Icma.az
close
up
RU
Birgə Bəyanat qlobal diplomatiyada önəmli bir mərhələdir Komitə sədri

Birgə Bəyanat qlobal diplomatiyada önəmli bir mərhələdir Komitə sədri

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir. Müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri qeyd edib ki,  Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının münasibətləri müstəqilliyin ilk illərindən etibarən strateji əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulub:

"İki ölkə arasındakı əlaqələr enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi inkişaf, demokratik institutların möhkəmləndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir. Zamanla bu münasibətlər ikitərəfli səviyyədən qlobal miqyasda əməkdaşlıq platformasına çevrilib.

 Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Azərbaycan-Amerika münasibətləri ötən əsrin 90-cı illərinin əvvəllərindən inkişaf etməyə başlasa da, bu əlaqələrin tarixi bir əsr əvvəli, hətta XIX əsrin sonlarını əhatə edir. Belə ki, həmin dövrdə Bakıda neft sənayesinin formalaşmağa başlaması ABŞ şirkətlərinin nəzərlərini Azərbaycana yönəldib.

 Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan-Amerika münasibətlərində irəliləyiş özünü göstərdi. Balanslaşdırılmış xarici siyasət ABŞ-la əlaqələrə müsbət təsir etdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"ndə Rusiya və İranın maneə cəhdinə baxmayaraq, ABŞ şirkətləri də iştirak etdi. Ulu Öndərin 1997-ci ildə ABŞ-a səfəri ikitərəfli əlaqələrin inkişafında xüsusi yer tutdu. Bu səfər çərçivəsində "Chevron", "Exxon", "Mobil" neft şirkətləri ilə SOCAR arasında Abşeron, Naxçıvan və Oğuz neft yataqlarının istismarı ilə bağlı müqavilələr imzalandı. 

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyasına sadiq qaldı. 2006-cı ildə dövlət başçısı ABŞ-a səfər edərək Azərbaycan-Amerika münasibətlərinin sürətlə inkişaf etdiyini, ölkəmizdə və regionda irimiqyaslı enerji layihələrinin həyata keçməsində bu ölkənin dəstəyini xüsusi vurğulamışdı.

Ümumiyyətlə, Donald Trampın birinci prezidentlik dövründə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində verdiyi dəstək Azərbaycanın ABŞ üçün önəmli strateji əməkdaş olduğunu göstərir. Onu da qeyd edək ki, 2021-ci ildə Bayden administrasiyasının iqtidara gəlməsi ilə Azərbaycan-Amerika münasibətlərində soyuqluq yaranıb. Bunun əsas mənbəyi Bayden administrasiyasının ermənipərəst mövqeyidir ki, bu da ikitərəfli əlaqələrə ciddi zərbə vurub". 

S.Novruzov vurğulayıb ki,  Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb:

"Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.

2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində Ermənistanla imzalanan sülh sazişi, Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda mühüm dönüş nöqtəsi olub. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzun müddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım kimi qiymətləndirilir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağ Evdə keçirilən görüş və mətbuata bəyanatla çıxışı ölkəmizin beynəlxalq münasibətlər tarixində mühüm hadisə kimi yadda qaldı. ABŞ Prezidenti ilə baş tutan görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri, regional sülh gündəliyi və yeni əməkdaşlıq perspektivləri müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağ Evdə mətbuata verdiyi bəyanatda deyib: “Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq. 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı”.

Bildiyiniz kimi, Azərbaycan müxtəlif dinlərin, mədə­niyyətlərin qovuşduğu məkandır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan özündə Qərb və Şərq mədəniyyətinin sin­tezini yaradır. Azərbaycan sürətlə inkişaf edir, bütün dünya üçün strateji tərəfdaş­dır.

Ümumiyyətlə, Vaşinqton səfəri və sülh sazişi, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Xüsusilə xatırladılmalı məqamlardan biri də odur ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyıb və daim dəstəkləyib. 

“Bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik”, - bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatda vurğulayıb.

Eyni zamanda, keçirilmiş görüşlərdə təhlükəsizlik, enerji, nəqliyyat-kommunikasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları olub. Azərbaycanın etibarlı enerji tərəfdaşı statusu, Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol və yaşıl enerji layihələri, ABŞ ilə strateji gündəliyin prioritet istiqamətləri sırasında yer alır, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müdafiə sənayesi üzrə qarşılıqlı əməkdaşlıq perspektivləri müəyyənləşdirilib. Bu, Azərbaycan-Amerika münasibətlərini təkcə ikitərəfli müstəvidə deyil, həm də qlobal miqyasda qarşılıqlı faydalı tərəfdaşlıq modelinə çevirir.

Nəticədə, səfər çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar göstərir ki, Azərbaycan regional sülhün, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşı olaraq öz mövqeyini möhkəmləndirməkdədir. Ağ Evdə səsləndirilən bu bəyanat yalnız ikitərəfli münasibətlərdə deyil, həm də qlobal diplomatiyada önəmli bir mərhələdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri