Icma.az
close
up
RU
İki dostun iki postu biri ölkə prezidenti olacaq, o biri U19da məşqçidir İdman və Biz

İki dostun iki postu biri ölkə prezidenti olacaq, o biri U19da məşqçidir İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

5-6 il əvvəl idi, bir zamanların “Neftçi” komandasından, onun heyətindən bəhs edən bir yazı yazmışdım. Yazıda Anatoli Banişevskidən tutmuş ta Yunis Hüseynova qədər “Neftçi”də oynamış parlaq futbolçuların adını çəkmişdim, nəyə görəsə Nazim Süleymanov kənarda qalmışdı.

Buna görə bir oxucu, güman ki, Nazim Süleymanovun qohumu və ya dostu redaksiyaya zəng edərək mənə irad tutmuşdu. Ona söz vermişdim ki, vaxt gələcək, bir yazımda Nazim Süleymanova yekə bir abzas həsr edəcəm, xatircəm ol. Bax, indi həmin vaxt gəlib, bu yazının yarısı Nazim Süleymanovdan bəhs edəcək.

Nazim yaxşı futbolçu olub, 1983-cü ildən 1990-cı ilə qədər “Neftçi”də 177 oyuna çıxıb, 27 qol vurub. Yadıma gəlir, təxminən bildiyimiz Zubir kimi oynayırdı, driblinqi-filanı əlaydı. Sonra o, Moskvanın “Spartak” klubuna aparıldı, orada heç bir oyuna çıxmadı.

Ancaq Nazim Süleymanov futbolçu kimi Vladiqafqazın “Alaniya” komandasında parladı. 1991-ci ildən 1996-cı ilə qədər bu komandada oynayan Nazim 142 oyunda 60 qol vurdu, komandanın lideri oldu, “Alaniya” ilə birlikdə Rusiya çempionu titulunu qazandı. Qazzayev mərdiməzarlıq etməsə, bəlkə də daha yaxşı olacaqdı.

Həmin vaxt 30 yaşlı Nazim Süleymanovla birlikdə komandada bir 24 yaşlı hücumçu da olub və o hücumçu Nazimlə yanaşı Rusiyanın 33 ən güclü futbolçusunun siyahısına düşüb. Onlar meydanda yaxşı anlaşırmışlar, Nazim pas atırmış, o vururmuş, o, ötürmə edirmiş, Nazim vururmuş.

Həmin hücumçu 15 gündən sonra Gürcüstanın prezidenti olacaq.

Düz oxudunuz – o hücumçu Gürcüstan Respublikasının prezidenti seçiləcək. Başqa variant yoxdur – demək olar ki, artıq seçilib.

Onun adı Mixeil Kavelaşvilidir. Hazırda onun 53 yaşı var, Nazimdən 6 yaşı balacadır, amma adam Tiflisin “Dinamo” və ya Kutaisinin “Torpedo” klubunun rəhbəri, hətta Gürcüstan Futbol Federasiyasının prezidenti də yox, birbaşa Gürcüstan Respublikasının prezidenti olacaq.

Gürcüstanın “boz kardinal”ı Bidzina İvanişvili belə məsləhət bilib. Bidzinanın özünün dövlət vəzifəsi-filanı yoxdur, amma kimi istəsə, prezident qoyur, kimi istəsə, baş nazir, parlament spikeri, partiya sədri təyin edir. (Meyxanaçı qardaşlar belə yerdə lakonik bir izahat verirlər: “Ay can alan, candı kopolun pulu”).

Bəli, Nazim Süleymanova sinninin 60-da “Neftçi”nin, milli komandanın baş məşqçisi postu qıyılmadığı halda, onun dostu dövlət başçısı olacaq. Düzdür, Kavelaşvilinin prezidentliyinin ömrü və görəcəyi işlər İvanişvilinin iki dodağının arasında olacaq, amma bunun dəxli yoxdur, adam sammitlərdə, beynəlxalq görüşlərdə Gürcüstanı dövlət başçısı kimi təmsil edəcək, nə qədər adama mükafat verəcək, xeyli kadrı vəzifəyə qoyacaq – təbii ki, “boz kardinal”la razılaşdırdıqdan sonra.

Nazim Süleymanov isə məşqçilik karyerasına başlayandan bəri çox vaxt U-19 komandaları ilə əlləşdiyi kimi, eləcə də davam edəcək. Niyə? Bilmirəm.

Amma ona əminəm ki, 1994-95-ci illərdə Kavelaşvili Nazim Süleymanovun yanında artıq-əskik hərəkət etmirmiş ki, birdən “ded”in xoşuna gəlməz.

Sənətkara qiymət vermək başqa şeydir. Gürcülər öz futbolçularına böyük hörmət qoyurlar. Bundan əvvəl başqa bir futbolçu – Kaxa Kaladze Gürcüstanın enerji naziri olub, baş nazirin müavini vəzifəsində işləyib, hakim partiyanın baş katibi seçilib, hazırda yenidən Tiflis şəhərinin meridir. Əslində ondan da prezident çıxardı, amma İvanişvilinin quşu Kavelaşviliyə qonub, nə etmək olar.

Heç demə, Kavelaşvilinin ali təhsili yoxdur, deputat seçiləndə adının qarşısındakı “təhsili” qrafası illərdir boşdur. Zalım oğlu ordan-ora gedib Dərbənddən, Mahaçqaladan hüquqşünas, iqtisadçı diplomu almayıb. Hərəsindən birini almağa pulu çatardı.

Bizdə keçmiş futbolçulardan ən qabağa gedəni Səməd Qurbanovdur, milisdə işləyirdi, mayor rütbəsi almışdı, indi təqaüddədir, 71 yaşı var.

Ancaq bu məsələdə də yada lotereyada avtomobil udmaq istəyən kişinin lətifəsi düşür. Yuxarılardan adama deyirlər, maşın udmaq istəyirsən, heç olmasa, bir dənə lotereya bileti al. İndi onun sözü olmasın, bizim futbolçular da gərək vaxtında siyasətlə maraqlansınlar (hakim partiyada fəallıq etsinlər) ki, vədə başında da kimsə onlara vəzifə versin.

Kavelaşvilinin yoldaşlığı yaxşı olsa, gələn ayın 14-də prezident seçiləndən sonra Nazim Süleymanovu Gürcüstana dəvət edər, deyər, nə vaxta qədər gənclər komandası ilə işləyəcəksən, gəl idman işləri üzrə prezident müşaviri ol. “Bir fincan qəhvənin 40 il xətri olar” məsələsi...

Mənbə: Musavat.com

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see130

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri