Icma.az
close
up
RU
Biri gələr, biri gedər... İdman və Biz

Biri gələr, biri gedər... İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bakının “Sabah” klubu növbəti dəfə baş məşqçisini dəyişib.

İdman.biz xəbər verir ki, Krunoslav Renduliçi əvəzləyən Vasili Berezutski komandanı çempionat matçına çıxaran mütəxəssislər sırasına düşəcək.

Cəmi 7 il əvvəl ölkə çempionatına qoşulan paytaxt təmsilçisi bu qısa müddətdə baş məşqçi dəyişikliklərini adi hala çevirib. “Sabah”ı meydana çıxaran çalışdırıcıları üç qrupa bölmək olar. Komandaya rəhbərlik edən yerli və əcnəbi mütəxəssislərdən başqa, bu vəzifəni müvəqqəti icra edən xeyli sayda çalışdırıcı olub.

Əsədovdan Quliyevə qədər
Paytaxt klubunun Azərbaycan çempionatlarındakı ilk baş məşqçisi Arif Əsədov olub. O, indi I Liqa adlanan I divizionda komandaya rəhbərlik edib. 2017/18 mövsümündə komandanı çalışdıran mütəxəssis çempionat bitən kimi postundan ayrılıb. O, klubun tarixinə təkcə ilk baş məşqçi kimi deyil, həm də mövsümü əvvəldən sonadək postunda qalan üç mütəxəssisdən biri kimi düşüb. Onu əvəzləyən Elşad Əhmədov da bir mövsüm duruş gətirə bilib. Amma Premyer Liqadakı 2018/19 mövsümündən sonra postunda çox qalmayan çalışdırıcı növbəti çempionatın startından 4 tur sonra klubla vidalaşıb. Klub tarixinin üçüncü və sonuncu yerli baş məşqçisi Ramin Quliyev olub. O, Əhmədov kimi iki fərqli mövsümdə komandaya başçılıq edib. Amma hər ikisi yarımçıq. 2020/21 mövsümünün sonlarında “sükan” arxasına keçən Quliyev növbəti çempionatı yarılamağa da macal tapmayıb.

Avropanı gəzə-gəzə
Yerli məşqçilərlə qısa zamanda uğur qazana bilməyən “Sabah” bu posta namizəd axtarmaq üçün Avropanı gəzib. Klubun ilk əcnəbisi xorvatiyalı Jelko Sopiç 2019-cu ilin noyabrında dəvət olunub. Koronavirus üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünü sona çatdıran mütəxəssis yayda postundan ayrılıb. Bu dəfə İspaniyaya üz tutan klub rəhbərliyinin gətirdiyi Visente Qomesin də fəaliyyəti uzun sürməyib. O, 19 turdan sonra vəzifəsindən ayrılıb. Klub tarixinin üçüncü legioner baş məşqçisi Murad Musayev həm ən uğurlu, həm də ən uzunmüddətli çalışdırıcı olub. Üç fərqli mövsümdə iş başında olan rusiyalı komanda ilə Premyer Liqanın gümüş medalını əldə edib. 2022/23 mövsümünü əvvəldən sonadək postunda qalan Musayev Əsədov və Əhmədovdan sonra bunu bacaran üçüncü və sonuncu mütəxəssisdir. 2021/22 mövsümünün sonunda da bu posta olan çalışdırıcı ötən çempionatın ikinci yarısında postunu tərk edib. Ondan sonra bu vəzifəyə gətirilən Krunoslav Renduliç ikinci xorvatiyalı kimi yadda qalıb. O, ötən mövsümün sonunda və cari çempionatın arxada qalan hissəsində iş başında olub. Ardınca estafeti 5-ci legionerə, ikinci rusiyalı olan Vasili Berezutskiyə qəbul edib.

Əvəzləyicilər
“Sabah”ın birinin gəlib, birinin getdiyi baş məşqçi vəzifəsi təkcə üç yerli və beş əcnəbi mütəxəssisə həvalə olunmayıb. Onlardan başqa paytaxt təmsilçisində müvəqqəti çalışdırıcılar da yetərincə olub. Bu dəfə Renduliçin getməsi ilə Berezutskinin gəlməsi arasında saatlar fərqi olsa da, əvvəlki dəyişikliklər zamanı boş qalan post klubda çalışanlara həvalə olunub. Onlardan biri – Ramin Quliyev sonradan baş məşqçi də təyin edilib. Amma digərləri elə əvəzləyici kimi qalıblar. Dəfələrlə başsız qalan komandanı oyuna İqor Ponomaryov çıxarıb. Bəzən isə onun hazırladığı komandaya texniki zonadan başqası rəhbərlik edib. “Sabah”ın məşqçiləri Rövşən Babayev, Rəşad Hüseynov, İlkin Hüseynov, Rəşad Eyubov və Ruslan Qafitullin komandanı rəsmi matça çıxarmağa imkan tapıb. Əslində, əvəzləyicilərin sayı bununla bitmir. Bu çalışdırıcılar baş məşqçinin yoxluğunda texniki zonada onun funksiyasını yerinə yetiriblər. Baş məşqçilərin, xüsusilə də çılğınlığı ilə özündən söz etdirən Murad Musayevin cəzalı olduğu vaxtlarda da texniki zonada fərqli simalar rəhbərlik ediblər. Amma onlar əsasən baş məşqçinin kənardan verdiyi tapşırıqları komandaya ötürmək olub.

Qeyd edək ki, “Sabah” növbəti oyununu noyabrın 29-da evdə “Səbail”ə qarşı keçirəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri