Yaponiyadan az işlənmiş avtomobil idxalı: HƏQİQƏT, YOXSA FIRILDAQ?
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bu gün MDB məkanında Yaponiyadan ikinci əl avtomobil gətirilməsi geniş yayılıb. Bunlar əsasən sükanı sağda olan maşınlardır. Bu maşınlar təyinat yerinə çatdıqda sükan sola keçirilir (danışıqda perekidka) və bazara çıxarılır.
Avtosfer.az xəbər verir ki, söhbət uzun illər istismar olunmuş və az qala milyon kilometr qət etmiş mağşınlardan getmir. Gündoğar ölkədən gətirilən maşıənların yaşı adətən 5-i ötmür. Onların qət etdikləri yol isə kifayət qədər az olur. Bəs burada fırıldaq varmı?
Rusiyalı ekspertlərin qənaətinə görə, Yaponiyadan idxal edilmiş ikinci əl avtomobillərin odometrindəki göstəriciyə inanmaq olar. Bizdən fərqli olaraq orada avtomobildən gündəlik istifadə edilmir. Böyük şəhərlərdə qatar və metro ilə getmək saatlarla tıxacda gözləməkdən daha sərfəlidir. Buna görə də Yaponiyada ildə 10 min kilometr maşın sürən şəxsə rekordçu kimi baxırlar. Bizdə isə bu ölduqca kiçik məsafədir.
Avtomobilə ilk 3 il ərzində heç bir texniki baxış (Şaken) tələb olunmur. Sonrakı dövrdə isə 1 texniki baxış min dollaradək pul tələb edir. Buna görə də, əhali köhnə maşını satışa qoyub yenisini alır.
Əsas məsələ isə, yapon düşüncə tərzi ilə bağlıdır. Orada ölçüdə və çəkidə aldatmaq pis əməl hesab edilir. Buna görə də, Yaponiyada istismar olunmuş maşınların odometrinin geri çəkilməsinə çox az hallarda rast gəlinir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















