Icma.az
close
up
RU
Birəsrlik “erməni məsələsi”nin sosial və siyasi aspektləri

Birəsrlik “erməni məsələsi”nin sosial və siyasi aspektləri

Icma.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 24 aprel, Günel Karatepe, AZƏRTAC

Bu gün bəziləri böyük ah-vayla qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edirlər. Bəs hər il müxtəlif üsullarla yad edilən, Osmanlı imperiyasının son əlli ilinə damğasını vuran ən əsas problemlərdən biri olan, Türkiyə rəsmilərinin hər fürsətdə vurğulayaraq arxivlərin açılmasını istədikləri bu dırnaqarası erməni məsələsinin siyasi və sosial aspektləri nələrdir?

AZƏRTAC qondarma “erməni soyqırımı” məsələsinin tarixçəsinə qısa nəzər salır.

Osmanlı imperiyası yarandığı gündən bəri Türkiyə öz hakimiyyəti altında olan xalqları ədalətli və tolerant bir şəkildə idarə edib ki, mənsubiyyətindən asılı olmayaraq, dövlətin tabeliyindəki hər kəs bu geniş azadlıq mühitindən bəhrələnib. Osmanlı əhalisinin əhəmiyyətli bir hissəsini təşkil edən digər, qeyri-müsəlman millətlərdən olan ermənilər üçün də mülki təhlükəsizlik, təhsil və dil azadlığı, iqtisadi rifah kimi bütün amillər təmin edilib. Onlara irqi və dini azadlıqlarını sülh və təhlükəsizlik şəraitində qoruyub saxlamaq imkanı yaradılıb.

Əslində, Osmanlı imperiyası daxilində ermənilərin ictimai-siyasi hüquq və səlahiyyətlərinin inkişafının başlanğıcı imperiyanın VII padşahı Fateh Sultan Mehmetin dövrünə təsadüf edir. Belə ki, İstanbulu fərqli dinlərdən insanların birlikdə yaşadığı ticarət və mədəniyyət mərkəzinə çevirməyi hədəfləyən Sultan Mehmet imperiya ərazisində yaşayan erməni xalqı üçün patriarxlıq yaradıb və bu dini qurum yerli ermənilərin idarəçiliyinin hüquqi, mədəni və dini aspektlərini öz üzərinə götürüb. Əsrlər boyu Osmanlı hakimiyyəti altında yaşamış ermənilər ticarət, sənət, zərgərlik kimi xüsusi təhlükəsizlik tələb edən sahələrlə yanaşı, dövlətin maliyyə, xarici işlər, zərbxana kimi əhəmiyyətli qurumlarında da təmsil olunublar. Hətta imperiyanın 32-ci padşahı Əbdüləziz Xanın dövründə Osmanlının 1876-cı ildə elan edilən ilk və son Konstitusiyasının (Kanun-ı Esası-Təməl Qanun) 8-ci maddəsinə əsasən, ermənilər də daxil olmaqla, din və məzhəbindən asılı olmayaraq, ölkə sərhədləri daxilində yaşayan hər kəs müsəlman əhali ilə eyni hüquq və azadlıqlara malik statusa gətirilib.

Bir sözlə, ermənilər əsrlər boyu heç bir problemlə qarşılaşmadan Osmanlı daxilində yaşayıb, hətta imperiyanın xristian əhalisi arasında imtiyazlı statusa malik olublar. Lakin imperiyanın zəifləməsindən faydalanan böyük dövlətlərin Osmanlının bütün xristian üzvləri kimi, erməniləri də öz maraqlarına uyğun istiqamətləndirməyə başlaması onların müstəqil dövlət qurmaq cəhdlərinə təkan verib. Yəni, vaxtilə Osmanlı tərəfindən “milleti sadıka” (sadiq xalq) adlandırılan ermənilər imperiyanın zəifləməsini fürsət bilərək, necə deyərlər, baş qaldırıblar. Bu da günümüzədək davam edən “erməni məsələsi”ni ortaya çıxıb.

Lakin ermənilərin Osmanlı hakimiyyətinə qarşı ilk silahlı qarşıdurması “Zeytun üsyanı” kimi tarixə düşüb. Bu hadisə Maraşın (Türkiyənin hazırkı Kahramanmaraş vilayəti) Zeytun qəsəbəsində baş verib. Zeytun erməniləri Osmanlı padşahı IV Murad tərəfindən verildiyini iddia etdikləri fərmana əsasən, 1774-cü ildən vergi ödəməkdən imtina ediblər. Məsələnin həlli üçün qəsəbəyə gələn Maraş valisi Ömər Paşa Zeytun erməniləri tərəfindən öldürülüb və bundan sonra qəsəbə 7 ay davam edən hərbi vəziyyətə məruz qalıb.

Sonralar ermənilər Osmanlı hakimiyyəti altında 30-a yaxın üsyan həyata keçiriblər.

1878-ci ildə Rusiya-Türkiyə müharibəsini başa çatdıran San-Stefano sülh müqaviləsinin 16-cı maddəsi və onu əvəz edən Berlin müqaviləsinin 61-ci maddəsi ilə Osmanlı ermənilərlə bağlı islahatlar aparmağı qəbul edib. Beləliklə, beynəlxalq müqavilələrə daxil olan “erməni məsələsi” artıq Osmanlının daxili məsələ olmaqdan çıxaraq, Rusiya və İngiltərənin müdaxilə vasitəsi kimi istifadə edəcəyi problemə çevrilib.

Ermənilərin əsas məqsədi türkləri Şərqi Anadoludan qovaraq bu bölgəni də əhatə edən müstəqil erməni dövləti yaratmaq idi. Onların bu istəkləri qarşısında türklər təbii olaraq Anadoludakı torpaqlarından əl çəkməyib və müqavimət göstəriblər. Bu istəklərini həyata keçirmək üçün müxtəlif yollara əl atan ermənilər isə xüsusilə Şərqi Anadoluda türk kəndlərinə basqınlar edərək çox sayda insanı qətlə yetiriblər.

Qərbin bəzi böyük dövlətlərinin öz maraqları daxilində dəstəklədikləri erməni millətçiləri Birinci Dünya müharibəsi başlayanda, yəni, 1914-cü ildə Şərqi Anadolu bölgəsində ruslarla da əməkdaşlıq edirdilər. Bunun nəticəsində ermənilər bir tərəfdən Osmanlı ordusunun əməliyyat imkanlarını çətinləşdirir, digər tərəfdən isə bölgədəki müsəlman türklərə qarşı qırğınlar törədirdilər. 1914-1918-ci illərdəki üsyanlarda xalqlar arasında baş verən qarşıdurmalar nəticəsində Şərqi Anadolu bölgəsi və Qafqazdan 1 milyon 200 min müsəlman məcburi köçkün vəziyyətinə düşüb. Anadoluya gələn 1 milyon Qafqaz müsəlmanından 130 min dinc sakin həlak olub. Epidemiyalar, aclıq, yoxsulluq səbəbindən həlak olanlar və erməni quldur dəstələri tərəfindən yolda öldürülənlər də daxil olmaqla, öldürülən müsəlman türklərinin sayı təxminən 2,5-3 milyon təşkil edib.

Buna görə də Osmanlı imperiyası təhlükəsizliyi və ictimai asayişi təmin etmək, erməni quldur dəstələrinin hücumlarının qarşısını almaq məqsədilə ermənilərə qarşı deportasiya qərarı verib. Türkiyə tarixçilərinin məlumatına görə, bu deportasiya zamanı 200 min erməni həyatını itirib. Ermənilər isə bu itkilərin 10 dəfə çox olduğunu iddia edirlər. Bəzi mənbələrdə ölənlərin sayının 600-800 min arasında olduğu da bildirilir. Lakin qeyd etmək lazımdır ki, deportasiya illərində Osmanlı imperiyasında təxminən 2 milyon erməni yaşayıb. Belə olduğu halda, iddia edildiyi kimi, deportasiya zamanı 2 milyona yaxın erməninin həlak olması real görünürmü?

Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə gedən Qurtuluş müharibəsi zamanı da türklər bir tərəfdən düşmənə, digər tərəfdən isə öz maraqlarına xidmət etməyə alışmış ermənilərə qarşı mübarizə aparmalı olublar. Ölkənin həm şərqi, həm də cənubunda türk milli varlığına qarşı çıxan ermənilərə qarşı şiddətli mübarizələr gedib. Bölgə xalqı, o cümlədən qadınlar və uşaqlar isə erməni zülmünə və işgəncələrinə məruz qalıblar.

Bütün bunları nəzərə alaraq, artıq yüz ildən bəri davam edən “erməni məsələsi”ni həll etmək üçün hər iki tərəfdən tanınmış tarixçilərin tarixi faktlarla, bütün mövcud sübut və mənbələrə əsaslanaraq məsələni araşdırmaları böyük əhəmiyyət daşıyır. Təbii ki, bunun üçün bütün arxivlər açılmalıdır. Türkiyə tərəfinin təkidlərinə baxmayaraq, erməni quldur dəstələrinin türk kəndlərinə və türklərə hücumları ilə bağlı məlumatları əks etdirən arxivlər açılmır. Yəni, bu arxivləri paylaşmaq istəmirlər. Lakin buna baxmayaraq, Osmanlı imperiyasının arxivlərinin açılması üçün Türkiyəyə davamlı təzyiqlər edilir. Fikrimizcə, bunda da erməni lobbisinin təsiri var desək, yanılmarıq. Türkiyə tərəfi getdikcə öz arxivlərini dünya ictimaiyyəti ilə bölüşür. Lakin bu, təktərəfli bir məsələ deyil. Bu gün Azərbaycanla və buna bağlı olaraq Türkiyə ilə münasibətlərinin normallaşdırmağa doğru gedən Ermənistan həm Qərbi Azərbaycan, “erməni məsələsi” ilə də bağlı səmimi və şəffaf olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri