Icma.az
close
up
RU
BİR YANDA VƏTƏN, BİR YANDA DA ERMƏNİYƏ QUCAQ AÇAN XAMENEİ Xaliq və Xalq qarşısında seçim anıdır!

BİR YANDA VƏTƏN, BİR YANDA DA ERMƏNİYƏ QUCAQ AÇAN XAMENEİ Xaliq və Xalq qarşısında seçim anıdır!

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Dünya Azərbaycanlıları Konqresinin sədri, Xalq şairi Sabir Rüstəmxanlının İranın ali rəhbəri Seyid Əli Xameneiyə ünvanladığı son müraciət, rəsmiyyətdə Azərbaycan Respublikasının vətəndaşı olub beyin və əməl işində fars rejiminin köləliyindən uzağa getməyən bir çoxlarının maskasını üzə çıxardı. Bütün yaradıcılığı boyu “Bütövlük həsrəti”ni yaşayan Xalq şairinin özünü az qala islam dünyasının lideri sayan Xameneiyə “Mövcud vəzifənizdən könüllü olaraq istefa verib, idarəçiliyi xalqın iradəsini ifadə edən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul oluna biləcək, ədalətli və şəffaf bir rəhbərliyə həvalə edin” deməsi kimlərinsə kürkünə birə salıb. Niyə?

Axı məqsəd və niyyət ortadadır: nə qədər ölkəni din pərdəsi altında fars şovinizminin maraqlarına uyğun idarəçilik davam edərsə, İranda insana rahatlıq yoxdur. Bu zehniyyət və bu baxışla XXI əsrdə dövlət idarə edilməz! Bu rejimin qaydaları nəinki demokratik və sivil prinsiplərə, İslamın özünə belə ziddir.

İslamın müqəddəs kitabı “Vətəni sevmək imandandır” deyir, Xamenei cəlladları isə Azərbaycanı vətən deyə sevənləri dar ağacından asır, zindanda çürüdür. Qurani-Kərim “Göylərin və yerin yaradılması, dillərinizin və rənglərinizin müxtəlifliyi Onun qüdrət əlamətlərindəndir” buyurur. Xamenei rejimi isə türklərə öz dillərində danışmağı qadağan edir.

Belə olan halda, nəyə görə Xamenei aşiqiləri, heç olmasa özlərini təmizə çıxarmaq üçün etiraz edib demirlər ki, “Ağa, adını İslam qoyduğun nədir, islama qarşı çıxdığın nədir?” Belə çıxır ki, onlar İran mollasına olan sevgilərinə görə Allahın sözünü belə qulaq ardına vururlar. Axı bunlar özləri də bilirlər ki, İslamda ən vacib əməllərdən biri haqqı deməkdir.

Həqiqətin isə bir adı var: İranda Azərbaycanın əsas düşməni ayrı-ayrı məmurlar və ya diplomatik görünüşlü manqurtlar deyil – bu, bilavasitə “ali rəhbər” dediyiniz Əli Xameneidir – uzun illərdir ki, Bakıya qarşı ardıcıl şəkildə düşmənçilik və dağıdıcı siyasət yürüdən şəxs. Azərbaycana qarşı hər bir təxribatın, informasiya hücumunun, ölkəmizə qarşı yönəlmiş hər bir kampaniyanın arxasında məhz o dayanır.

Adını “Ali dini rəhbər” qoyan şəxsin idarəçilik sistemi türkləri təhqir etməklə həm də Allahın ayələrinə qarşı üsyan etmiş olur. Allahın hökmünün pozulmasına susanlar, bu hökmü pozan sistemin başında duran adama “istefa ver” deməkdən bu qədər qəzəblənirlərsə, demək ki, Allaha deyil, Xameneiyə səcdə edirlər.

Xamenei heç vaxt Azərbaycanı sevməyib. Hətta bizim ölkənin müstəqilliyini belə rişxəndlə qarşılayıb. 1991-ci ildə Ermənistanın müstəqilliyini şanla təbrik edən bu zat, Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqil olmasına “kiçik bir bölgənin böyüyə birləşməməsi” kimi münasibət bildirib.

Budurmu müsəlman lideri? Budurmu Hüseyn aşiqi? Dünyanın ən adil hökmdarlarından olan İmam Əlinin, Qandi kimi mübarizə adamının belə sitayiş etdiyi İmam Hüseynin, fəlsəfəsi və həyatı ilə örnək olan İmam Cəfəri Sadiqin davamçıları kimi təqdim olunan bu cahillər, məntiq və ruhani hökmlə bütün ömrünü millətinin azadlığına, xalqının xoşbəxtliyinə, insan aliliyinə həsr edən Sabir Rüstəmxanlının yanında olmalıydılar.

Unidurlar ki, Azərbaycanın suverenliyini hər zaman təhdid altında saxlayan və ölkəmizi İranın “ərazi parçası” kimi görən, ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi vandalizmə, oradakı məscidlərin dağıdılmasına, donuz saxlanılan yerlərə çevrilməsinə səssiz qalan həmin Xameneidir!

Halbuki ermənilər məscidləri təhqir etməklə İslam dininə görə çox böyük bir günah iş görüblər. Onların bu vəhşiliklərə, İslamın təhqirinə etiraz etməmələrinin əsas səbəbi farsçılıq ideologiyasına sadiq olmalarıdır. Onların nəzərində farsçılıq ideologiyası İslamdan üstündür.


Erməni xristiandır, Azərbaycan isə müsəlmandır. Amma yenə də İran dövləti erməninin tərəfindədir – və bunun başında yenə həmin Xamenei durur! O Xamenei ki, Zəngəzur dəhlizi mövzusunda Azərbaycana qarşı “Zəngəzur bizim üçün qırmızı xəttdir” deyərək, faktiki olaraq Ermənistanın maraqlarını müdafiə etmişdi. O Xamenei ki, onun rəhbərlik etdiyi dövlətin Ermənistana verdiyi silahlar bizim şəhidlərimizə və qazilərimizə tuşlandı!

Bax, gerçəkdən Xaliq və Xalq qarşısında seçim anıdır: Bir yanda erməni ilə sarmaş–qucaq olan Xamenei, bir yanda da babalarının qəbri, övladlarının məskəni olan AZƏRBAYCAN...

Vətəni kimə satırsınız?!

Nəsimi Şərəfxanlı
Jurnalist, Vətən müharibəsi veteranı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri