Birinci Türkoloji Qurultayın məxfi sənədləri ilk dəfə nəşr olunacaq
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Birinci Türkoloji Qurultayın məxfi sənədləri ilk dəfə nəşr olunacaq.
525.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin noyabrın 1-də keçirilən iclasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı məsələlərin müzakirəsi zamanı məlumat verilib.
AMEA prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın XX əsrdə türk xalqlarının milli özünüdərkində xüsusi rol oynadığını deyərək ötən müddət ərzində qurultayla bağlı bir çox önəmli tədqiqatların ortaya qoyulduğunu söyləyib.
O, akademik Nizami Cəfərovun Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı "Birinci Türkoloji Qurultayın dərsləri" adlı tədqiqat əsəri üzərində çalışdığını, eyni zamanda, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin ilk dəfə arxivdən qurultayın məxfi sənədlərini aşkar etdiyini və tədqiqatlarını nəşrə hazırladığını söyləyib.
Toplantıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planının hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 01 Noyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















