Icma.az
close
up
RU
Bircə dənə qız gəlin istəyənlərin sayı artır Qadın peşə lərində işçi çatışmazlığı olacaq?

Bircə dənə qız gəlin istəyənlərin sayı artır Qadın peşə lərində işçi çatışmazlığı olacaq?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatlara görə, 2025-ci ilin yanvar-fevral aylarında doğulan 15 971 körpənin 53.8 faizi oğlan, 46.2 faizi isə qızdır.

Toylarda gəlinin belini bağlayanda "yeddi oğul, bircə dənə qız" istəyənlərin sayı artdıqca ölkədə selektiv abortlar da çoxalır. Hətta bir çox orta məktəblərin son siniflərində də oğlanların sayı qızların sayını üstələməyə başlayıb.

Maraqlıdır, bu tendensiya davam etsə, "qadın peşəsi" adlandırılan (dayə, ginekoloq, xadimə və s.) sahələrdə işçi çatışmazlığı yarana bilərmi?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, selektiv abortlar artan dinamikada davam edərsə, 2040-cı ildə əhalinin yaş və cins tərkibinin dəyişməsi müşahidə olunacaq:

"Selektiv abortlar Azərbaycanda təhlükəli hal alıb, qızların bioloji artım göstəriciləri oğlanlara nisbətdə enib. Oğlanlar bioloji normadan çox doğulurlar, qızlar isə az. Bu, uzunmüddətli planda ölkədə demoqrafik problemə gətirib çıxaracaq. Əhalinin yaş və cins tərkibinin dəyişməsi müşahidə olunacaq. Təxminən, 2040-cı ildə özünü büruzə verməyə başlayacaq. Paralel olaraq fertillik (nəsilvermə) əmsalı kəskin azalıb. 1962-ci ildə bu əmsal Azərbaycanda yüksək səviyyədə olub - bir qadına 5.9 (yəni 6) uşaq düşdüyü halda, indi bu rəqəm 1.3 (yəni 2) olub. Buna görə dünya üzrə ən kritik ölkələr sırasındayıq".

Onun sözlərinə görə, tədbirlər görülməsə, ölkədə çox ciddi böhran yaşanacaq:

"Gizli şəkildə selektiv abort edənlər də var. Təbii ki, selektiv abortların qarşısını almaq üçün dövlət bir sıra tədbirlər görür. Lakin burada inzibati tədbirlərin görülməsi yetərli deyil. Cəza tədbirləri ilə yanaşı, həm stimullaşdırıcı, həm də maarifləndirici iş aparılmalıdır.

Stimullaşdırıcı addım olaraq doğulan qız uşaqlarına verilən birdəfəlik müavinətlər artırıla bilər. İlk uşaqda verilən müavinətdən fərqli olaraq, ikinci və üçüncü qız uşağının doğulması zamanı bu müavinət daha çox verilə bilər. Eyni zamanda, geniş maarifləndirmə işləri aparılmalıdır. Yalnız rayon və şəhər mərkəzlərində deyil, kəndlərdə kütləvi maarifləndirmə aparılmalıdır. Sakinləri bir zala toplayıb onlarla söhbət etməyi fərdi qaydaya keçirmək lazımdır. Bir-bir ailələr ilə görüşmək, məsləhətxanalarda xüsusi məsləhət yerləri açmaq və s. lazımdır".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli qeyd edib ki, selektiv abortların geniş vüsət alması nəinki işçi çatışmazlığına gətirib çıxarır, həmçinin buna görə cəmiyyətdəki tarazlıq pozula, normal inkişaf axarı dəyişə bilər:

"Həmçinin bu addımları atan şəxslərə mənəvi-dini baxımdan da haqq qazandırmaq olmaz. Bu istiqamətdə həm Cinayət, həm də İnzibati Xətalar məcəllələrində müddəalar var. Bu müddəaların daha da təkmilləşdirilməsi istiqamətində Milli Məclisdə müzakirələr aparılacaq".

Müşfiq Məmmədli qeyd edib ki, selektiv abortların qarşısının alınması üçün davamlı monitorinqlər aparılmalıdır:

"Bu tendensiyanın qarşısını almağın bir yolu prosesin idarəedilməsidir. Tibbi müəssisələrdə, mərkəzi icra hakimiyyətinin tabeliyində olan səhiyyə müəssisələrində, özəl sektorlarda rəhbərlik səviyyəsində ciddi nəzarət olmalıdır. Bundan başqa, davamlı monitorinqlər aparılmalıdır".

Onun sözlərinə görə, cəmiyyətin normal inkişaf proseslərinə müdaxilə edilərək, cinsiyyət nisbətlərini dəyişərək hansısa mənasız subyektiv fikirlərə görə cinsiyyət müəyyənləşdirilməsinə gedilməməlidir:

"Bu, çox ciddi məsələdir. İşçi çatışmazlığı isə bu ciddi məsələnin daha qlobal formasıdır. Biz cəmiyyətdəki həssas sistemi qurmalıyıq. Cəmiyyət özünün təbii inkişafını keçməlidir, istər artım, istərsə də cinsiyyət nisbəti təbii proseslərə uyğun getməlidir. Burada hər hansı müdaxilələrə, süni tənzimləmələrə getmək qəti şəkildə yolverilməzdir.

Burada kompleks tədbirlər də görülməlidir - yəni kütləvi informasiya vasitələri, ailə qurumları, səhiyyə müəssisələri, ailə həkimi, ginekoloqların yardımı ilə maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Bunlar cəza tədbirləri ilə yanaşı icra olunmalıdır. Yəni həm vətəndaş, həm də tibb müəssisəsi məsuliyyət daşıdığını bilməlidir".

Deputatın fikrincə, birdəfəlik ödənişlərin artırılması süni müdaxilələrin başqa formasıdır:

"Bu müdaxilələr müəyyən zaman sonra yenidən nisbəti dəyişməyə müdaxilə ehtiyacı yaradır. Çünki süni müdaxilədə cəmiyyətdə balans pozulur, sonra da bu pozuntunun qarşısını almaq üçün addımlar atırıq. Mən bu istiqamətdə süni stimullaşdırmanın istər maddi, istərsə də digər yollarını düzgün hesab etmirəm. Cəmiyyətin özünün düzgün inkişaf axarı istiqamətində proseslər getməlidir".

Sosioloq Sahib Altay qeyd edib ki, elmin ortaya qoyduğu düşüncə tərzində ümumiyyətlə cinsiyyət ayrı-seçkiliyi yoxdur:

"Elmin mövcudluğu iki müstəvidə qərarlaşır. Biri elmin özünün qərarlaşdığı, laboratoriya, təcrübə müstəvisi, yəni akademik elmi yaradıcılıq, digəri isə elmi tədqiqatların sayəsində ortaya çıxan təhsil, peşə sahələri.

Məsələn, modern hüquq da elmi əsaslara söykənir. Eyni zamanda, peşə sahələrinin müəyyənləşməsi, xidmətin etikası, xidmətin mahiyyət və məqsədi elmi tədqiqatlara əsaslanan protokollar əsasında təqdim olunur, inkişaf tendensiyasına görə ölkələr arasında keyfiyyət səviyyəsi əsasında fərqlənir.

Azərbaycan kimi ölkələrdə cəmiyyət daha çox ənənəvi təfəkkürə əsaslandığı üçün biz bunun praktiki təzahürlərini çox görə bilmirik. Hər bir baxımdan, dünyanın ən geridə qalmış ölkəsində də tibb var. Tibb də bir peşə sahəsidir, eyni zamanda, analitik sosiologiyada cəmiyyət düsturunda cəmiyyəti təşkil edən beş əsas amildən biridir. Elmin ortaya qoyduğu düşüncə tərzi elmi düşüncə tərzidir. Bu düşüncə tərzində ümumiyyətlə cinsiyyət ayrı-seçkiliyi yoxdur".

O bildirib ki, məsələn, kişilərin dayə işinə cəlb olunması qeyri-konstruktiv görünə bilər:

"Mən də bu nöqteyi-nəzərdən çıxış edərək bildirmək istəyirəm ki, kişilərin yalnız dayəliyə cəlb olunması qeyri-konstruktiv görünə bilər. Çünki analıq nəvazişi, analıq hissi daşıyıcısı olmaq baxımından dayənin qadın olması daha məqsədəuyğundur.

Tibbə gəlincə isə - istər kardiologiya, istər ginekologiya olsun - fərqi yoxdur, burada kişilər də, qadınlar da çalışa bilərlər. Elmin bizə aşıladığı düşüncə tərzi, təfəkkür buna qarşı deyil.

Azərbaycan kimi ənənəvi təfəkkürə malik cəmiyyətlərdə bu bir az qeyri-adi qarşılanır, buna izn vermirlər, çünki ənənəyə qarşıdır. Heç kim öz qadınına başqa kişinin baxmasını istəmir. Bunu biz məişət səviyyəsində düşünüb, toplum olaraq qərar veririk. Tibb isə məişət səviyyəsində olan elmi tədqiqat sahəsi deyil. Tibb bəşəri səviyyədə qəbul olunan, öz etik çərçivələri, qanunauyğunluqları olan peşə sahəsidir. Burada qadın da, kişi də işləyə bilər".

Sosioloqun sözlərinə görə, tibbin fərdləri olan istər qadın, istər kişi həkimlər qəbula gələn insana pasiyent olaraq yaxınlaşırlar:

"Yəni qəbula gələnə kiminsə anası, bacısı, kiminsə nəslinin xanımı olaraq baxmırlar, pasiyent olaraq baxırlar. Burada isə heç bir etikadan, qanundan kənar hal yoxdur. Bu, bəşəri düşüncə ilə də qəbul olunan faktdır.

Texnoloji sivilizasiyanın, sənaye tibbinin mövcud olmadığı dövrlərdə qadınlar daha çox evdə qalırdılar, uşaqlara baxırdılar. Həkimlər də, təhsil fərdləri də, bir çox sahələrdə çalışanların əksəriyyəti də kişilər idi. İnsanlar məcburiyyətdən xəstə qadını kişi həkimin müayinə etməsini qəbul edirdilər. Bunun əksi olduğu hallarda isə qadınların ölüm faktlarının olduğu da məlumdur.

Lakin biz müasir dünya təfəkkürünə sahibik, burada heç bir ənənənin rol oynamaması gərəkdiyini düşünürəm".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri