Icma.az
close
up
RU
İRİA nın əsas tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla yekunlaşıb FOTOLAR

İRİA nın əsas tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla yekunlaşıb FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bu il əsas tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti 5 000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondunu bir araya gətirib. İRİA-nın dəstəyi ilə bu sammitdə investisiya sahəsinə həsr olunmuş mühüm müzakirələr aparılıb və innovasiya ekosisteminin inkişafı üçün vacib addımlar atılıb.

Gununsesi.info xəbər verir ki, Sammitin birinci günündə Azərbaycanda vençur kapitalı ekosisteminin inkişafı baxımından olduqca əhəmiyyətli qərar verilib.

Belə ki, İRİA və “White Hill Capital” vençur fondu arasında yerli startapların maliyyə əlçatanlığını artıran yeni vençur maliyyələşmə şirkəti təsis edilib. Çoxsaylı investorların və ekosistem nümayəndələrinin iştirakı ilə keçən mərasimdə bildirilib ki, əldə edilən razılaşma əsasında “White Hill Capital” vençur fondunun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.

İRİA-nın sədri Fərid Osmanov sammitin ilk günündə “Sənaye və akademik mühit arasında körpünün yaradılması: 4-cü Sənaye İnqilabı üçün insan kapitalı” adlı panel müzakirəsində iştirak edib. Çıxışı zamanı o, İRİA-nın müasir əmək bazarında aktuallığı artan bacarıqların, xüsusilə də ölkəmizin İKT sektorunda kadr potensialının inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib. F. Osmanov bildirib ki, başladılan təhsil layihələrinin əsas keyfiyyət göstəricisi proqram məzunlarının əmək bazarında məşğulluq səviyyəsi, eləcə də məzunların startap quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərdir.

Sammitin ikinci günündə İRİA-nın dəstəyi ilə investisiya mövzusuna həsr olunmuş vertikal öz işinə başlayıb. İRİA-nın İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri vertikalın açılış nitqində Azərbaycanda son illərdə vençur kapitalı üzrə əlçatanlığın təmin edilməsi, xüsusilə İRİA-nın dəstəyi ilə yaradışmış “Caucasus Ventures” fondunun bu istiqamətdə atdığı addımlar və “White Hill Capital” vençur fondu ilə strateji tərəfdaşlıq əsasında təsis edilmiş vençur maliyyələşmə şirkəti haqqında ətraflı məlumat verib. O, startap ekosisteminin inkişafı üçün vençur maliyyə resurslarının əhəmiyyətini vurğulayıb: “İnkişaf etmiş ekosistemlərdə sürətlə böyüyən startaplar məhz vençur kapitalı sayəsində buna nail ola biliblər. Bizim də məqsədimiz ölkəmizdə bu sahənin şaxələnməsi üçün geniş imkanlar yaratmaqdır”.

Gün ərzində investisiya vertikalında regional və qlobal vençur fondlarının nümayəndələri, mələk investorlar, habelə startap təsisçilərinin iştirakı ilə müxtəlif təqdimatlar və panel müzakirələri keçirilib. Diskussiyalar zamanı regional startap ekosistemləri arasında sinerjinin gücləndirilməsi və ölkələrin iqtisadi artımı kontekstində vençur kapitalının rolu vurğulanıb.

Qeyd edək ki, “INMerge” İnnovasiya Sammiti artıq beşinci dəfədir ölkəmizdə keçirilir. Hər il çoxsaylı startaplar, investorlar, tanınmış spikerləri və qlobal şirkətlərin rəhbər şəxslərini bir araya gətirən sammit regionun ən böyük innovasiya sammiti hesab olunur.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Sentyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri