Icma.az
close
up
RU
Birinci liqa klubları nə edir?

Birinci liqa klubları nə edir?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

1-ci liqa klubları qış təlim-məşq toplanışını davam etdirir.

Aşağı dəstədə fasilə yanvarın 29-da başa çatacaq. Artıq bəzi komandalar yoxlama oyunu keçirib. Bu gün “Cəbrayıl” “Hypers Quba” ilə qarşılaşacaq. Sabah “Qəbələ” “Mingəçevir”lə, “Karvan” isə “Naftalan”la üz-üzə gələcək. “Karvan” Region Liqasında oynayacaq “Tərtər”lə gücünü sınayıb. MOİK yanvarın 14-də “Sumqayıt”la, dünən isə “Baku Sportinq”lə yoldaşlıq görüşü keçirib. 
Dünən üç komandanın baş məşqçisi ilə əlaqə saxldıq, planlarını öyrəndik.
Xaqani Məmmədov (Difai):

“Təlim-məşq toplanışına yanvarın 6-da başladıq. Ayın 11-də Region Liqasında çıxış edəcək “Balaxanı”, 16-da isə Bakıda tələbə olan afrikalı oyunçulardan ibarət komanda ilə yoldaşlıq oyunu keçirdik. Komandaya dünən istirahət verdik. Bu gün yenidən məşqləri davam etdirəcəyik. Qarşıdan gələn çempionat oyununa qədər yenə yoxlama görüşü keçirəcəyik. Oyundan sonra çempionata tam hazırlaşacağıq.Sənan Ağayev, İlham Allahverdiyev, Kamil Hüseynov, Sərcan Omarov, Bəşir Ayralov, Əzəmət Ələkbərli, Tolqar Yaqubovla yollarımızı ayırdıq. Mahir Məmmədli, Xəyal Bədirov, Ömər Məmmədzadə, Ceyhun Muxtarlı və Fərid Kərimzadəni komandaya dəvət etdik”.


Amit Quluzadə (Qaradağ Lökbatan):

“Təlim-məşq toplanışına yanvarın 10-da start verdik. “Neftçi”nin U-19 komandası və “Səbail-2” ilə yoxlama oyunu keçirmişik. Bu gün MOİK-lə oyunumuz var. Ayın 23-ü “Qəbələ” ilə son yoxlama oyunu keçirəcəyik. Yollarımızı ayırdığımız futbolçular çoxdu. Bahadur Həziyev, Nurlan Novruzov, Şahin Balejai və 5-6 gənc futbolçu ilə müqavilə imzalamışıq. Bəlkə yenə transferlərimiz oldu. Komandada hər şey qaydasındadı. “Cəbrayıl”la oyuna hazırlaşırıq. 2-ci dövrədə komandanı yaxşı yerlərə çıxarmağa çalışacağıq”.


Elman Sultanov (Baku Sportinq):

“Toplanışa yanvarın 5-də başlamışıq. Məşqlərimizi öz stadionumuzda - Buzovnadakı “Baku Sportinq Arena”da keçirik. Bir yoldaşlıq matçı keçirmişik. “Araz-Naxçıvan”ın əvəzedici heyəti ilə üz-üzə gəlmişik. 12-ci turun matçına qədər daha iki yoxlama oyunu keçirməyi düşünürük. Rəqiblərimiz böyük ehtimalla 1-ci liqa təmsilçiləri olacaq. Komandamızı beş futbolçu tərk edib, onlardan biri iranlı legionerdi. Təbii ki, gələnlər də var. Onların sayı 4 nəfərdi. Hazırda baxışda olan və danışıq apardığımız futbolçular da var. Heyətimizə daha iki oyunçu qatmağı düşünürük”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri