Özbəkistandan olan kommunikasiyaya məsul nümayəndələr Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının fəaliyyəti ilə tanış olublar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Özbəkistandan olan kommunikasiyaya məsul nümayəndələr Azərbaycanın müxtəlif dövlət orqan və qurumlarını ziyarət edib, onların fəaliyyəti ilə yaxından tanış olublar.
Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, Özbəkistandan olan qonaqlarla Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və Bakı Şəhər İcra Hakimiyyətində görüşlər keçirilib.
Görüşlərdə hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsində əməkdaşlığının gücləndirilməsi, ictimaiyyətlə əlaqələrin müasir metodları, rəqəmsal platformalardan istifadə imkanları və media ilə iş təcrübələri müzakirə olunub. Qonaqlara, həmçinin aidiyyəti qurumların əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, strateji planlar və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, sözügedən görüşlər yalnız təcrübə mübadiləsinə deyil, həmçinin iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə, peşəkar əməkdaşlığın dərinləşdirilməsinə və kommunikasiya sahəsində müasir yanaşmaların öyrənilməsinə mühüm imkanlar yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















