifadə etdiyini və tanış olduğu oğlan vasitəsi ilə aludəçiyə çevrildiyini qeyd edib:

"12 yaşımdan istifadə etməyə başlamışam. Ailəmdə də narkotik istifadə edənlər var idi, amma mən bunu onlara baxıb, etməmişəm. Bir oğlanla tanış oldum, o məni öyrətdi. Birinci tabletka ilə başlamışdım, sonra, nəşə, kakos, patı... belə-belə davam etdi. Oğlanın 14 yaşı var idi. 

Anamla atam, bacımla birlikdə iynə vururdular. Atam rəhmətə gedəndən sonra anam başladı bunları açıq-aşkar mənim yanımda etməyə. Əvvəl etsələr belə, gizlin edirdilər, mən görmürdüm. Sonra başladılar mənim yanımda etməyə. Mənim də başım çöndü, məktəbə getməməyə başladım. Tanış olduğum oğlan da mənə siqaret çəkməyi, dərman atmağı, nəşəni filan öyrətdi. Əvvəllər ağrılarım yox idi. Sonra bir gün ağrılarım başladı, dərman da heç yerdən tapa bilmirdik. Sonra oğlanın dostu ona “kakos” təklif etdi, o da çəkdi və mənə də təklif etdi. Dedi ki, 1-2 tüstü vur, nə olduğunu başa düşəcəksən. O da mənim xoşuma gəldi. Beləcə başladım, ondan çəkməyə". 

Narkotik vasitələrin təsiri altına düşən şəxs yaşadığı dəhşətli həyat hekayəsini bölüşüb. O bildirib ki, hər şey bir dəfə “kakos” çəkməklə başlayıb:

"Bir dəfə ayıldım ki, məndən tər gedir. Elə bildim qripdir. Qusuram, tərləyirəm, qızdırıram. Uşaqlar mənə dedi ki, bir dənə “kakos” çək, özünə gələcəksən. Onu çəkən kimi özümə gəldim. O gündən bəridir belə bədbəxtəm. 

Anam üç il bundan öncə rəhmətə getdi. Ondan bəridir bacım baxır mənə. Əvvəl kirayə qalırdıq, indi çətindir. Bacım tək bacarmır deyə, küçədə qalırıq. Bacım ofisant işləyirdi, oradan da çıxdı. İndi oğurluq edir".

20 yaşlı Ramilə reabilitasiya üçün maddi imkanının olmadığını vurğulayıb:

"Tək arzum reablitasiya keçib, sağalmaqdır. Pulum yoxdur, olsaydı gedərdim. Narkomaniya çox pis şeydir. Narkaman heç keç, heç vaxt yaxşı baxmır. Narkamanlar hamısı öz ata-anasından oğurlayan insanlardır. 

Xalam hər zaman mənə deyirdi ki, gəl, mənimlə qal. Sənin anan səni yaxşı yola çəkmir. Mən isə öz anamla qalmaq istədiyimi bildirdim. Xalamın heyvanlar üçün salonları var, amma bilmir, mənim istifadəçi olduğumu. Əgər sağalsam, onunla birlikdə qalacam. Uzaqlaşacam hər şeydən. 

Mən öz həyatımı yenidən qurmaq istəyirəm. Sağalandan sonra bacıma da yaxın durmayacam. Bu dünyadakı ən pis şey narkotikdir. Adamın əlindən hər şeyi alır. Mən heç vaxt bu vəziyyətə gələcəyimi fikirləşməzdim. 8 ildir çəkirəm, amma heç vaxt damara vurmamışam. 

Xalam bunları bilmir, bilsəydi, məni çoxdan reablitasiyaya göndərərdi. Anamla bacım narkotiki hər zaman pulsuz verirdilər mənə. Anam Ukraynalı, atam isə Azərbaycanlı idi. Hər gün eyni həyatı yaşayırıq”. 

Aydan Hacıbalazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyun 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri