Icma.az
close
up
RU
“Birdən mən də dələduz, ya qaçaqmalçı çıxaram!..”

“Birdən mən də dələduz, ya qaçaqmalçı çıxaram!..”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hətta birdən fikirləşirəm ki, görən,  doğma Laçın azad ediləndən sonra kəndimizə gedib-gələndə təsadüfən hardansa pul-para qapışdırıb dədə-baba evimin yerində, torpağımda villa, malikanə-zad tikməmişəm ki...”

Son vaxtlar dünyada və məmləkətdə o qədər qeyri-adi, əndrəbadi və müdhiş olaylar baş verir ki, adamın canını qara qorxu alır. Söhbət yalnız saysız- hesabsız qətl, qəfil ölüm, yanğın, avto-qəza, təbii və texnogen faciə, avto-qəza, avia-qəzalardan və s. hadisələrdən getmir. Həm də insanlıq, adamlıq adına ləkə olan sonsuz sayda olaylar baş verir: vicdansızlıq, namussuzluq, biqeyrətlik, əyyaşlıq, narkomanlıq, narkobaronluq, oğruluq, talançılıq, rüşvətxorluq, korrupsionerlik, saxtakarlıq, qanunsuz silah saxlama, dələduzluq, qaçaqmalçılıq, qanunsuz sahibkarlıq... Nə bilim, daha nə qaldı?.. 

Onu da deyim ki, əvvəlki illər daha çox yayılan və “populyar” olan narkotik alveri və qanunsuz silah saxlama cinayətləri idisə, başa çatan bu il ən çox dələduzluq və qaçaqmalçılıq olaylarıyla zəngin oldu. Kimi tərpədirsən- ya dələduz, bəzən də qaçaqmalçı çıxır. Özü də bu iki cinayət bütün sahələr üzrə “ixtisaslaşıb”; məmur- dələduz, nazir –dələduz, deputat- dələduz, oliqarx – dələduz, müəllim- dələduz, direktor- dələduz, müğənni- dələduz, həkim- dələduz, jurnalist- dələduz, yaxud qaçaqmalçı, şair – dələduz, şairin oğlu –dələduz, qaçaqmalçı, general –dələduz, generalın oğlu –dələduz, ya da qaçaqmalçı...

Təklif edirəm ki, bundan sonra cəmiyyətimizdəki bu iyrənc əməllərə səbəb olan xisləti Əqidə Çatışmazlığı Sindromu adlandıraq- ƏÇS... Nə gizlədim, bu ƏÇS-dən mən də qorxuram... Bütün dünya, məmləkət boyu yayılıb. İnsanlar adamı bir qara qəpikdən ötrü də satırlar, bıçaqlayarlar, “lezva”layırlar... Hətta eyni ailənin içində də insanlar bir-birinə, türkün məsəli, “atır”, yəni dələduzluq edir. Kişi- dələduz, arvad –dələduz, oğul –dələduz, qız-dələduz, nəvə- dələduz, baba –dələduz, nənə -dələduz, dayı –dələduz, bacıoğlu- dələduz... Hamı nəinki yadlara, qonum-qonşuya, hətta öz doğmalarına da “atır”, kələk gəlir...

Belə ailədaxili olayları eşidəndə lap qorxuram... Deyirəm, birdən mən də beqafıl dələduz, ya qaçaqmalçıya çevrilərəm. Ona görə də mütəmadi olaraq - nəinki hər gün, hər saatbaşı özümün də, övrətimin də, uşaqlarımın, bizə gedib-gələn nəvəmin də, hətta qonaq-qaranın da ust-başımızı, ciblərimizi, corablarımızın içini, pencək, palto və gödəkçələrimizin astarlarını, kitab-dəftərimin arasını, 16 kvadratmetrlik yataqxana otağımın hər künc-bucağını, yastıqların, döşəklərin içinəcən yoxlayıram ki, birdən hardansa saxta, ya gerçək dollar, avro-filan gəlib çıxar – olaram qaçaqmalçı, ya narkotik çıxar - olaram narkobaron... Hey düşünürəm ötən illəri, olayları göz önündən keçirirəm. Deyirəm, görən, 1992-ci ildə dövlət sərhədini keçib Ukraynaya, yaxud 2011-ci ildə Arazı keçib Təbrizə gedib-gələndə oralardan cibimə, ya pencəyimin astarına saxta qrivna, ya tümən-filan, yaxud narkotik atan olmayıb ki?.. İnsan çiy süd əmib – adamdan nə desən çıxar...

Çölə-bayıra çıxıb, bir iş dalınca gedəndə, kiminləsə söhbət edəndə, bazardan, marketdən nəsə alanda belə, hər sözümə, hər kəlməmə, hər cümləmə, hər manatıma, güllə atdığım hər qəpiyimə diqqət edirəm ki, yalan-palan, saxtalıq-filan olmasın... Nə bilim, dünya doludur mərdiməzarla, işverənlə, üzəduranla, şərləyənlə,...

Hətta birdən fikirləşirəm ki, görən,  doğma Laçın azad ediləndən sonra kəndimizə gedib-gələndə təsadüfən hardansa pul-para qapışdırıb dədə-baba evimin yerində, torpağımda villa, malikanə-zad tikməmişəm ki... Durduğum yerdə ya korrupsioner, ya dələduz, ya qaçaqmalçı, narkobaron-filan olaram...

Nə bilim, vallah, indi hər cür möcüzə meydana gəlir... 

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri