Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Əməkdar artist Firdovsi Atakişiyev aparıcılarla bağlı fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, aktyor "Günə uğurla" verilişində bəzi müəllif proqramları və aparıcıların fəaliyyəti barədə danışarkən sərt açıqlamalar verib. O bildirib ki, bir vaxtlar efirdə at oynadan aparıcılar indi kanallara buraxılmır:
"İnsanlar var ki, müəllif verilişi edir. Orada ürəyi istəyən qədər danışır. Aparıcılar haqqında çox danışmaq istəmirəm, hər şey göz önündədir.
İl yarım əvvəl təsadüfən bir aparıcının verilişinə düşdüm. Səhər verilişi adı ilə gəlmişdim, amma gördüm ki, başqadır. Bir serialın təqdimatı olmalı idi. Aparıcı yaxşıdır, amma axınla getdiyi üçün yolunu səhv saldı. Ona dedim ki, səni çox istəyirəm, amma 5 il sonra nə edəcəksən? Sənin bu ideyan heç kimə lazım olmayacaq. Nə 5 il, heç 1 il çəkmədi.
Həmin sözümdən sonra o, üstünə qoydu, daha reytinq yığmağa çalışdı. Bu da pis nəticə ilə bitdi. Heç vaxt mənliyini, şəxsiyyətini gündəmə qurban vermək olmaz. Belə aparıcılar çox olub, indi kanala yaxın buraxmırlar. Bir vaxtlar at oynadırdılar".
Baxış sayı:157
Bu xəbər 28 İyul 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















