Icma.az
close
up
RU
Birinci Türkoloji Qurultay və əlifba məsələləri

Birinci Türkoloji Qurultay və əlifba məsələləri

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 fevral, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AZƏRTAC AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Aytən Musayevanın “Birinci Türkoloji Qurultay və əlifba məsələləri (əlyazmalar əsasında)” adlı məqaləsini təqdim edir.

Tarix boyu türklər yaşadıqları yerlərdə təmasda olduqları mühitə və ünsiyyətdə olduqları toplumlara görə dəyişən müxtəlif əlifba və yazı sistemlərindən istifadə edərək çoxsaylı mədəniyyət mərkəzlərinə sahib olmuşlar. Əlyazmalar türklərin Göktürk, Soğd, Uyğur, Manix, Brahmi, Ərəb, Süryan, Yunan, Latın, Slavyan və digər əlifbalardan istifadə etdiyini sübut edir. Lakin mövcud əlyazmalar bu əlifbalar arasında Göktürk, Uyğur, Ərəb və Latın əlifbalarının geniş istifadə edilməsini təsdiq edir. Sübut olunub ki, türklər tarix boyu Şamanizm, Buddizm, İslam, Xristianlıq, Manixeylik, Yəhudilik kimi din və mədəniyyətlərlə sıx əlaqədə olduqları üçün müxtəlif əlifbalardan istifadə etmişlər.

Birinci Türkoloji Qurultayda müxtəlif elmi-siyasi məsələlər qaldırılıb, müzakirələr aparılıb. Lakin əlyazmalar təsdiq edir ki, əsas mövzu türk xalqlarının ortaq yazı sistemi altında birləşməsi və ortaq ədəbi dilinin yaradılması olub. Qurultay protokollarının günümüzə gətirdiyi çox mühüm bir məsələ türk, türk dili, türk xalqları, türk-tatar xalqları, türk-tatar dilləri, Turan və digər anlayışların həm türklər, həm də türk olmayanlar tərəfindən termin kimi çox sərbəst və tam mənada işlədilməsidir. Qurultayın Türk dünyası üçün bir çox elmi və siyasi nəticələri olub. Birinci Türkoloji Qurultay Türk dünyasında vahid yazı sistemi idealının tarixi başlanğıcını təmsil etsə də, sovet siyasəti uzun müddət onun reallaşmasına mane olub. Müstəqillik əldə etdikdən sonra bəzi türk dövlətləri latın qrafikalı əlifbaya keçib, bəziləri isə prosesi təxirə salıb və ya bu məsələyə toxunmayıb. Qurultayda əsas müzakirə mövzularından olan əlifbaya aid ən qədim məlumatlar əlyazmalarda öz əksini tapır.

Azərbaycanda istifadə edilən ən qədim əlifba alban (Qafqaz) əlifbasıdır. Tarixi əlyazmalar Azərbaycanda ərəb istilasından sonra ərəb əlifbasına, 1929-cu ildə Latın qrafikalı əlifbaya, 1939-cu ildə isə Kiril qrafikalı əlifbaya keçirildiyini təsdiq edir. Azərbaycan Sovet İttifaqının dağılmasından və müstəqilliyini bərpa edəndən sonra yenidən latın qrafikalı əlifbaya keçib.

I Türkoloji Qurultayda türk uşaqlarına ərəb qrafikasının öyrədilməsindəki çətinliklər və ərəbcə qəzetlərin hazırlanmasının çətinliyi və bu qrafikdən istifadə etməklə çapda xeyli ləngimələrin müşahidə olunması səbəb gətirilib. Həmçinin ərəb qrafikası ilə xarici ölkələrə teleqrafların göndərilməsinin mümkün olmadığı, latın hərflərinin zəruri olduğu müzakirə edilərək, latın əlifbasını türk əlifbası olaraq qəbul etməsi əlyazmalarda öz sübutunu tapıb.

Qurultay türk dilini ərəb hərflərindən azad etməklə yanaşı, onu əcnəbi sözlərdən təmizləməyi də qarşısına məqsəd qoymuşdu. Azərbaycan türkcəsinə daxil olmuş ərəb, fars, rus sözlərindən şikayətlənən ziyalılar yazı islahatı ilə yanaşı, dil islahatını da arzu edirdilər.

Birinci Türkoloji Qurultayda müzakirə olunan ən mühüm mövzulardan biri – yəni SSRİ ərazisində yaşayan türk xalqlarının ərəb qrafikasından latın qrafikasına keçməsi məsələsi Türk dünyası üçün olduqca önəmlidir. Azərbaycanda olan əlyazmalar Qurultayda türk dilində bütün sözlərə, o cümlədən türkcəyə daxil olmuş ərəb sözlərinə vahid orfoqrafiya qaydası tətbiq edilməsi, o cümlədən türk dilinə ən uyğun olanı fonetik orfoqrafiya prinsipinin tətbiqi, fonetik orfoqrafiya prinsipinə ən uyğun əlifbaya keçirilməsi, yeni türk əlifbasının yazılış baxımından üstün olması, xüsusi adların və coğrafi adların böyük hərflə yazıla bilməsi, sözlərin hecalara bölünə, sözlərdə saitlərin vurğulana bilməsi kimi məsələlərin mövcudluğunu sübut edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Fevral 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri